Icma.az
close
up
RU
Okean temperaturu bəşər tarixinin rekordunu qırdı

Okean temperaturu bəşər tarixinin rekordunu qırdı

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Qlobal istiləşmə və El-Nino effekti səbəbindən dünya okeanları səth temperaturunda 21,1 dərəcə Selsi rekorduna çatıb. El Nino Sakit okeanın tropik hissəsində dəniz səthinin temperaturunun qeyri-adi şəkildə yüksəlməsi ilə əlaqəli qlobal iqlim hadisəsidir. İnsanların yaratdığı qlobal istiləşmə və Sakit okean mərkəzli El Niño effektinin birləşməsi səbəbindən dünya okeanları bütün zamanların temperatur rekordlarını qırıb. AB Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına görə, qlobal qütbsüz dəniz səthinin orta temperaturu 21,1 dərəcə Selsiyə çatıb ki, bu da 2024-cü ilin mart ayında müəyyən edilmiş 21,09 dərəcə Selsi rekordunu keçib. Gəmilərdən və peyklərdən əldə edilən məlumatlardan istifadə edərək səthin 10 metr altından hesablanan bu artım, El Niño ən güclü səviyyəsinə çatmazdan və Cənub yarımkürəsinin yay dövrü başlamazdan əvvəl baş verdiyi üçün elmi ictimaiyyətdə böyük narahatlıq doğurub.

Okeanların atmosferdəki artıq istiliyin 90%-dən çoxunu udaraq nəhəng bir bufer rolunu oynadığını nəzərə aldıqda bu təhlükənin Yer Planetinə baha başa gələcəyini təxmin etmək çətin deyil. Okeanın artıq istiliyi əvvəlki qədər uda bilmir. Risk ondadır ki, okeanlar getdikcə daha çox istilik saxladığı üçün sistem normal davam etməyəcək. Çünki səth suları isindikcə təbəqələşmə güclənir. Bu, dərin suların səth suları ilə qarışmasının qarşısını alır; oksigen və qida maddələrinin daşınmasını çətinləşdirir. Okean istilik dalğaları gücləndikcə və daha uzun sürdükcə, qızdırılan su genişlənir və dəniz səviyyələrini qaldırır.

Qeyd edək ki, El-Nino qlobal atmosfer dövranının modelini dəyişdirir, nəticədə bir bölgədə yağış və daşqın riski artır, digərində isə quraqlıq riski artır. Normal şəraitdə tropik Sakit okeanda güclü şərq küləkləri isti səth sularını qərbə doğru aparır. El-Nino zamanı bu küləklər zəifləyir. İsti su mərkəzə və şərqi Sakit okeana doğru yayılır və soyuq, qida maddələri ilə zəngin dərin suların səthə çıxmasını azaldır. Bu böyük temperatur anomaliyası atmosfer konveksiyasını, təzyiq sahələrini və reaktiv axınlarını dəyişdirir. Nəticədə, Sakit okeanda başlayan bir hadisə minlərlə kilometr uzaqlıqdakı yağış sistemlərinə təsir göstərə bilər.

El-Nino illərində Cənubi Amerika və Şərqi Afrikanın bəzi yerlərində güclü yağış və daşqın ehtimalı arta bilər, Avstraliya, İndoneziya, Cənub-Şərqi Asiyanın bəzi yerlərində və Cənubi Afrikada isə quraqlıq riski artır. El Nioo Atlantik okeanında qasırğa aktivliyini boğur. Əksinə, mərkəzi və şərqi Sakit okeanda tropik siklonların əmələ gəlməsi üçün daha əlverişli şərait yarana bilər. Buna görə də, El Nino bütün növ ekstremal hava hadisələrinin eyni vaxtda artmasına səbəb olan bir hadisə deyil. Bu, dünya hava sistemində enerji və yağıntının paylanmasını dəyişdirən genişmiqyaslı bir mexanizmdir.

Okenlarda temperatur artdıqca canlı orqanizmlərin maddələr mübadiləsi sürətlənir və onların oksigen ehtiyacları artır, lakin isti su fiziki olaraq daha az həll olmuş oksigeni saxlayır. Soyuq suda yaşayan növlər daha şimala və ya daha dərin sulara çəkilir. Okeanın uzun müddətli isti dalğaları mərcanların ağarmasına və kütləvi ölümlərə səbəb olur. Eynilə, dəniz otları, kiçik orqanizmlər də okeanın isti dalğalarından ciddi şəkildə təsirlənir. Bundan əlavə, dənizlər tərəfindən udulan karbon qazının yaratdığı okean turşulaşması, istiləşmə və oksigen tükənməsi ilə birlikdə ekosistemə təzyiqi artırır.

İstiləşmənin genişlənməsi və quru buzlaqlarının əriməsi dəniz səviyyəsinin qalxmasında rol oynayır. 1971-2018-ci illər arasında dəniz səviyyəsindəki artımın 50%-nin istilik genişlənməsi ilə əlaqəli olduğu bildirilir. 2006-2018-ci illər arasında Qrenlandiya və Antarktidada buz itkisinin sürətlənməsinin də bu artımda rolu var. Habelə, 1901-2018-ci illər arasında qlobal dəniz səviyyəsinin orta hesabla 20 santimetr artdığı və artım sürətinin ildə 2,3 millimetrdən 3,7 millimetrə yüksəldiyi məlumdur. 20 santimetr artım kiçik səslənə bilər, amma sahil baxımından orta dəniz səviyyəsi yalnız başlanğıc nöqtəsidir. Fırtına dalğaları və yüksək dalğalar baş verdikdə, bu nisbət ciddi təhlükə yarada bilər.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Avqust 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri