Oğrular Luvrdan oğurlanmış qiymətli əşyaları qaranlıq internetdə satmağa cəhd ediblər
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail CGI Qrupunun baş direktoru Zvika Naveh bildirib ki, Luvrdan qiymətli əşyaları oğrular qaranlıq internetdə "on milyonlarla avroya" satmağa cəhd ediblər. O, iddia edib ki, oğrular zinət əşyalarının onlarda olduğuna dair "təkzibolunmaz dəlillər" təqdim etsələr də, Luvr rəhbərliyi təklifi qulaqardına vurub.
Naveh Ynet portalına bildirib ki, soyğundan beş gün sonra CGI öz veb saytı vasitəsilə "oğruların nümayəndəsi" olduğunu iddia edən bir şəxsdən şifrələnmiş mesaj alıb. O, zinət əşyalarının qaranlıq internetdə satılmasını müzakirə etməyi təklif edib və "əlaqəni yalnız 24 saatla məhdudlaşdırıb".
Şirkət onunla bir sıra "şifrələnmiş söhbətlər" aparıb və oğurlanmış əşyaların ən azı bir hissəsinə sahib olduğuna dair dəlillər əldə edib. Zvik Naveh Luvru altı gün ərzində cavab vermədiyinə görə tənqid edib. "Biz oğruların etibarını itirdik və Luvr muzeyi zinət əşyalarını geri qaytarmaq üçün real fürsəti əldən verdi", - deyə o bildirib.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 02 Noyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















