Icma.az
close
up
RU
Öksüz, yaxud son busə Əli bəy Hüseynzadənin hekayəsi

Öksüz, yaxud son busə Əli bəy Hüseynzadənin hekayəsi

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Əli bəy Hüseynzadənin "Öksüz, yaxud son busə" hekayəsini təqdim edir.

Altunsaçın atası Daşdəmir müharibə başlanarkən arkadaşı Hamid bəyin yanına gedər, kəndisini könüllü olaraq yazdırır, müharibə meydanına tələsir. İki ay qəhrəmancasına böyük davalarda bulunduqdan sonra, nəhayət dəhşətli bir vuruşmada köksündən yaralanır. Arxada bulunan xəstəxanaya gətirilir. Tam üç gün duyğusuz düşdükdən sonra uyğudan oyanıb, öləcəyini hiss edər-edəməz gözündən yaş axar bir hal ilə üzünü səmaya tutar:

- Ey böyük Yaradan! Bu ağlamam yaramın ağrısı, ölmək qorxusundan deyil. Zira ağlamaq ərlərin şanına yaraşar şeylərdən olmadığı məlumdur. Burasını eyicə düşünür, gözəlcəsinə bilirəm ki, damarlarında cılxa türk qanı olanlar Vətən, Millət, Hürriyyət uğrunda şəhid olurlarsa, cismən fəqət qayib olurlar, ruhən daima yaşayacaqlarına ümidim pürkamaldır. Tökdüyüm bu həsrət yaşı ilə vətənə istədiyim kibi yardım etmədiyimdəndir. Bunu gözəl anlayıram ki, vətənini sevməyən millətini sevməz, millətini sevməyən hürriyyətini də layiqincə anlamaz.

Bir az sükutdan sonra gözünün yaşını silərək dedi:

- Bu nə, ya? Bir kərə söyləyim ki, ağlamaq ərlərin şanına yaraşar şeylərdən deyildir.

Yadındamı doğduğun zamanlar?

Sən ağlar idin, gülərdi aləm!

Bir eyləcə ömür sür ki, olsun,

Mövtün sənə xəndə, xalqa matəm!

İş bu həqiqətləri anladıqda ağlamaq olurmu? Ağlamaqdan vücuddakı qeyrətin qayib olduğunu bilmiyormusan? Şimdi vətən duyğusu ilə millət bayrağını yüksəltmək üçün hürriyyət uğrunda ölürkən ağlamaq deyil, gülməliyəm. Bir dəqiqədən sonra yenə duyğusuz olaraq uyuyur. Xəstəxanadakı şəfqət bacılarından Leyla xanım Daşdəmirin bu haliyyətini gördükdə yanına gedər, əlini başının altına qoyur, digərilə ağzına qaç damcı su damlatiyor. Neçə dəqiqədən sonra Daşdəmir gözünü açdıqda Leyla xanımı yanında görüncə işarə ilə ona ərzi-təşəkkür və nəvaziş etdiyini anlatiyor. Bir az sonra yavaşca səslə:

- Xanım əfəndi! Son nəfəsimdir, bənə bir qələm ilə bir də kağız vermənizi rica ediyoram, - dedikdə Leyla xanım bir kağız ilə bir də qələm gətirib Daşdəmirə veriyor. Təşəkkürdən sonra Daşdəmir qızı Altunsaça işbu sözləri yazıyor:

"Sevimli qızım! Səndən ayrılalı tam iki aydır. İki gün bundan qabaq düşmənlə etdiyimiz davada ağır bir surətdə yaralandım. Bir daha diriləcəyimə ümid yoxdur. Son nəfəsimdir ki, sənə işbu bitigi yazıyoram. Ölüm xəbərimi eşitdikdə ağlama! Ağlamaqla ruhumu rahat deyil, incidəcəyini bil, anla! Mən yüksək bir ideal uğrunda tərki-həyat ediyorum. Təmini-həyat və istiqbalın üçün heç bir qəmim yoxdur. Zira türk milləti-nəcibəsinin yüksək himmətli olmasına ümidim bərkamal olduğu üçün sənin müqəddəratını yalnız millətə buraxdım. Qızım, türkə yaraşar əxlaq yiyəsi ol, həyanı saxla, canın çıxınca namusuna riayət et. Budur, son vəsiyyətim! Anana məndən salam söylə, əvəzimdən onu öpməyi ayrıca bildiriyoram. Son busəmdir deyə, al yanaqlarının yerinə işbu məktubu öpər, əlvida diyorum".

Daşdəmir bitigi şəfqət bacısı Leyla xanıma verərək: Bu bitigi qızım Altunsaça göndərməyinizi rica edər idim... Sizə də əlvida diyorum, - deyə sözünü bitirincə təslimi-ruh edir. Leyla xanım vəqeyi-dilxəraşə ağladıqdan sonra bitigi Altunsaça göndərir.

Qış fəsli... Axşam çağıydı. Soyuğun şiddətindən küçələrdə bir nəfər belə zihəyat görünməyirdi. Altunsaç ürəyi qəmli, gözü yaşlı olaraq kəndi odasında gah əyləşir, gah dolaşıyordu.

- Aman, ya rəbbi! İki aydır öksüzlər kibi yaşayıram, müharibədə bulunan babacığımdan haçan bir xəbər gələcək? - deyə sözünü bitirərkən qapı şiddətli döyülməyə başlar. Altunsaç qapıya doğru gedər, nəhayət, qasiddən bitigi alır-almaz sevinc bir hal ilə anasının yanına əcələ edər:

- Annəciyim! Muştuluğumu ver, babaçığımdan xəbər var. İştə göndərdiyi bitig!" Altunsaçın anası "muştuluğumu ver, babacığımdan xəbər var" sözünü eşidən kibi xəstələnmiş vücuduna yeni bir ruh daxil olur ki, yatağından durur:

- Haydı, oxu, görəlim, babacığın nə yazmışdır, - dedikdə Altunsaç bitigi açaraq oxuyarkən bitig əlindən düşür, kəndisi də bayılır. Anası bu halı gördükdə yavrusunun öksüz qaldığını anlayıb, o da ağlamağa başlar. Nəhayət, ağlamaqdan taqəti gedərək bayılır. Yarım saatdan sonra Altunsaç gözlərini açıb ətrafa baxdıqda anasının da bayıldığını gördükcə ayağa durub bir az sükutdan sonra atasının yazdığını bir də oxuyur: "Bənim üçün ağlama, ağlamaqla ruhumu rahat deyil, incidəcəyini bil, anla!" cümləsilə, "təmini-həyatın üçün para toplamağa müvəffəq olmadımsa, qəmim yoxdur. Zira türk milləti-nəcibəsinin yüksək himmətli olmasına ümidim bərkamal olduğu üçün sənin müqəddəratını yalnız millətə buraxdım" cümləsini oxuyorkən zavallı anasının yanına gedər, atası onların müqəddəratını millətin himmətinə buraxdığını bir həqiqət şəklində anasına göstərməklə həm kəndisini, həm də anasını mütəsəlli edər.

Qəhrəman Daşdəmirlərin öksüz Altunsaçlarını baxalım türk milləti-nəcibəsi nasıl himayə ediyor və edəcək?!

"Bəsirət" qəzeti,

22 iyul 1917

Vaqif Mustafazadə - Dünyanı heyran edən istedad Göyərtisatan qadın - Zöhrə Fərəcovanın hekayəsi İnsan insanın dərmanıdır - Səbinə Vəliyeva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Mart 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Öskürəndə başınız ağrıyır: səbəbi nədir, necə yüngülləşdirmək olar?

28 Sentyabr 2026 10:51see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri