Icma.az
close
up
RU
Lələtəpə qəhrəmanının Qubadlıda şanlı yürüşü

Lələtəpə qəhrəmanının Qubadlıda şanlı yürüşü

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev düz 9 il öncə baş vermiş tarixi Aprel döyüşlərini son dərəcə dəqiq xarakterizə edib: “Aprel döyüşləri Azərbaycanın şanlı hərbi qələbəsidir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir”.

Qarabağda Ermənistan ordusunun növbəti təxribatının nəticəsi olaraq başlanmış və 4 gün davam etmiş həmin döyüşlərin ən parlaq simalarından biri elə həmin ayın 1-də doğum günü qeyd edilən əfsanəvi komandir Şükür Həmidovdur.

Qəhrəmanımız 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində dünyaya göz açıb. Kənddə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Ardınca isə Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbinə qəbul edilib. Hələ təhsilini hərbi liseydə davam etdirən zaman könüllü olaraq döyüşlərə qatılmaq arzusunda olduğunu bildirib. Motoatıcı ixtisasına yiyələnən Şükür Həmidov 1995-ci ilin iyun ayında ilk zabit ulduzlarını – leytenant rütbəsini alaraq Naxçıvan Muxtar Respublikasında taqım komandiri kimi xidmətə başlayıb. Orada mayor rütbəsinə qədər yüksəlib. 2006-cı ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub. 2008-ci ildə akademiyanı bitirincə isə cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində bölmə komandiri kimi xidmətini davam etdirib. Sonra müxtəlif vəzifələrdə – tabor komandiri, qərargah rəisi olaraq nümunə göstərib, hərbi hissə komandirliyinədək yüksəlib.

Tarixi Aprel döyüşlərində onun rəhbərlik etdiyi “N” saylı Horadiz hərbi hissəsinin uğurlu əməliyyatları sayəsində “Ohanyan səddi” cəmi 18 dəqiqəyə yarılıb və “Lələtəpə” yüksəkliyi azad edilib. Hünərvər komandir orada həlak olan döyüşçülərini görəndə özünü ağlamaqdan saxlaya bilməyib, silahını ataraq Azərbaycan əsgərinin qarşısından qaçan düşmən zabitini görəndə isə qürurla gülüb.

Şükürgil o zaman Lələtəpə ilə bərabər, Tərtərin Talış kəndi ətrafındakı yüksəklikləri də aldılar və bununla ermənilərin hədəfindən çıxan Cocuq Mərcanlı kəndində böyük abadlıq işləri görülməsinə imkan yarandı. Qısaca desək, Cocuq Mərcanlıya təhlükəsiz köç başlandı və Qarabağa Böyük Qayıdışın startı verildi. Beləcə, bizi daha böyük zəfərə səfərbər edən Aprel döyüşləri igid oğullarımızın mübarizə əzmini xeyli gücləndirdi. Onlar sübut etdilər ki, Ermənistan ordusunun gücü barədə qondarılanlar “sabun köpüyü”ndən başqa bir şey deyilmiş. 2020-ci ilin sentyabr ayında başlanan və Şükürün şəhadətə qovuşduğu Vətən müharibəsinin nəticələri də bunu təsdiqlədi.

Polkovnik Həmidov sağlığında verdiyi müsahibədə Lələtəpə döyüşlərini belə xatırlayırdı: “Həmin günlər düşmən öz aləmində gizli tədbirlər həyata keçirirdi. Onlar arxadakı bölmələrini önə çəkirdilər, döyüş təlimləri adına müəyyən qruplaşmalar yaradırdılar, artilleriya, motoatıcı, mexanikləşdirilmiş tank bölmələrini ön ərazilərdə cəmləşdirirdilər. Təbii ki, bizim bölmələr boş durmayıb qarşı tərəfin bütün hərəkətini müşahidə edirdi. Baş verənlərin təhlilindən sonra anlamışdıq ki, düşmən hücumu ola bilər. Yanılmadıq... Aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribat fəaliyyətinə başladı. Mən məhz həmin istiqamətdə hərbi hissə komandiri idim. Baxdım ki, düşmən açıq şəkildə hücuma başlayır. O vaxt ön xətdə xidmət aparanların hamısı adi əsgərlər idi. Həmin əsgərlər düşmən hücumunun qarşısını rəşadətlə aldılar. Onlara Azərbaycan əsgərinin zərbi-dəstini göstərdilər. Düşmənə sübut etdilər ki, bu, 1992–1993-cü illərdə peşəkar zabitlər tərəfindən idarə olunmayan, silah-sursat qıtlığı yaşayan özünümüdafiə bölmələri deyil, ən müasir ordularla müqayisə ediləcək Azərbaycan Ordusudur”. Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamına əsasən, Aprel döyüşlərində misilsiz hünəri ilə seçilmiş hərbi hissə komandiri Şükür Həmidova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

...Şükür Həmidovun ailəsi Sumqayıta pənah gətirən məcburi köçkünlərdəndir. Mən də bu şəhərin sakini olduğum üçün bəzən onların yaşadığı evin yanından keçirəm. Hər dəfə bir anlıq da olsa, ayaq saxlayıb iftixarla xatırlayıram ki, 2016-cı ildə yüksək fəxri ada və vaxtından əvvəl polkovnik rütbəsinə layiq görülmüş qəhrəmanımız 2020-ci ildə artıq İkinci Qarabağ müharibəsinin döyüş meydanlarında da qartal kimi cövlan edib və qorxmaz komandir adını bir daha doğrultmaq şansını əldən verməyib.

Qəhrəmanın Vətənə sonsuz sevgi ilə xidmət etdiyi vaxt Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasının lentə aldığı “Aprel yüksəkliyi” adlı sənədli film məhz Şükür Həmidova həsr olunub, onun döyüş yolunu əhatə edir. Filmin rejissoru Zamin Məmmədov bildirir ki, Aprel döyüşlərindən sonra, sanki, bir oyanış yaranmışdı, vətənpərvər hisslər daha da güclənmişdi: “Döyüşdə hünər göstərənlərin igidliyi, qəhrəmanlığı dillər əzbərinə çevrilmişdi. İstər döyüşdə həlak olanlar, istərsə də sağlığında Milli Qəhrəman səviyyəsinə yüksələnlərin hər biri dövlətin diqqətində idi. Şükür Həmidov Cəbhənin cənib hissəsindəki idarəçilik korpus komandirinin müavini vəzifəsində çalışırdı, döyüş vaxtı öndə gedən komandirlərdən biri idi. Aprel döyüşlərində Lələtəpə istiqamətindəki döyüşləri o, idarə edirdi. Filmdə bu öz əksini tapıb. Etiraf edim ki, onun haqqında film çəkilişi zamanı komandiri tapmaq, onunla döyüşdüyü ərazilərdə çəkiliş aparmaq o qədər də asan deyildi. Şükür Həmidov şəxsən özü çəkiliş üçün lazım olan bütün şəraiti yaratmaqda bizə yaxından kömək etdi. İlk baxışdan sadə görünən bu insanın daxili aləmi o qədər zəngin idi ki, danışdıqca necə böyük ürəyə sahib olduğunun şahidi olurdum”.

2019-cu ildə Bakıdakı Nizami Kino Mərkəzində həmin filmin təqdimatda Şükür Həmidov özü də iştirak edirdi. Çıxışında Xocalı soyqırımı, Qarabağ müharibəsi haqqında danışdı, həmçinin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi igidlikləri xüsusilə vurğuladı. Ümidvar olduğunu bildirdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağı gün heç də uzaqda deyil.

Bundan ilyarım sonra Vətən müharibəsi başlandı. Onun arzusu çin olurdu. Oktyabrın 20-də doğma Qubadlı rayonu istiqamətində döyüşlərdə rəşadət göstərən 2-ci Ordu Korpusunun komandir müavini Şükür Həmidov uşaqlıq və yeniyetməlik xatirələri ilə bağlı Armudlu kəndinə tezliklə girmək arzusunda idi. Bir gün sonra ordu bölmələrimiz Qubadlının 12-dən çox yaşayış məntəqəsini aldı. Armudluya lap az qalırdı. Amma oktyabrın 22-də səhər saatlarında Şükür Həmidov qonşu Mahmudlu kəndi istiqamətində – ön xətdə igidliklə həlak oldu.

Milli Qəhrəman ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Fəxr edirik ki, qəhrəman Şükür Həmidov da, onun şəhadətə qovuşmuş silahdaşları da təməli Aprel döyüşləri ilə qoyulan Zəfər yürüşünün və misilsiz rəşadətin simvoluna çevriliblər.

...İki gün öncə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konustitusiya və Suverenlik İli” çərçivəsində Bakıdakı II Fəxri Xiyabanda Milli Qəhrəman, polkovnik Şükür Nəriman oğlu Həmidovun 50 illik yubileyi münasibətilə mərasim keçirilib. Şəhidin məzarı üzərinə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Anım törəni Sumqayıtdakı “28 May” mədəniyyət evində davam etdirilib. Qəhrəmanın həyat yolundan bəhs edən video-çarx nümayiş olunub.

Natiqlər Şükür Həmidov haqqında xatirələrini bölüşüblər. Onun qardaşı Əsəd Həmidov şəhidin ruhuna ehtirama görə dərin minnətdarlığını bildirib. Məktəblilərin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şerlər və muğam parçaları səsləndirilib.

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri