“Onu 3 ildir ki, izləyirik” Okan Buruk
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Lion”un futbolçusu Jorj Mikautadze haqda danışıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Buruk futbolçunun transferi ilə bağlı dair xəbərlərə münasibət bildirib.
O, gürcü futbolçunu uzun müddətdir izlədiklərini açıqlayıb:
“Mikautadze bəyəndiyimiz oyunçudur. Onu 3 ildir ki, izləyirik. Vacib oyunçudur, amma hazırda heç bir futbolçuya prioritetimiz kimi yanaşmırıq. Mən oyunçu ilə danışmamışam. Baxsanız, siyahıda 20-30 futbolçu var, amma heç biri ilə danışığımız olmayıb. Futbolçu ilə bağlı mövzulardan danışmayacağam. Nəsə ediriksə, gizli şəkildə etməliyik”.
Bundan əvvəl də mətbuatda “Qalatasaray”ın futbolçu üçün Fransa klubuna 17 milyon avroluq təklif irəli sürdüyü bildirilib.
Qeyd edək ki, “sarı-qırmızılılar” Türkiyə Super Liqasında 44 xalla liderdir.
Baxış sayı:75
Bu xəbər 27 Dekabr 2024 02:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















