Icma.az
close
up
RU
Alim Qasımovdan ŞOK ETİRAF “…oğurlayırdım” KONKRET

Alim Qasımovdan ŞOK ETİRAF “…oğurlayırdım” KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hacıbaba müəllim orijinal insan, böyük ustad idi. Elə qəzəllər var idi ki, oxumurdu, demirdi amma mən bir şagird kimi onları “oğurlayırdım”. Bir gün ona dedim ki, olar “Humayun” dərsini zapisə yazım? Dedi ki, maqnitofon gətir, yaz. Sonra fikrini dəyişib dedi ki, maqnitofon lazım deyil, sənə öyrədərəm. Evə qanıqara gəldim. O vaxt plasmas güllər var idi. Gülü götürüb mikrofonu gülün içinə qoydum, gülün içindən “baqajnik”ə bir tok çəkdim, akumulyator vasitəsi ilə. Mikrofonu da qoydum sinifdə Hacı müəllimin yanına. Dərs başladı. Dedi ki, mənim sənin kimi səsim olsaydı dilrüba oxuyardım. Daha düşünmürdü ki, səsini, oxumağını yazıram. Gedib həmin ifanı toyda oxudum. Sonralar ona səsini yazdığımı dedim. Dedi ki, halal xoşun olsun. Əsas odur ki, mənə halallıq verdi”.

KONKRET.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Alim Qasımov deyib. Xanəndə gənclərə tövsiyyə də edib:

“Bir gün çəkdikləri əziyyətin bəhrəsini görəcəklər. Meydan var, yaxşılar onsuz da yetişir. Elə-belədən sənətkar olmaq olmur. İllərdir ki, dünya səhnələrində muğamımızı təmsil və təbliğ edirik. Bizə ən gözəl qiyməti də elə xalqımız, dövlətimiz verir. Dilimizi, mədəniyyətimizi bilməyən insanlara muğamımızı sevdirməkdən böyük qürur hissi yoxdur. Ona görə də sənətlə ciddi məşğul olmaq lazımdır. Niyə Hacıbaba müəllim bu gün yaddan çıxmır? Çünki əsl sənətkar olub. Sənətdən başı çıxanlar mütləq şəkildə onu dinləyirlər, qulaq asırlar. Bu kişi qəzəli oxuyanda qəzəli dəbə saldı. Bu gün nə qədər xanəndə varsa mütləqdir ki, onların hər biri Hacıbaba Hüseynovdan yararlanıb. Bu mütləqdir ki, belədir” deyə xalq artisti bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Dekabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri