Okean səthinin orta temperaturu rekord həddə çatıb
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyul ayında okean səthinin orta temperaturu meteoroloji qeydlərdə rekord həddə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Yerin məsafədən zondlanması və xəritələşdirilməsi üzrə Avropa proqramının hesabatında öz əksini tapıb.
Hesabata görə, Yer kürəsinin 60 dərəcə cənub və 60 dərəcə şimal enlikləri arasındakı qütb olmayan bölgələrində okean səthinin orta temperaturu +20,96°C olub. Bu, 2023-cü ilin iyul ayında qeydə alınan əvvəlki +20,89°C rekordunu üstələyib.
Hesabatda qeyd edilir ki, 19 iyundan bəri okean temperaturu hər gün yüksəlib və bütün dövrlərin ən yüksək səviyyəsinə yaxınlaşıb. Hazırkı rekord 21,09°C-dir və bu, 2024-cü ilin mart ayında qeydə alınıb. 31 iyulda isə temperatur 21,05°C olub.
Alimlər bildirirlər ki, iyun ayında okean səthinin temperaturunun yüksəlməsinə El Nino fenomeni səbəb olub. Nəticədə bu, dəniz suyunun orta temperaturunun artmasına gətirib çıxarıb.
Bununla belə, digər bölgələrdə də yüksək temperatur müşahidə olunur. Belə ki, iyul ayı Amerika Birləşmiş Ştatlarında qeydə alınan ən isti ay olub.
Bu mövzuda digər xəbərlər:Okean səthinin temperaturu rekord həddə çatdı TƏHLÜKƏ
01 İyul 2026 13:29
Dünya okeanının temperaturu rekord həddə çatıb
11 Yanvar 2026 12:04
Planetdəki okeanların temperaturu kritik həddə çatıb...
27 İyul 2025 23:31
Arktikada havanın temperaturu rekord göstəricilərə çatıb
17 Dekabr 2025 00:56
Silah satışı rekord həddə çatıb
17 Mart 2025 10:08
Baxış sayı:122
Bu xəbər 11 Avqust 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















