Oğul ona siqaret almayan atasını bıçaqladı
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Gəncə şəhərində oğul atasını siqaretə görə bıçaqlayıb.
Şəhər sakini, 1998-ci il təvəllüdlü Mətləb Məmmədov (soyad şərtidir - red.) Türkiyədə təhsil alandan sonra Gəncə şəhərinə qayıtsa da iş tapa bilməyib. O, valideynlərinin yanında qalıb və gündəlik xərclik pullarını valideynlərindən alıb. Atası və anası hər gün Mətləbə siqaret də alırlarmış.
İttihamda yazılanlara görə, bir müddət əvvəl Mətləbin atası Məmməd gecə yuxudan oyanıb və evin eyvanında səs eşidib. O, eyvana çıxanda oğlunun orada siqaret çəkdiyini görüb və ona irad bildirib.
Səhəri gün Mətləb yenidən atasından siqaret istəyib. Amma valideyni ona siqaret almayacağını bildirib. Nəticədə ata və oğul arasında mübahisə yaranıb. Bu zaman Mətləb atasına bıçaqla xəsarət yetirib və hadisə yerindən uzaqlaşıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Məmmədov 3 il azadlıqdan məhrum edilib.
(oxu.az)
Baxış sayı:124
Bu xəbər 12 Sentyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















