Icma.az
close
up
RU
İrandan qayıdan Fərid Səfərlinin anası: Oğlumun SEPAH barədə danışdıqlarını eşidəndə....

İrandan qayıdan Fərid Səfərlinin anası: Oğlumun SEPAH barədə danışdıqlarını eşidəndə....

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Oğlum Fəridin azad olunmasında dövlət başçının çox böyük rolu olub. Buna görə cənab prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

"Cebheinfo.az" bildirir ki, bu sözləri İranda həbsdə olmuş tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova açıqlamasında bildirib.

“Fərid ilə danışığına, həm də Tehran səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub. Buna görə də cənab prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

Bu işdə iştirak etmiş hər bir əməkdaşa xüsusən səfirimiz Əli müəllimə, səfirliyin əməkdaşı Fariz müəllimə təşəkkür edirəm! Xüsusi ilə bu məsələni daim diqqətdə saxlayan mediyaya təşəkkür edirəm!”-deyə D. Əsgərova bildirib.

O oğlunun qaytırlması ilə bağlı bəzi məqamları açıqlayıb:

“Yanvarın 18-də, 685 gündən sonra nəhayət Fərid Azərbaycana təhvil verildi. Mən istəyərdim daha tez olsun. Amma açığını desəm Fəridin SEPAH adlanan terrorist təşkilatı və ya İran rejiminin “məhkəmələri” haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər.

Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona “Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi”,-deyib. ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir.  Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm”.

 O bildirib ki, Fəridin başına gələnlər haqqında bütövlükdə danişsam düşünürəm ki, bir statusa siğmaz:

"Ona heç bir aiddiyəti olmayan mövzularla bağlı saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər. Yapışıblar yaxasından ki, cavab ver: “Niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır?” və sair. İnsana ən çox təsir edəndə, bu vəhşilər uşağa əziyyət ediblər ki sən casussan və öz tapşırığını yerinə yetirmək üçün bizim bir qızımızdan istifadə etmisən. Halbuki bu uşaq ora sadəcə pak, həqiqi hisslərlə getmişdi”.

SEPAH-ın istintagı gedərkən ilk 51 gün (ilk 3 gün 2 kv.m -lik kiçik bir hücrədə) kiçik bir otagda tək-tənha edam təhlükəsi ilə yaşamaq, ailəsini bir də görə bilməyəciyini düşünmək, hər gün ailəsinə, vətəninə yagdirilan söyüşləri eşitmək nə qədər dəhşətlidir.

Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik. Ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək”.

O, statusunu Fəridin sözləri ilə bitirib:

“İran rejimi 23 ay azadlıqdan daha çoxunu aldı məndən. Sanki Oruellin həmin məşhur, mental olaraq işgəncə və dəhşət dolu əsərini reallıqda yaşamaq kimi idi”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri