Icma.az
close
up
RU
Okeanın dibində müəmmalı "danışıqlar" Alimlər sirri çözə bilmir

Okeanın dibində müəmmalı "danışıqlar" Alimlər sirri çözə bilmir

Icma.az, Bakupost saytına istinadən bildirir.

Antarktika ətrafındakı sularda okeanın dərinliklərindən gələn müəmmalı səslər qeydə alınıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Bio-Duck adlanan bu səslər, "ördəyin qırıq səsi"nə bənzəsə də, daha güclü və sirli bir təbiətə malikdir.

Bununla bağlı tədqiqatın nəticələri 187-ci Amerika Akustika Cəmiyyətinin iclasında təqdim edilib.

Qeydlərin analizi göstərib ki, səslər xaotik deyil, daha çox bir neçə mənbə arasında dialoq şəklində eşidilir.

Bio-Duck səsi ilk dəfə 1960-cı ildə qeydə alınsa da, təbiəti uzun illər boyu sirr olaraq qalırdı. Yalnız 2014-cü ildə alimlər bu səsləri Antarktika kiçik cizgili balinaları ilə əlaqələndiriblər. Bu əlaqə, balinaların davranışlarını izləmək üçün istifadə edilən xüsusi etiketlərlə tapılıb.

Ancaq bu izahın tam mənası hələ də açılmayıb. Avstraliya və Yeni Zelandiya ətrafındakı digər okeanlarda qeydə alınan oxşar səslər hələ də balinalarla əlaqələndirilməyib, bu isə digər dəniz sakinlərinin də belə səslər çıxara biləcəyini deməyə əsas verir.

Tədqiqatın həmmüəllifi Rass Ross Çepmen bildirib: "Biz aşkar etdik ki, səslər bir neçə fərqli mənbədən gəlir və onlar bir-birilə ünsiyyət qururlar. Biri danışanda, digərləri susur, sanki dinləyirlər. Sonra, birinci susur və digərlərinə cavab vermək imkanı yaradır".

Başlanğıcda alimlər səslərin mütəmadi olmasına görə onların bioloji mənşəli olduğunu şübhə altına almışdılar. Lakin daha sonra edilən araşdırmalar göstərib ki, bu səslər canlı varlıqlardan gəlir.

Səslərin məqsədi hələ də aydın deyil. Alimlər, bu səslərin qida axtarışı, valideynlə bala arasındakı əlaqə və ya hətta dəniz gəmilərinin yaxınlaşması barədə xəbərdarlıqlar ola biləcəyini güman edirlər.

Lalə, BakuPost

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Noyabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see210

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see202

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see191

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see182

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see131

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri