Icma.az
close
up
RU
Oğlu öldürülən anaya verilişə çıxdığına görə xəbərdarlıq

Oğlu öldürülən anaya verilişə çıxdığına görə xəbərdarlıq

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Qonşusunu xuliqanlıq niyyəti ilə öldürməkdə ittiham olunan 18 yaşlı Məzahir Bayramovun məhkəməsi başlayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki ilk iclas gərgin keçib.

İstintaq materiallarında yazılır ki, Məzahirlə 26 yaşlı İlham Haqverdiyev eyni yaşayış kompleksində yaşayıblar. Onlar arasında bu ilin martında baş verən mübahisə ölümlə nəticələnib.

Öldürülən gəncin valideynləri isə ittihamla razı deyil. Onlar cinayətin hərtərəfli araşdırılmadığını düşünürlər.

Məsələ burasındadır ki, valideynlər oğullarını Məzahirin tək öldürmədiyini, ona daha üç nəfərin kömək etdiyini iddia edirlər. Hətta əllərində hadisə baş verən anın görüntüləri də var. Həmin kadrlar mərhum Məzahirin eyni binada yaşayan nişanlısı tərəfindən çəkilib.

Mərhum gəncin anasının iddiaları isə nə istintaq vaxtı qəbul edilib, nə də indi onlara məhkəmə inanır.

Bu səbəbdən Xaliqə Əliyevə işə təsir edə biləcəyini düşünərək televiziya kanallarından birinin efirinə çıxaraq əvvəl qeyd etdiyimiz iddialarını səsləndirib, istintaqın aparılması müzakirə mövzusuna çevrilib.

Bugünkü iclasda təqsirləndirilən şəxsin vəkili məhz bu məsələyə etiraz edib. Müdafiəçi vəsatət qaldıraraq istintaq sirlərinin qorunması üçün məhkəmə tərəfindən kanala xəbərdarlıq edilməsini istəyib: “Xaliqə xanımı bir neçə dəfə verilişə çıxarıb özlərindən məhkəmə qurublar. Hətta işdə adı keçən bir şahidə də təsir edilib. Xahiş edirik, bununla bağlı təcili tədbir görülsün”.

Prokuror Valeh Ələkbərov vəsatətin hüquqi tərəfdən düzgün olmadığını deyib. Buna baxmayaraq, işin verilişdə müzakirə edilməsini də doğru hesab etmədiyini qeyd edib.

Sədrlik edən hakim Telman Hüseynov vəsatəti qismən təmin edib. Belə ki, Xaliqə Əliyevaya bundan sonra verilişə çıxmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib.

“Məni heç kim saxlaya bilməz. Yenə verilişlərə çıxacağam”,-Xaliqə Əliyeva qərara belə münasibət bildirib.

Növbəti iclas 6 dekabra təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri