Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Namiq Qaraçuxurlunun qardaşı GÖRÜN KİM İMİŞ

Namiq Qaraçuxurlunun qardaşı GÖRÜN KİM İMİŞ

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mən aktyor sənətinin təhsilini almamışam. Amma uşaqlıqdan, məktəb vaxtlarımdan bu sənətə həvəsim olub. Sənədlərimi universitetə vermək istədim, amma Birinci Qarabağ müharibəsi başladı. Ona görə də hərbi xidmətə gedəsi oldum. Düşünürdüm ki, vətənin çətin günündə mən yalnız onu qorumalıyam, sənətlə məşğul ola bilmərəm. Hərbidən qayıdandan sonra heç bir həvəs qalmadı. Əlbəyaxa döyüş növü üzrə müəllim işlədim. İdmanla məşğul idim”.

Bunu Medianews.az-a açıqlamasında aktyor Anar Şükürov deyib.

O daha sonra bu sənətə təsadüfən gəldiyini bildirib:

“Aktyor olmazdan öncə şəxsi biznesimlə məşğul olurdum. 2017-ci ildə aktyor Cövdət Şükürov, rejissor Anar Əliyevin dəstəyi ilə Atv-də yayımlanan “Ögey ana” serialında çəkildim. Daha sonra “Təhminə və Zaur”, “Könül yarası” seriallarında rol aldım. Emil Quliyevin “Sonuncu Pərdə” filmindəki molla obrazı ilə məşhurlaşdım. Orada işlətdiyim “meyvəyə dəymə” ifadəsi bütün sosial şəbəkələrdə yayıldı. Bundan sonra bir sıra serial və filmlərə, “Komedixana”-ya dəvət aldım. Mənə bu sahədə dəstək olan insanların hər birinə təşəkkür edirəm. Gec də olsa arzularım həyata keçməyə başladı. Bir çoxları deyirdi ki, bu sənətin təhsilini də al. Əlbəttə ki, vaxtında istərdim, amma artıq yaşım o yaş deyil. Bu yaşımda əlbəttə ki, parta arxasında otura bilmərəm. Böyük sənətkarlarla tərəf müqabili oluram, onlardan çox şey öyrənirəm. Hətta efir vasitəsilə də izlədiyim aktyorlardan çox şey götürürəm. Həm dram, həm də komik rollarda çəkilirəm. Hər ikisi məndə yaxşı alınır”.

Anar Şükürov bildirib ki, o meyxanaçı-müğənni Namiq Qaraçuxurlunun doğma qardaşıdır. Lakin heç vaxt onun adından istifadə etməyib:

“Namiq mənim təkcə qardaşım deyil, həm də fəxrimdir. Məndən 3 yaş kiçik olsa da başımın tacıdır. Elə bilmişəm ki, mən kiminsə yanında desəm ki, Namiq Qaraçuxurlunun qardaşıyam, o fikirləşər ki, mən yekəxanalıq edirəm, adından istifadə edirəm. Mən onları bacaran insan deyiləm. İndiyə qədər də Namiqin adını çəkməməyim sırf bununla bağlıdır. Adamlar var ki, bir balaca işıq üzü görünən kimi o dəqiqə yararlanırlar. Bu adamlara fürsətcil insan deyirlər. Namiqin qardaşı olmağımı efirdə Mətanət Əliverdiyeva və Elcan Rəsulov deyiblər”.

Anar Şükürov deyir ki, qardaşı ilə çox gözəl münasibəti var. Hətta ilk debütünü onun klipində edib:

“Namiqlə bizim çox yaxşı münasibətimiz var. Onun prodüseri mənim oğlum İlkindir. İşlərimizlə əlaqədar olaraq tez-tez görüşə bilməsək də, danışırıq da, vaxtaşırı görüşürük də. Bəlkə də hansısa seriala yaxud filmə məni Namiqə görə çağırıblar. Amma mən bunu bilməmişəm. Birinci dəfə Namiqin “Papanın gül balası” klipində çəkilmişəm. Elə ilk dəstəyi də mənə Namiq göstərib. Hətta oğlum da həmin klipdə rol alıb. O vaxt “Ay Zaur” verilişində bir neçə dəfə Namiqlə birlikdə çıxış etmişəm. Bir yerdə görünməyimiz qətiyyən problem deyil. İlk dəfə seriala çəkiləndə də Namiqdən məsləhət almışam. Mənə deyib ki, bacarırsansa çəkil, bacarmırsansa bu sənətlə məşğul olma. Sonra özü də baxıb, deyib ki, əladır, davamı gəlsin. O mənə desəydi ki, çəkilmə, o dəqiqə imtina edərdim. Namiq 100 ölçüb, bir biçən insandır. Heç vaxt anında nəyisə deməz, düşünüb-daşınar, sonra deyər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:327
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Aprel 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri