Icma.az
close
up
RU
DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB... Astara sakini oğluna əlillik dərəcəsi verilməməsindən şikayətçidir / Video

DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB... Astara sakini oğluna əlillik dərəcəsi verilməməsindən şikayətçidir / Video

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Astara rayon sakini Abbasov İlqar Ağacan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Vətən müharibəsinin iştirakçısı olan oğlu Ağacanzadə İlham İlqar oğlu ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Mən, Abbasov İlqar Ağacan oğlu, yazaraq Sizdən kömək istəyirəm. Oğlum Ağacanzadə İlham İlqar oğlu, 2016-ci ilin Aprel döyüşlərinin  iştirakçısı olub. Səhhəti gözlə görüləcək qədər ağır vəziyyətdədir. İllərdir yarasından gələn çirkli qan kəsmir, ağrıları dayanmır. Yaralandıqdan sonra qırılan qabırğaları çıxarıblar. İç orqanları fəaliyyətini itirib. Tikiş yerindən çirklı maye gəlir. Buna baxmyaraq, Astara Rayon Xəstəxanasının baş həkimi Gülnar Muxtarova xəstəliyi olduğu kimi yazmır.

Ailəmizin maddi durumu çox zəifdir. Bu səbəbdən, imkanım yoxdur ki, müalicəyə aparım.

Oğluma qazi statusu verilməyib, əlilliyi yoxdur. Odur ki, “YAŞAT Fondu” heç bir xərci boynuna götürmür.

Bir ata kimi çarəsiz vəziyyətdə qalmışam. Hara gedirəm, qapıları üzümə bağlayırlar.

Astara Rayon Xəstəxanasının həkim heyəti bildirir ki, “mənim üçün qazi olmayıb ki!" Görün, nə qədər çirkin bir ifadədən istifadə edirlər.

Xəstəxananın direktoru Oktay həkim qazi statusu olmayanlara hörmət qoymur.

Oğlumun bədənindən 20-25 qəlpə çıxarılıb. “Ege Hospital” müayinə üçün 150 manat pul tələb edir, imkanım çatmır. Amma məni başa düşən yoxdur. Oğlumun gözümün önündə hər gün əziyyət çəkməsi məni məhv edir".

Məsələ ilə bağlı Astara Rayon Xəstəxanasının baş həkimi Gülnar Muxtarova ilə əlaqə saxladıq. O, bildirdi ki, Ağacanzadə İlham İlqar oğlu Həkim Məsləhət Komissiyasından keçib: "Komissiya onu müayinə edib. Əvvəl biz onu ixtisaslı müayinə üçün xəstəxanalara göndərmişdik. Xəstə ixtisaslı müayinədən keçib və səhhətində əlilliyə səbəb olan xəstəlik aşkarlanmamışdır. Əlilliyə səbəb olan xəstəlik olmadığı üçün biz onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına göndərə bilmirik. "Forma 88" bizim xəstəxanada yazılmır, Lənkəran xəstəxanasında yazılır.

Bir daha qeyd edirəm, xəstənin diaqnozunda əlilliyə səbəb bir xəstəlik aşkarlanmayıbsa, bunun günahı bizdə deyil. Burada yaşayan bütün qazilərdən soruşa bilərsiz. Hər biri ilə necə lazımdırsa, o cür danışılır. Hər şey bizim əlimizdə deyil. Niyə mənim haqqımda belə fikirlər səsləndiriblər, bilmirəm?! Mən baş həkim olaraq, üzərimdəki öhdəliyimi icra etmişəm.

“Mənim üçün qazi olmayıbsan” cümləsini işlədənə ayıb olsun, sadəcə, bunu deyə bilərəm. Bu, tamamilə yalan məlumatdır".

Jalə FAMİLQIZI

Redakisyadan: Mövzunu davam etdirəcəyik. Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 İyul 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri