Okan Buruk gürcü futbolçu haqda “3 ildir izləyirik”
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Lion"un futbolçusu Jorj Mikautadze haqda danışıb.
QOL.az xəbər verir ki, o, DHA-ya müsahibəsində bu futbolçunu transfer etmək istədiklərinə dair xəbərlərə münasibət bildirib:
"Mikautadze bəyəndiyimiz oyunçudur. Mən təkliflərin tərəfdarı deyiləm. 3 ildir ki, onu izləyirik. O, vacib oyunçudur, amma hazırda heç bir futbolçuya prioritetimiz kimi yanaşmırıq. Mən oyunçu ilə danışmamışam. Baxsanız, siyahıda 20-30 futbolçu var, amma heç biri ilə danışığımız olmayıb. Futbolçu ilə bağlı mövzulardan danışmayacağam. Nəsə ediriksə, gizli şəkildə etməliyik”.
Qeyd edək ki, daha öncə mətbuatda "Qalatasaray"ın Gürcüstan millisinin hücumçusu üçün 17 milyon avroluq rəsmi təklif göndərdikləri ilə bağlı xəbərlər yayılmışdı.
Baxış sayı:125
Bu xəbər 26 Dekabr 2024 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















