Icma.az
close
up
RU
Oğluna əlillik düzəltdirmək istəyən ataya dələduzluq edildi

Oğluna əlillik düzəltdirmək istəyən ataya dələduzluq edildi

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabirabad rayonunda 1977-ci il təvəllüdlü Ələsgər İsmayılov əlillik dərəcəsi düzəltmək adı ilə Rəfailə qarşı dələduzluq edib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ələsgər aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Rəfailə onun  əlillik dərəcəsi 2-ci qrupdan 3-cü qrupa dəyişdirilən oğlu Zülfüqarın yenidən 2-ci qrup əlilliyinin bərpa olunmasına köməklik edəcəyinə dair yalan vəd verib.
Ələsgər Rəfaili aldadaraq 2023-cü ilin aprel ayının ortalarında, saat 12 radələrində Sabirabad şəhəri ərazisində “qlobus dairəsi” adlanan yerdə əlbəəl 1200 manatını ələ keçirib. 
Ələsgərin barəsində Cinayət Məcəlləsinin 178.-ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ələsgər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2-ci qrup əlildir və ona isterik nevroz, reaktiv vəziyyət, tez-tez baş verən qıcolmalar və digər xəstəliklər diaqnozu qoyulub: “Atam 1-ci Qarabağ müharibəsi şəhidi, anam 14 uşaq anası kimi qəhrəman ana, qardaşım Kazım da polis əməkdaşı olub və 1-ci Qarabağ müharibəsində yaralandıqdan sonra vəfat edib. Mən və digər ailə üzvlərim Cəbrayıl rayonundan məcburi köçkün olmuşuq. 1992-ci ildə Sabirabad rayonu ərazisinə köçmüşük. Sabirabad rayonu ərazisində məcburi köçkün kimi yaşayarkən, mən və ailə üzvlərim Rəfail və ailə üzvləri ilə tanış olmuşuq”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin əvvəlində Bakı şəhəri ərazisində yerləşən 1 saylı Respublika Klinik Xəstəxanasında həkimdən epikriz alarkən, orada bir cavan oğlan görüb: “Onunla həmsöhbət oldum və ona özünün Sabirabad rayonu Cavad kəndindən Rəfailin oğlu Zülfüqar olduğunu dedi. Bundan sonra mən dərhal Rəfaili tanıdım və Zülfüqar mənə həkimlərdən sənədlər almaq üçün kömək lazım olduğunu dedi. Zülfüqara sənədlərini əldə etməkdə hansı həkimin qəbuluna getməsi ilə bağlı şifahi köməklik etdim və həmin köməklik nəticəsində Zülfüqar 3-cü qrup əlillik alıb. Zülfüqara və daha sonra isə onun atası Rəfailə mobil telefon nömrəmi verdim. Beləcə aramızda bir neçə dəfə telefon danışığımız olub. Telefon danışıqları zamanı mən Rəfailə oğlu Zülfüqarın 3-cü dərəcə əlillikdən əvvəlki dərəcəyə, yəni 2-ci dərəcə əlilliyə keçməsində köməklik edə biləcəyimi, lakin bunun üçün mənə 1200 manat pul lazım olduğunu dedi. Hansı ki, guya həmin pulu həkimlərə verəcəyimi dedim. Bununla da 2023-cü ilin aprel ayının ortalarında Rəfaillə Sabirabad şəhəri ərazisində, “Qlobus dairəsi” adlanan yerdə görüşdük. Taksi ilə oraya gəldim və taksidən düşərək Rəfaillə görüşdüm. Rəfail orada mənə əlbəəl 1200 manat pul verdi. Həmin vaxt orada başqa kimsə olmayıb. Daha sonra Rəfailə hər hansı bir köməklik etməmişəm və kimsəyə, hər hansı bir həkimə də həmin puldan verməmişəm”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Rəfailin sözlərinə görə, Ələsgər Cəbrayıl rayon sakinidir və 1993-cü ildə ailə üzvləri ilə birlikdə Sabirabad rayonu Cavad kəndi ərazisinə yerləşib: “Ailəvi gediş-gəlişlərimiz olub. Beləcə, bizim uzun illər ünsiyyətlərimiz olub. Ələsgərgil daha sonra Sabirabad rayonu Türkədi kəndi ərazisinə, bir müddət sonra isə Biləsuvar rayonu ərazindəki Cəbrayıl məcburi köçkün qəsəbəsinə köçdülər. Mənim 1999-cu il təvəllüdlü oğlum Zülfüqar 2-ci qrup əlil olub. 2022-ci ildə onun əlillik kateqoriyasını dəyişərək 3-cü qrup əlil etdilər. 2023-cü ilin avqust ayında isə Zülfüqarın əlilliyi ümumiyyətlə ləğv olundu. Zülfüqarın əlilliyi 2-ci qrupdan 3-cü qrupa keçdikdən sonra çox çalışdım ki, kateqoriyası əvvəlki kateqoriyaya dəyişdirilsin, yəni 3-cü qrup əlillikdən 2-ci qrup əlilliyə yenidən bərpa olunsun”. 
Zərərçəkmiş qeyd edib ki, həmin ərəfələrdə, yəni 2022-ci ilin sonlarında Zülfüqar əlilliyin bərpa mərkəzinə gedib və orada Zülfüqar Ələsgərlə rastlaşıb: “Zülfüqar Ələsgərlə söhbət əsnasında onu, ailə üzvlərimizi tanıdığını, əlilliyinin 3-cü qrupdan 2-ci qrupa bərpa olunması üçün köməklik edə biləcəyini dedi. Ələsgər də elə oradan, Zülfüqarın yanında olanda mənə zəng etdi və hal-əhval tutduqdan sonra Zülfüqarın 2-ci qrup əlilliyinin bərpa olunmasına köməklik edə biləcəyini dedi. Mən də Ələsgərə minnətdarılıq bildirərək, Zülfüqara köməklik etməsini xahiş etdim. Ələsgər Zülfüqarın bir neçə həkim komissiyasından keçməyə şifahi məlumatları ilə köməklik etdi. Təxminən 10-15 gün sonra isə Ələsgər Sabirabad şəhəri ərazisinə gəldi və biz Sabirabad rayonu Qalaqayın kəndi ərazisindəki restoranlardan birində görüşdük. Orada yemək yedik. Söhbət əsnasında Ələsgər Zülfqarın 2-ci qrup əlilliyinin bərpa olunmasına köməklik edə biləcəyini dedi. Bundan sonra Ələsgər oradan getdi və biz bir neçə dəfə telefonla əlaqə saxladıq. Telefon danışığı zamanı Ələsgər mənə Zülfüqarın əlilliyinin bərpa olunması üçün 1500 manat lazım olduğunu dedi. Mən də Ələsgərə 1500 deyil, heyvanını satdıqdan sonra əldə edəcəyim pulu verəcəyimi dedim”. 
Rəfailin sözlərinə görə, daha sonra bir baş iribuynuzlu erkək balalı heyvanını 1200 manata satıb: “Biz yenidən telefonla danışaraq Sabirabad şəhəri ərazisindəki “qlobus dairəsi” adlanan yerdə görüşmək barədə vədələşdik. Elə həmin telefon danışığı olan gün, yəni 2024-cü ilin aprel ayının ortalarında Ələsgər yaşadığı Cəbrayıl məcburi köçkün düşərgəsindən taksi ilə gəldi. Ələsgər mənə Bakı şəhərinə getdiyini dedi, “qlobus dairəsi”dən Bakı şəhəri istiqamətinə döndükdə, yolun sağında Ələsgərlə görüşdüm. Ona ağ rəngli kağız zərfdə 1200 manat pul verdim. Ələsgər əvvəlcə zərfin içərisinə baxmaq istəmədi. Lakin təkid etdim ki, Ələsgər zərfi açıb içərisinə baxsın. Ələsgər pulu saydı və məndən təhvil alaraq oradan gəldiyi taksi avtomobilinə əyləşdi, Bakı şəhəri istiqamətində getdi. Daha sonra Ələsgərlə dəfələrlə telefon əlaqəsi saxladım. Ələsgər hər dəfə mənə həkimin Naxçıvana getdiyini, gah Türkiyədəki zəlzələ ilə əlaqədar yardım toplanması işi məşğul olduğu üçün vaxtının olmadığını, həkimin qəbuluna düşə bilmədiyini, həkimin telefonu açmadığını, övladının xəstə olduğunu bildirdi. Bu kimi bəhanələr gətirərək işin həll olunmasını yayındırdı. Həmin telefon danışıqları zamanı artıq Ələsgərin məni aldatmasından şübhlənməyə başladım. Bir müddət sonra isə artıq polis şöbəsinə şikayət etmək qərarına gəldim”.
Zərərçəkmiş şəxs əlavə olaraq bildirib ki, Ələsgər tərəfindən ona dəymiş zərərin əvəzi tam həcmdə ödənilib və bununla da onunla barışıq əldə edib. 
Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən, Ələsgərin Rəfailə dəymiş ziyanı tamamilə ödəməsi, onlar arasında barışıq olması müəyyən edilib. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Mart 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri