“Oğlum anam və qohumlarımla görüşür, onu görüşə atası aparır” Səidə Dadaşovadan ETİRAF+ÖZƏL
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tanınmış müğənni Səidə Dadaşovanın oğlu, görkəmli sənətkar və babası Rafael Dadaşovun adını daşıyan Rafael, nənəsi və anasının digər qohumları ilə görüşüb. Belə ki, görüş zamanı nənə mahnı səsləndirib, Rafael isə rəqs edib.
Moderator.az-a açıqlama verən Səidə Dadaşova bildirib ki, oğlunun nənəsi ilə görüşməsinə qadağa qoymayıb:
“Mən ümumiyyətlə övladıma heç nəyi qadağa etmirəm. Övladımın artıq öz fikirləri var. O yaşa gəlib çatıb ki, nəyi istəsə onu da rahatlıqla edə bilər. Özü hər şeyi görür və bilir. Mən ömür boyu belə şeylərə qadağa qoya bilmərəm. Ürəyi istəsə görüşər də, gedər də, gələr də. Burada nə var ki? Buna normal və yaxşı baxıram. Bu övladımın öz seçimidir. Nə mən qadağa qoyuram, nə də atası” - deyə o bildirib.
Səidə bildirib ki, oğlu qohumları ilə vaxtaşırı görüşür:
“Dedilər, güldülər, rəqs etdilər, oxudular. Rafael pozitiv uşaqdır. Rəqsi də sevir. Mənim övladım ümumiyyətlə komplekssiz uşaqdır. Övladım olduğu üçün demirəm, üzündə nur var. Çox həssasdır. Sığalı, xoş sözü sevər. Onu görüşə zatən atası aparır. Yenə istəsə yenə aparacaq. Kim nə deyirsə-desin biz belə şeylərdən uzağıq. Ümumiyyətlə uşaqları belə mövzulara qatmaq olmaz. Kimə zorla demək olar ki, bunu et, bunu etmə?! Hələ ki, uşağa... Uşağı belə mövzulardan uzaq tutmaq lazımdır. Sadəcə olaraq diqqət mərkəzindədir deyə istər-istəməz hansısa söhbətlərdə iştirak edir. Övladımın gözəl, sağlam böyüməsini arzulayıram. Ürəyi təki gülsün” - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 25 Yanvar 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















