Icma.az
close
up
RU
“Parisdə “Əsrin oğurluğu“: Luvrdan Napoleonun zinət əşyaları götürüldü“ BBC

“Parisdə “Əsrin oğurluğu“: Luvrdan Napoleonun zinət əşyaları götürüldü“ BBC

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"7 dəqiqəlik basqın və beynəlxalq miqyaslı istintaq..."

Fransanın paytaxtında inanılmaz hadisə baş verib: dünyanın ən məşhur muzeyi sayılan Luvr cəmi 7 dəqiqə ərzində qarət edilib. 

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

Fransanın mədəniyyət naziri Raşida Dati bildirib ki, hadisə muzeyin səhər saatlarında açıldığı anda baş verib və xoşbəxtlikdən heç kim xəsarət almayıb.

İlkin məlumata görə, üç nəfərlik maskalı qrup Sena çayı sahilində aparılan tikinti zonası vasitəsilə muzeyə daxil olub. Onlar yük liftindən istifadə edərək Qalereya Apollona çatıb, pəncərələri qıraraq içəri girib və Napoleon Bonapartla imperatriça Jozefinaya məxsus doqquz zinət əşyasını - boyunbağı, bəzək sancaq, tiara və digər qiymətli daşlarla işlənmiş əşyaları vitrindən çıxarıblar.

Fransanın daxili işlər naziri Loran Nunyes hadisəni belə təsvir edib: "Onlar çox sürətli hərəkət ediblər". Qarətçilər daha sonra Yamaha TMax skuterinə minib A6 magistralına doğru qaçıb və hələ ki, tapılmayıblar. Ən böyük təsəlli odur ki, kolleksiyanın tacı sayılan, 140 karatdan ağır olan məşhur "Rejent" brilyantı oğurlanmayıb.

Luvr qapanıb, istintaqa isə İsraildən xüsusi komanda qoşulub

Hadisənin miqyası o qədər böyükdür ki, Fransa hökuməti yalnız yerli polisə güvənməyib və istintaqa İsrailin təhlükəsizlik üzrə ixtisaslaşmış CGI Group şirkətini cəlb edib. Bu şirkətin rəhbəri ŞABAK-ın keçmiş rəhbəri Yaakov Peridir.

Məqsəd - mümkün daxili sızıntıları istisna etmək və hadisənin arxasında Muzey daxilindən kimsənin olub-olmadığını müəyyənləşdirməkdir. Həmin komanda 2019-cu ildə Almaniyanın Drezden şəhərində baş verən və demək olar 1 milyard avroluq zinət əşyalarının oğurlandığı muzey qarətini açmaqla ad qazanıb.

Fransada muzey qarətləri artmaqdadır

Bu, son aylarda Fransada baş verən ilk belə hadisə deyil. Sentyabrın əvvəlində Limocedə Milli Porşelen Muzeyi qarət olunu , 6 milyon avro dəyərində Çin qabları və vaza oğurlanıb. Bir neçə gün sonra isə Paris Təbiət Tarixi Muzeyindən 600 min avro dəyərində qızıl parçalar yox olub.

Fransa indi dünyanın gözləri qarşısında ən güclü muzeyini necə qoruyacağını sübut etməyə çalışır. Luvr hələlik "fövqəladə səbəblərə görə" bağlıdır. Lakin həm ictimaiyyət, həm də beynəlxalq mədəni irs təşkilatları cavab gözləyir: Napoleonun zinət əşyaları geri qaytarılacaqmı, yoxsa bu hadisə muzey təhlükəsizliyinin yeni dövrünün başlanğıcı olacaq?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Oktyabr 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri