Oktay Babayevin işi səngimir: Bu dəfə onun pulyığanı tapıldı... Görün kim imiş
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin sabiq rəis müavini, ehtiyatda olan polkovnik Oktay Babayevlə bağlı yeni iddialar ortaya çıxıb.
Mənbələrdən Bakıvaxtı.az-a daxil olan məlumatlara görə, Babayevin uzun illər birlikdə xidmət etdiyi bildirilən, hazırda isə Müdafiə Nazirliyinin Tibb İdarəsində mülki işçi kimi çalışan ehtiyatda olan gizir Vəkil Rəcəbovun da adı müxtəlif iddialarda hallandırılır.
Mənbələrin iddiasına görə, Vəkil Rəcəbov Oktay Babayevlə Naxçıvanda xidmət etdiyi dövrdən yaxın münasibətlərə malik olub və sonrakı illərdə də bu əlaqələr davam edib.
İddialarda onun idarə daxilində müəyyən şəxslərlə əlaqələrin qurulmasında vasitəçi kimi çıxış etdiyi, bəzi maliyyə məsələlərinin koordinasiyasında iştirak etdiyi irəli sürülür.
Məlumatda həmçinin iddia olunur ki, müxtəlif şəxslərdən toplandığı deyilən vəsaitlərin bir hissəsinin məhz Vəkil Rəcəbov vasitəsilə qəbul edildiyi barədə idarə daxilində söhbətlər mövcuddur.
Lakin bu iddiaları təsdiqləyən faktlar ictimaiyyətə təqdim edilməyib.
Qeyd edək ki, Oktay Babayevin fəaliyyəti ilə bağlı daha əvvəl də müxtəlif iddialar səsləndirilib və onun adı bir sıra hüquqi araşdırmalarda hallandırılıb.
Ehtiyatda olan polkovnik Oktay Babayevə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq-qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında cərimə və ya 5 ilə qədər həbs nəzərdə tutulur.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 04 İyun 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















