Icma.az
close
up
RU
Oğurlayırdım, özünə dedim, halallığını verdi Alim Qasımovdan etiraf

Oğurlayırdım, özünə dedim, halallığını verdi Alim Qasımovdan etiraf

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Hacıbaba müəllim orijinal insan, böyük ustad idi. Elə qəzəllər var idi ki, oxumurdu, demirdi amma mən bir şagird kimi onları “oğurlayırdım”. Bir gün ona dedim ki, olar “Humayun” dərsini zapisə yazım? Dedi ki, maqnitofon gətir, yaz. Sonra fikrini dəyişib dedi ki, maqnitofon lazım deyil, sənə öyrədərəm. Evə qanıqara gəldim. O vaxt plasmas güllər var idi. Gülü götürüb mikrofonu gülün içinə qoydum, gülün içindən “baqajnik”-ə bir tok çəkdim, akumulyator vasitəsi ilə. Mikrofonu da qoydum sinifdə Hacı müəllimin yanına. Dərs başladı. Dedi ki, mənim sənin kimi səsim olsaydı dilrüba oxuyardım. Daha düşünmürdü ki, səsini, oxumağını yazıram. Gedib həmin ifanı toyda oxudum. Sonralar ona səsini yazdığımı dedim. Dedi ki, halal xoşun olsun. Əsas odur ki, mənə halallıq verdi”
Demokrat.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Alim Qasımov deyib. Xanəndə gənclərə tövsiyyə də edib:
“Bir gün çəkdikləri əziyyətin bəhrəsini görəcəklər. Meydan var, yaxşılar onsuz da yetişir. Elə-belədən sənətkar olmaq olmur. İllərdir ki, dünya səhnələrində muğamımızı təmsil və təbliğ edirik. Bizə ən gözəl qiyməti də elə xalqımız, dövlətimiz verir. Dilimizi, mədəniyyətimizi bilməyən insanlara muğamımızı sevdirməkdən böyük qürur hissi yoxdur. Ona görə də sənətlə ciddi məşğul olmaq lazımdır. Niyə Hacıbaba müəllim bu gün yaddan çıxmır? Çünki əsl sənətkar olub. Sənətdən başı çıxanlar mütləq şəkildə onu dinləyirlər, qulaq asırlar. Bu kişi qəzəli oxuyanda qəzəli dəbə saldı. Bu gün nə qədər xanəndə varsa mütləqdir ki, onların hər biri Hacıbaba Hüseynovdan yararlanıb. Bu mütləqdir ki, belədir” deyə xalq artisti bildirib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Dekabr 2024 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri