Icma.az
close
up
RU
Oğlu öldürülən anaya verilişə çıxdığına görə XƏBƏRDARLIQ

Oğlu öldürülən anaya verilişə çıxdığına görə XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Qonşusunu xuliqanlıq niyyəti ilə öldürməkdə ittiham olunan 18 yaşlı Məzahir Bayramovun məhkəməsi başlayıb.

Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsindəki ilk iclas gərgin keçib.

İstintaq materiallarında yazılır ki, Məzahirlə 26 yaşlı müttəhim İlham Haqverdiyev eyni yaşayış kompleksində yaşayıblar. Onlar arasında bu ilin martında baş verən mübahisə ölümlə nəticələnib.  

Öldürülən gəncin valideynləri isə ittihamla razı deyil. Onlar cinayətin hərtərəfli araşdırılmadığını düşünürlər.

Məsələ burasındadır ki, valideynlər oğullarını Məzahirin tək öldürmədiyini, ona daha üç nəfərin kömək etdiyini iddia edirlər. Hətta əllərində hadisə baş verən anın görüntüləri də var. Həmin kadrlar mərhum Məzahirin eyni binada yaşayan nişanlısı tərəfindən çəkilib. 

Mərhum gəncin anasının iddiaları isə nə istintaq vaxtı qəbul edilib, nə də indi onlara məhkəmə inanır.

Bu səbəbdən Xaliqə Əliyevə işə təsir edə biləcəyini düşünərək televiziya kanallarından birinin efirinə çıxaraq əvvəl qeyd etdiyimiz iddialarını səsləndirib, istintaqın aparılması müzakirə mövzusuna çevrilib. 

Bugünkü iclasda təqsirləndirilən şəxsin vəkili məhz bu məsələyə etiraz edib. Müdafiəçi vəsatət qaldıraraq istintaq sirlərinin qorunması üçün məhkəmə tərəfindən kanala xəbərdarlıq edilməsini istəyib: “Xaliqə xanımı bir neçə dəfə verilişə çıxarıb özlərindən məhkəmə qurublar. Hətta işdə adı keçən bir şahidə də təsir edilib. Xahiş edirik, bununla bağlı təcili tədbir görülsün”.

Prokuror Valeh Ələkbərov vəsatətin hüquqi tərəfdən düzgün olmadığını deyib. Buna baxmayaraq, işin verilişdə müzakirə edilməsini də doğru hesab etmədiyini qeyd edib. 

Sədrlik edən hakim Telman Hüseynov vəsatəti qismən təmin edib. Belə ki, Xaliqə Əliyevaya bundan sonra verilişə çıxmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib. 

“Məni heç kim saxlaya bilməz. Yenə verilişlərə çıxacağam”, - Xaliqə Əliyeva qərara belə münasibət bildirib.

Növbəti iclas 6 dekabra təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Noyabr 2024 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri