Icma.az
close
up
RU
Okan Burukdan UEFA ya sərt ittiham: “Bu qərar ədalətli deyil”

Okan Burukdan UEFA ya sərt ittiham: “Bu qərar ədalətli deyil”

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Okan Buruk Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində “Liverpul”la keçiriləcək oyun öncəsi açqlamasında UEFA tərəfindən “sarı-qırmızılı” azarkeşlərə tətbiq edilən cəzaya sərt reaksiya göstərib.

İdman.Biz xəbər verir ki, Buruk azarkeşlər üçün ayrılan sektorun rəqib komandaya verilməsini qəbulolunmaz adlandırıb.

“Bu cəza ədalətli deyil. “Qalatasaray” azarkeşlərinə məxsus tribunanın “Liverpul”a verilməsi doğru deyil. Başqa şəxslərin səhvinə görə günahsız insanlar cəzalandırılır. Bu qərar nə haqdır, nə də doğru. Biz harada olmağımızdan asılı olmayaraq bizi dəstəkləyən azarkeşlərimiz üçün oynayacağıq”, - deyə baş məşqçi söyləyib.

Rəqib barədə də danışan baş məşqçi komandasının fiziki hazırlığına güvəndiyini bildirib:

“İndiyə qədər “Liverpul”la iki oyun keçirmişik və hər ikisində lazımi atletizmi nümayiş etdirmişik. Onlar fiziki cəhətdən çox güclüdürlər, lakin biz də bu mübarizəyə hazırıq. Heyətimizdə Davinson Sançes kimi mühüm itki olsa da, onu əvəzləyəcək hazır oyunçularımız var”.

Okan Buruk hədəfinin növbəti mərhələ olduğunu vurğulayıb:

“Tək xəyalım turu keçməkdir. Rəqibi öz meydanımızda iki dəfə məğlub etsək də, indi səfər faktorunu nəzərə almalıyıq. Futbolçularıma inanıram, bu gecə türk futbolu üçün tarixi bir an ola bilər”.

Qeyd edək ki, “Qalatasaray”ın “Liverpul”la qarşılaşması bu axşam Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Mart 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri