Icma.az
close
up
RU
Oğuz türklərində altın çağ Zəngilər dövləti

Oğuz türklərində altın çağ Zəngilər dövləti

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

II Yazı

Azərbaycan ərazisində Zəngilər Dövlətinin izləri

Azərbaycanda Qərbi Azərbaycanda İrəvan xanlığının və quberniyasının tərkibinə daxil olan Zəngibasar mahalı ən böyük mahallardan biri idi. Zəngibasar bölgə adından başqa Zəngiçayı Zəngi dövlətindən qalan izlərdir. Zəngi çayı başlanğıcını Göyçə gölündən götürür. İrəvan şəhərindən, Zəngibasar (Masis) rayonunun ərazisindən axıb Araz çayına tökülür. Eyni zamanda bu gün Azərbaycan Respublikasında Zəngilan rayonu da mövcuddur.Bütün bunlar Suriya və İraq Türkmanları ilə Azərbaycan Türklərinin etnik cəhətdən bir bütöv təşkil etdiyini göstərir.

Atabəylər

Səlcuqlu sultanları bir şahzadəni bir əyalətə vali göndərəndə onunla birlikdə Oğuz bəylərindən bir Atabəy də göndərirdilər. Atabəylər bu şahzadənin dövlət adamı və komandan olmasına çalışırdılar. Atabəylər Səlcuq imperatorluğu dağılandan sonra dövlətlər qurdular.Bunlardan ən mühümləri Fars, Azərbaycan, Suriya və İraq Atabəyləri idi.

Atabəylər Səltənət xanədanı zəif olandan sonra Atabəylər öz hökumətlərini qurub, Səlcuq imperatorluğunun parçalanmasına səbəb olmuşlar.Bu Atabəylərin ən mühümləri Salur Atabəyləri Farsda (1147-1286), Azərbaycan Atabəyləri və ya İldəniz oğulları (1136-1225), Mosul və Hələb Atabəyləri Zəngilər (1127-1233) və başqalarıdır. Zəngilər Levant bölgəsində dövlətlərini qurmuşdular.

Nurəddin Mahmud Zəngi

Nurəddin Mahmud Zəngi Hələb (1146-1174) + Şam Atabəyi (1154-1174). Nurəddin Mahmud Zəngi 1116-cı ildə Mosul şəhərində anadan olmuşdu. I İmadəddin Zənginin oğludur.1154-cü ildən Dəməşqin Əmiri və I Böyük Atabəyi idi.

Nurəddin Mahmud Zəngi qısa müddətə Səlibçilərin əlinə keçən Urfanı ani bir basqınla 1146-cı ildə təkrar fəthetdi.1149-cu ildə Antakya hakimi Raymondu öldürdü. Börülərin əlindən 1154-cü ildə Dəməşqi aldı.Yuxarı Mesopotamya, Güneydoğu Anadolu, Suriya, İrəvan ərazisini və Qərbi Azərbaycanı ələ keçirdi. Sultanlığını elan etdi. Nurəddin Mahmud Zəngi 1157-ci ildə Qüds kralı III Baudouini məğlub etdi.1158-ci ildə Səlibçilərə ilk dəfə məğlub olsa da onları 1164-cü ildə Harimdə ağır bir məğlubiyyətə uğratdı. Nurəddin Mahmud Zəngi 1171-ci ildə şiə Fatimilər Xilafətini tarixdən silərək İslam birliyinin yaranmasına səbəb oldu.

Səlahəddin Əyyubi Atabəy Nurəddin Zənginin diqqətini cəlb etmişdi. Ona görə də Atabəy 17 yaşında olan Səlahəddini saraya gətirdi və o burada dövlət idarə etməyi də dərindən öyrəndi.Tədricən ordusu qüvvətlənməkdə olan Atabəy Nurəddin Mahmud Zəngi Misiri də işğal edib tam şəkildə öz nəzarəti altına almaq istəyirdi.Bu arada Misirdə azlıqda olan məzhəblər üsyan qaldırdılar.Bunu görən Zəngi Misirdəki üsyanı yatırmaq və orada sabitliyi bərpa etmək məqsədilə ordusunu və sərkərdəsi Şirkuhu Fatimi Xəlifəsi əl-Abidin tabelyinə verdi.Atabəy Səlahəddini isə Şirkuhun köməkçisi təyin etdi. Xəlifənin razılığı ilə Şirkuh öz tabeliyində olan Türkman əsgərlərlə Misir üzərinə yürüş etdi. Şirkuh və köməkçisi Səlahəddin tərəfindən idarə olunan Zəngi ordusu Misir üsyanını yatırdı.Bundan sonra Misirin idarə edilməsi Nurəddin Mahmud Zəngi tərəfindən Şirkuha tapşırıldı. Misiri ələ keçirəndən az sonra Şirkuh vəfat etdi. Naib təyin olunan Səlahəddin Əyyubi, Nurəddin Mahmudun ölümünə qədər əmrlərə tabe olmuş və onun əmrlərindən kənara çıxmamışdır. Səlahəddin iki dəfə,1170-ci və 1172-ci illərdə, Nurəddin Zəngi tərəfindən Qüds krallığının işğalına yönəldilmiş kompaniyalardan kənarda qaldı. Nurəddin Zənginin qəfil ölüm xəbərini eşidər eşitməz Səlahəddin özünün dövlətini qurdu.

Zəngilər Xaçlılara qarşı İslam cəbhəsini birləşdirmiş, İkinci Xaçlı Səfərinin etkisiz hala gətirməyə çalışmışlar. Zəngilərin bu fədəkarlığı nəticəsində Səlibçilər irəliləmə imkanı tapmayaraq dəniz sahilinə sıxışıb qalmışdılar.

Nurəddin Mahmud Zəngi 1174-cü ildə Dəməşq şəhərində vəfat edib.

Məlik Saleh İsmayıl Zəngi

Dəməşqin II Böyük Atabəyi (1174-1181).1174-cü ildə atası Nurəddin Mahmud Zənginin ölümündən sonra Hələb və Dəməşq Atabəyi olmuşdu.

Atası vəfat etdiyində 11 yaşında idi. Bu səbədən atasının əmirləri tərəfindən hökumətə gətirildi.Bunlardan Hələb valisi Gümüştəkinin Dəməşqə gəlincə əhaliyə ağır vergilər qoyması bu basqıdan rahatsız olan xalqın məcburiyyətdən Misir valisi Səlahəddin Əyyubini çağıraraq ona tabe olmağa məcbur etdi. Səlahəddin Əyyubi, Məlik İsmayıl Zənginin anası İsmətəddin Xatun ilə evləndi. Dəməşqi isə öz hegemonluğuna alaraq idarə etdiyi Misir ərazisinə qatdı. Məlik Saleh İsmayıl Zəngi 1181-ci ildə 18 yaşında ikən idarə etdiyi Hələbdə vəfat etdi. Hələb və Mosul yalnız sonralar (1176 və 1186-cı illərdə) Səlahəddin tərəfindən ələ keçirildi.

I Seyfəddin Qazi

I Seyfəddin Qazi (1100-1149) Zəngilər sülaləsindən Mosul Atabəyi (1146-1149), hökmdardı.

1146-cı ildə Caber qalasının fəthi zamanı I İmadəddin Zəngi öldürüldü. Atabəyin öldürülməsi Böyük Zəngilər Dövlətinin də parçalanması demək idi.Onun ölümündən sonra dövlət iki oğul-Nurəddin Mahmud Zəngi və Seyfəddin Qazi arasında bölüşdürüldü. Nurəddin Mahmud Suriyanın idarəçiliyini öz üzərinə götürdü və Hələb şəhərini də özünün paytaxtı elan etdi. Seyfəddin Qazi isə Əl-Cəzirə bölgəsinə sahiblənib Mosula da başşəhər statusu verdi.Beləliklə, yaranması böyük tarixi bir hadisə olan Zəngilər Dövləti iki yerə parçalandı.Bəziləri bu parçalanmadan istifadə edib bu torpaqları öz hakimiyyəti altına almağa çalışdı. O cümlədən, Səlcuq şahzadələrindən Alp Arslan ibn Mahmud Atabəyliyin idarəsini ələ keçirmək məqsədilə yürüş etdi. Amma Seyfəddin Qazi bu yürüşün qarşısını almağa nail oldu. O daha sonra qardaşı Nurəddinlə razılaşma əldə etdi və Mosula gələrək atasının yerinə keçdi. İki qardaş arasında əldə olunan ittifaq isə dövlətin daha da qüdrətlənməsinə imkan verdi. Zəngilər növbəti dəfə istilalara başladılar. Hələb bölgəsinin idarəçiliyi tamamilə ələ alındıqdan sonra Seyfəddin Qazi səlibçilərin işğal etdiyi bölgələri istila etdi və ordusu ilə Qarabağ bölgəsinə gəlib çıxdılar.

1149-cu ildə Seyfəddin Qazinin Mosulda vəfat etməsindən sonra onun taxtına qardaşı Qütbəddin Mövdud sahib çıxdı. Mosul Atabəyləri zahirən Səlcuqlara tabe olsa da, müəyyən mənada tam müstəqil idi. Mövcud olduğu müddətdə yaxşı idarə aparatına malik olmuşlar.Mosulda çoxlu elm ocaqları, mədrəsə və sairə fəaliyyət göstərmişdir.Mosul öz dövrünün ən tanınmış müsəlman şəhərlərindən olmuşdur.

Zəngilər Dövləti içində baş verənlər

Paytaxtı Hələb olaraq qurulan Zəngilər Dövlətinin paytaxtı 1154-cü ildən Dəməşq şəhəri olub. Zəngilər xanədanının banisi Ağsunqurdur, Səlcuq imperiyası ordusunda bir hərbçi və Hələbin valisi idi. İraq valiliyinə təyin olunan Zəngilər dövlətinin qurucusu I İmadəddin Zəngi,1127-ci ildə Mosul,1128-ci ildə Hələb və sonra da digər Suriya şəhərlərini ələ keçirib. I İmadəddin Zəngi, siyasi bacarığı ilə və Səlibçilərə qarşı uğurlu mübarizəsilə, Mesopotamiya və Suriyanın böyük hissəsini öz hakimiyyətinə daxil edib.Qələbəlik bir Yıva kütləsini Yaruk adlı bəyləri ilə bərabər Şimalin Suriyaya gətirib səlibçilərin qonşuluğunda yerləşdirmişdi.Yıva boyu,Oğuz Türklərinin Üçok qoluna mənsubdur.

I İmadəddin Zənginin oğlu Nurəddin Mahmud Zəngi Suriyada fəth işlərini başladaraq 1154-cü ildə Dəməşqi ələ keçirib.Nurəddinin qardaşı Seyfəddin isə 1146-1149-cu illər arasında bütün Mesopotamiyanın fəthini tamamlayıb. Seyfəddin Zəngi xanədanın Mosul bölgəsini təşkil edib və 1146-1262-ci illlər arasında hakimiyyətdə olub. Zəngi idarəsini zirvəyə çıxaran şəxs isə Nurəddindir.O, Fatimi Dövləti idarəsindəki Misiri ələ keçirib və ailənin bütün tayfalarını hakimiyyətinə daxil edib.Nurəddinin oğlu İsmayıl hakimiyyətinə qarşı çıxan sərkərdəsi Səlahəddin Əyyubiyə məğlub olub. Zəngi xanədanının Sincar qolu 1220-ci ildə, Cəzirə qolu 1250-ci ildə Əyyubilər Dövləti və Mosul qolu isə 1262-ci ildə Elxanlı Azərbaycan İmperatorluğu tərəfindən aradan qaldırılıb. Zəngilər dövləti isə tariximizin yaddaşında əbədi qaldı və parlaq səhifələrə çevrildi.

Hökmdar Şəcərələri

Mosul Atabəyləri:

1.I İmadəddin Zəngi (1127-1146).

2.I Seyfəddin Qazi (1146-1149).

3.Qütbəddin Mövdud (1149-1170).

4.II Seyfəddin Qazi (1170-1180).

5.I İzzəddin Məsud (1180-1193).

6.I Nurəddin Arslan Şah (1193-1211).

7.II İzzəddin Məsud (1211-1218).

8.II Nurəddin Arslan Şah (1218-1219).

9.Nəsrəddin Mahmud (1219-1222 ya da 1234).

Hələb Atabəyləri:

1.I İmadəddin Zəngi (1127-1146).

2.Nurəddin Mahmud Zəngi Hələb (1146-1174)+Şam (Dəməşq) Atabəyi (1154-1174).

3.Məlik Saleh İsmayıl Zəngi Hələb (1174-1181)+Şam Atabəyi (1174).

4.II İmadəddin Zəngi (1181-1183).

Sincar Atabəyləri:

1.II İmadədddin Zəngi (1171-1197).

2.Qütbəddin Məhəmmməd (1197-1219).

3.İmadəddin Çahənşah (1219-1220).

4.Cəlaləddin Mahmud (1219-1220).

5.Fəthəddin Ömər (1219-1220).

Cəzirə Atabəyləri

1.Müzəddin Səncər şah (1180-1208).

2.Müzəddin Mahmud (1208-1241).

3.Mahmud Məlik Zahir (1241-1250).

Son.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Dekabr 2024 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see393

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see258

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see253

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see250

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see237

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see226

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see224

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see221

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see216

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see210

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see209

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see209

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see207

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see204

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see202

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see200

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see200

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see200

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see186

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri