Icma.az
close
up
RU
Oğuz və Nova Qoritsa arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Oğuz və Nova Qoritsa arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Icma.az, Azertag saytına istinadən bildirir.

Vyana, 23 oktyabr, AZƏRTAC

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovun Sloveniya Respublikasına səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər qardaşlaşmış Oğuz və Nova Qoritsa şəhərlərində müvafiq görüşlərin keçirilməsi və iki tərəfdaş şəhər arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyıb.

Səfər çərçivəsində Cavid Əbdul-Qədirovun sloveniyalı həmkarı, Nova Qoritsa şəhərinin meri Samo Turellə görüşü keçirilib. Görüşdə Oğuz və Nova Qoritsa arasında mədəniyyət, turizm, təhsil, kənd təsərrüfatı daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eyni zamanda, ətraf mühitin və su ehtiyatlarının qorunması və səmərəli idarə edilməsi ətrafında, eləcə də mümkün birgə layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra Cavid Əbdul-Qədirovun və Samo Turelin iştirakı ilə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli tərəfindən Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Andrey Komparaya "Diaspor fəaliyyətində xidmətə görə" medalının təqdimetmə mərasimi baş tutub.

A.Kompara Azərbaycan və Sloveniya arasında ikitərəfli əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin qərarı ilə həmin medalla təltif edilib.

Səfər çərçivəsində Cavid Əbdul-Qədirov Mehdi Hüseynzadənin (Mixaylo) abidəsinin və xatirə muzeyinin yerləşdiyi Nova Qoritsanın Şempas qəsəbəsinə baş çəkib. O, Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklillər qoyub, Mixaylonun xatirəsinə yaradılmış muzeylə tanış olub. Daha sonra Mixaylonun 1944-cü ilin noyabrında alman nasistləri ilə ağır döyüşdən sonra həlak olduğu Vitovlye kəndində olub, həlak olduğu ərazidə yerləşən xatirə lövhəsi önündə qəhrəmanın xatirəsi yad edilib.

Sonra Lyublyana şəhərinin meri Zoran Yankoviçlə görüş keçirilib və iki dost ölkə arasında şəhərlərarası əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin Nova Qoritsa və Vipava vadisi üzrə Turizm Şurasının baş direktoru Erika Loyk və Lyublyana Turizm Mərkəzinin rəhbər nümayəndələri ilə görüşlər keçirilib, turizm sahəsində mümkün əməkdaşlıq və təcrübə mübadiləsi müzakirə edilib.

Səfər çərçivəsində Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarının xatirəsinə ucaldılmış Dobrava Memorial Park Kompleksinin ərazisində Xocalı soyqırımı qurbanlarına həsr olunmuş xatirə lövhəsi ziyarət edilib və faciə qurbanlarının xatirəsi anılıb.

Xatırladaq ki, gələn il Azərbaycan və Sloveniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri