Icma.az
close
up
RU
Ohanyan Lələtəpə əməliyyatında özünü ayağından vurubmuş

Ohanyan Lələtəpə əməliyyatında özünü ayağından vurubmuş

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

“Lələtəpə” işi üzrə təqsirləndirilən şəxslər “günah keçisidir”. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanda "Lələtəpə" işi üzrə müttəhim, motoatıcı batalyon komandiri Qeqam Abramyanın müdafiəçisi Mher Akopyan açıqlayıb. 

Qeyd olunub ki, 44 günlük müharibə zamanı bu əməliyyatı ilk elan edən Nikol Paşinyan özü olub. 

"Lələtəpə" əməliyyatı ilə bağlı cinayət işi İrəvan Ümumi Yurisdiksiya Cinayət Məhkəməsinin hakimi Jora Çiçoyanın icraatındadır. 

Prokurorluğun hesabatına görə, Artur Ohanyan 2020-ci il oktyabrın 6-da Müdafiə Ordusu komandanlığından Lalə-İlahi dağı istiqamətində hücuma keçmək və alınmış ərazinin geri qaytarılması barədə əmr alıb. O, həmin gün həyata keçirdiyi hazırlıq işlərini başa çatdırıb və oktyabrın 7-də əks-hücum zamanı hərbi xidmət keçmə qaydasını müəyyən edən normativ hüquqi aktların tələblərinə əməl etməyib: 

"O, döyüş əməliyyatlarının aparılması qaydasının düzgün yerinə yetirilməməsi və zəif rəhbərlik, tabeliyində olan bölmələr arasında əməkdaşlığın təmin edilməməsi və asayişin pozulması, düşmənlə qarşılaşarkən və döyüşə girərkən qüvvə və vasitələrin qeyri-müntəzəm bölgüsü, eləcə də növbəti hərəkətlərin həcminin əvvəlcədən planlaşdırılmaması səbəbindən onun tabeliyində fəaliyyət göstərən birləşmələr əmrdə göstərilən yola salınma rayonuna çatıb və verilən döyüş tapşırığını yerinə yetirmədən misilsiz az sayda hərbi texnika və şəxsi heyət itkisi veriblər". 

Motoatıcı batalyon komandiri Qeqam Abramyan və tank batalyonunun komandiri Qarnik Mnatsakanyan ayrı-ayrı hərbi vəzifələri yerinə yetirməkdən imtina etməkdə ittiham olunurlar.

Lakin müdafiə tərəfi iddia edir ki, müttəhimlər "günah keçisi" ediliblər: "“Lələtəpə” əməliyyatına rəhbərlik etmiş Cəlal Arutyunyanın cinayət təqibi ibtidai istintaq orqanı tərəfindən bəraət hökmü əsasında dayandırılıb, Samvel Babayanın isə yalnız şahid statusu var. İşdə iştirak edən müdafiəçi Mher Akopyan bildirib ki, müvəkkilini əmri yerinə yetirməkdən imtina etməkdə ittiham edirlər, bu, gülüncdür, çünki oktyabrın 7-də əmrin yerinə yetirilməməsindən sonra, yaralanan Artur Ohanyan istisna olmaqla, eyni şəxslərin iştirak etdiyi əməliyyat oktyabrın 8-də də davam etdirilib.

Oktyabrın 8-də eyni əməliyyatı təkrarlayanda bütün ordunu götürüb azərbaycanlıların PUA və artilleriya ilə ordumuznun böyük hissəsini məhv etdiyi yerə yığdılar. Oktyabrın 8-də bütün qurbanlar toplaşdıqları yerdə olublar. Bundan sonra, oktyabrın 9-da Cəlal Arutyunyan prokuror müavininə hərbi hissənin əmri yerinə yetirmədiyi barədə məxfi cinayət aktı təqdim edib. 44 günlük müharibə zamanı bütün uğursuz əməliyyatlardan sonra Cəlal Arutyunyan yaralanmamışdan əvvəl cinayət hesabatlarını hər kəsə təqdim edib. Zabitlər Cəlal Arutyunyanın hesabatları əsasında mühakimə olunur".

İfadəyə əsasən, Cəlal Arutyunyan bildirib ki, Seyran Ohanyanın oğlu Artur Ohanyan əməliyyatda iştirak etməmək üçün özünü ayağından vurub: "Vəzifələri bizim əsgərlərimizin guya döyüşmədiyini göstərməkdir. Onlar özlərini Makedoniyalı İsgəndər kimi göstərirdilər, Guya Bakını fəth etməyə gedirdilər, lakin ermənilər döyüşmürdülər. Cəlal Arutyunyan 44 günlük müharibə ilə bağlı bütün uğursuz əməliyyatlardan sonra hesabatları təqdim edib. Ermənistan ordusunu gözdən salmaq üçün kampaniya aparılır". 

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 May 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri