Icma.az
close
up
RU
“Okey” sözünə görə aparıcıları cərimələmək dilə sevgi yox, düşmənçilik yaradar” Professordan etiraz

“Okey” sözünə görə aparıcıları cərimələmək dilə sevgi yox, düşmənçilik yaradar” Professordan etiraz

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda televiziya aparıcılarının efirdə “ok” kimi sözlərdən istifadə etməsinə görə cərimələnə biləcəkləri bildirilir. Həmçinin digər əcnəbi sözlərin işlədilməsi də aparıcılara baha başa gələ bilər. Belə ki, bu hallara görə 500–1000 manat məbləğində cərimə tətbiq oluna bilər. Bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Şura tərəfindən noyabrın ilk iki həftəsində aparılan monitorinq zamanı aparıcıların efirdə üç minə yaxın xarici söz işlətməsi qeydə alınıb. Cənab Səttarovun təqdim etdiyi statistikaya əsasən, təkcə “okey” sözü efirdə 104 dəfə istifadə edilib.

Bu açıqlama cəmiyyətdə geniş müzakirələrə səbəb olub və efir dilinin normalaşdırılması, mediada ana dilinin qorunması məsələsini yenidən gündəmə gətirib.

Moderator.az bildirir ki, mövzu ilə bağlı teletənqidçi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Musavat.com-a danışıb:

“Əvvəla onu qeyd edim ki, İsmət Səttarovun çıxışının mətnini tapıb diqqətlə oxudum. Orada müəyyən qədər kontekstdən çıxarılmalar var. Amma fakt faktlığında qalır ki, bizdə televiziyalarda monitorinq aparıldığı dövrdə əcnəbi sözlərin daha çox işlədilməsi qeydə alınıb. Yəni yanaşma fərqli ola bilər: biz doğrudanmı süni şəkildə alınma sözlərdən istifadə edirik, yoxsa “okey” kimi sözlər artıq bizim gündəlik leksikonumuzda möhkəmlənib? Yeri gəlmişkən deyim ki, “okey” sözü ötən ilin statistikalarına görə dünyada ən çox işlədilən söz olub. Yəni, bu məsələnin öz tarixi var.

Burada iki əsas məqam mövcuddur. Birincisi, biz alınma sözləri ümumiyyətlə işlətməməliyik, yoxsa müəyyən ölçüdə yanaşmalıyıq? Dünyada elə ölkələr və elə dillər var ki, onlar ümumiyyətlə alınma sözlərə qarşıdırlar. Məsələn, fars dili. Ötən əsrin 20–40-cı illərində orada “purizm” hərəkatı yayılmışdı və onlar qəti şəkildə alınma sözlərin əleyhinə idilər. Lakin sonradan buna ciddi müqavimət göstərə bilmədilər. Çünki bütün dillər söz alır və söz verir. Yeni tendensiyalar, yeni predmetlər, yeni əşyalar, yeni situasiyalar yaranır və onların ifadəsi üçün də yeni sözlər tələb olunur. Belə olan halda, dilin öz sözü varsa, o işlədilir, yoxdursa, həmin mənbə dildə olduğu kimi qəbul edilir.

Bizim problemimiz isə ondan ibarətdir ki, biz yeri gəldi-gəlmədi alınma sözlərə meyilliyik. Bu, Məşədi İbad demiş, bir növ “obrazovannı” görünmək üçün edilən süni davranışa çevrilir. Yəni, bəzi adamlar bu sözləri özlərini fərqli göstərmək üçün yerli-yersiz işlədirlər. Problem bundadır. Mən özüm 2012-ci ildə “Alınma sözlər lüğəti” adlı kitabımı çap etdirmişəm. Həmin lüğətin sonunda Azərbaycan dilində qarşılığı olan alınma sözlərin siyahısını da vermişəm. Məsələn, bizdə “uyğunlaşma” sözü olduğu halda, “inteqrasiya” hansı məqamda işlədilməlidir? Və yaxud digər alınma sözlərlə bağlı bu qəbildən nüanslar mövcuddur”.

Professor efirdə “okey” sözünü işlətdiyinə görə aparıcıların cərimələnməsinin qəti əleyhinə olduğunu deyib:

“Məncə, efirdə alınma sözün işlədilməsinə görə kimisə cərimə etmək bir qədər qeyri-ciddi səslənir. Burada əsas problem ondan ibarətdir ki, əvvəlcə biz efir dilini, ekran dilini nə qədər normallaşdırmışıq? Bizim yazı dilimizin orfoqrafiyası, qaydaları hansı səviyyədə mükəmməldir? Efirə xas olan dil, televiziya və radionun dili həm yazılı ədəbi dilin, həm də şifahi ədəbi dilin qovşağıdır. Yəni burada yeni bir istiqamət var: audiovizual dil. Görüntü, səs, intonasiya, vurğu, məntiqi vurğu - bütün bunların rolu artır və bu hadisələr ciddi şəkildə öyrənilməlidir.

Lakin sonuncu orfoqrafiya lüğətində müəyyən mübahisəli məqamlar var. Məsələn, biz indiyənə qədər “məllim” demişik, amma yeni qayda deyir ki, “müəllim”, yəni yazıldığı kimi deyilməlidir. Bu cür qaydalar var ki, hələ geniş kütlə, auditoriya, xalq, tamaşaçı bu dəyişikliklərə tam alışmayıb. Elə aparıcının özü üçün də bu məqamlar bəzən mübahisəli görünür və xüsusən canlı efirdə duruxmalar yaradır. Bütün bunları nizama saldıqdan sonra, bəli, müəyyən qədər cərimələrdən danışmaq olar.

Dilin qaydaları qorunmalıdır. Bununla bağlı dünyada müxtəlif təcrübələr var. Məsələn, Fransada “dil polisi” var və bu işlə məşğuldur. Amma fransız dilində normativləşmə və ədəbi dil məsələlərində demək olar ki, böyük mübahisələr yoxdur. Bizim dillə bağlı isə yeni hadisələr, yeni hallar yaranır və bunları dil komissiyası kimi qurumlar həll edir. Ona görə də bütün məsələləri kompleks şəkildə nəzərə alsaq, indiki halda aparıcıların hansısa norma pozuntusuna görə dərhal cərimələnməsinin qətiyyən tərəfdarı deyiləm. Bu, dilə sevgi yaratmır, əksinə, antipatiya yaradır.

Doğrudur, inzibati xətalar haqqında qanunvericiliyə əlavələrdə bu məsələ öz əksini tapıb. Lakin mən hesab edirəm ki, hələlik bu məsələnin tətbiqi üçün tezdir. Onsuz da insanlar kifayət qədər cərimə ödəyirlər, hər addım cərimədir. Bu sahədə də əlavə cərimə tətbiq etsək, dil ilə onu daşıyıcı arasında müəyyən bir uçurum yarada bilərik. Ona görə də ən yaxşı yol dilə sevgidir, peşəkarlıqdır. Televiziya aparıcılarının dilin sərvətlərinə, qaydalarına doğru yanaşmasıdır. Belə olan halda həm dilimizi sevəcəyik, həm də televiziyalarımızı. Əks halda cərimə tətbiq olunsa, çoxlu qaranlıq məqamlar ortaya çıxacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Dekabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri