Icma.az
close
up
RU
Təzə bişmiş çörəyin sağlamlıq üçün yarada biləcəyi beş problem

Təzə bişmiş çörəyin sağlamlıq üçün yarada biləcəyi beş problem

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Təzə bişmiş ətirli çörək iştahanı açaraq onu ləngitmədən yeməyə məcbur edir. Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu, sağlamlıqla bağlı müəyyən problemlərə gətirib çıxara bilər.

AZƏRTAC təzə bişmiş çörəyin hansı fəsadlar törədə biləcəyi barədə məlumatı diqqətinizə çatdırır.

Qida borusu xərçəngi

Ümumilikdə, təkcə təzə bişmiş çörəyi deyil, digər yeməkləri də yüksək temperatur səbəbindən dərhal yemək məsləhət deyil. İsti yemək və içkilər qida borusunda xərçəng şişlərinin əmələgəlmə riskini artırır. Əldə olunan elmi məlumatlarda isti yeməklərə və içkilərə meyil, habelə onların müntəzəm qəbulu həmin riski 8 dəfə artırır.

Mikrofloranın pozulması

Qida sahəsi mütəxəssislərinin sözlərinə görə, ağ undan hazırlanan təzə bişmiş çörək isti olmasa belə, mədə-bağırsaq traktının mikroflorasında çörək nişastası ilə qidalanan pis bakteriyaların fəallaşmasına gətirib çıxarır. Bu proses nəticəsində qıcqırma, həmçinin qarında köp və ağrılar, həzm traktında iltihab əmələ gəlir.

Depressiya

Təzə bişmiş yumşaq çörəyə istək ona gətirib çıxarır ki, orqanizm qida dəyəri olmayan, lakin həzm tələb edən bir çox maddələr alır. Nəticədə vacib mineral və vitaminlər orqanizmi tərk edir, yerini doldurma isə baş vermir. Həmin maddələrin çatışmazlığı çox vaxt depressiyanın əmələ gəlməsinə gətirib çıxarır.

Həzm üçün təhlükə

Təzə çörəyi qəbul edən zaman həzm traktında yumaqlar əmələ gəlir. Ekspertlər bildirirlər ki, xəmirin yapışması nəticəsində əmələ gələn bu yumaqlar həzmolunma prosesini ağırlaşdırır, həzm yolundan çətin keçir, mədədə isə həzm fermentlərinin təsirinə təslim olmurlar. Bütün bunlar həzm prosesinin dayanmasına və bağırsaq keçməzliyinə səbəb ola bilər.

Artıq çəki

Həkimlər xəbərdar edirlər ki, təzə bişmiş çörəkdəki maya göbələkləri xüsusən bel nahiyəsində piy yığınlarının əmələ gəlməsinə şərait yaradır. Çörəkdən təkcə az istifadə etmək deyil, həmçinin mayasız və digər sintetik əlavələrsiz tam buğda çörəyinə üstünlük vermək lazımdır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri