Icma.az
close
up
RU
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb

Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 sentyabr, AZƏRTAC

Oksford Universitetinin “Executive MBA” proqramının iştirakçıları olan, uğurlu karyeraya sahib peşəkarların və sənaye rəhbərlərinin iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri üçün karyera inkişafı, liderlik və idarəetmə mövzusunda panel müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin rektoru, dosent Rüfət Əzizovla keçirilən görüş zamanı qonaqlarla – “Polestar Automotive” şirkətinin qlobal satınalmalar üzrə icraçı vitse-prezidenti və rəhbəri Frida Yinq He, “unicorn” startaplarla çalışan qlobal süni intellekt GTM və tərəfdaşlıq lideri Mariya Nunez Burxalter, sahibkarlıq siyasəti mütəxəssisi Şeril Lo, SOCAR-ın nümayəndəsi Rüstəm Əliyev və UBOC-un baş meneceri Elxan Bəşirovla geniş fikir mübadiləsi aparılıb.

Rektor qonaqlara ADNSU-nun tarixi, inkişaf istiqamətləri, beynəlxalq əlaqələri və həyata keçirilən müasir layihələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, universitetdə tələbələrin praktik bacarıqlarının artırılması, müasir təhsil metodlarının tətbiqi, tədqiqat və innovasiya yönümlü proqramların həyata keçirilməsi prioritet istiqamətlərdəndir.

Rəsmi hissədən sonra universitetin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə panel müzakirə keçirilib. Təcrübəli mütəxəssislər karyera inkişafı, liderlik və idarəetmə mövzularında panel müzakirəsi aparıblar. Onlar öz zəngin təcrübələrini iştirakçılarla bölüşüb, tələbələrin suallarını cavablandırıblar.

Qonaqlar ADNSU-da yaradılmış Azərbaycan-Türkiyə Dostluq Mərkəzində, rəqəmsal energetika, kibertəhlükəsizlik laboratoriyalarında, həmçinin tarix və mineralogiya muzeylərində olublar. Universitetin elmi mühiti, laboratoriyaları və tədris imkanları ilə tanış olan qonaqlar ADNSU-nun tədris imkanlarını yüksək qiymətləndiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2025 04:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri