Icma.az
close
up
RU
Ola bilər ki, Azəriqaz başqa struktur formada saxlanılsın, yəni, tam ləğv edilməsin Hüquqşünas Prezidentin fərmanını şərh etdi (MÜSAHİBƏ)

Ola bilər ki, Azəriqaz başqa struktur formada saxlanılsın, yəni, tam ləğv edilməsin Hüquqşünas Prezidentin fərmanını şərh etdi (MÜSAHİBƏ)

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində yeni hüquqi şəxslər yaradılacağı haqqında Prezidentin imzaladığı fərman böyük maraqla qarşılanıb.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin “Qaz təchizatı haqqında” fərmana əsasən, SOCAR qanuna uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-nə qədər tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib dövlət başçısına məlumat verməlidir.

Maraqlıdır, bu, "Azəriqaz"ın ləğvi deməkdir?

Məsələ ilə bağlı Mia.az-ın əməkdaşı "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin hüquqşünası Azər Quliyevlə əlaqə saxlayıb:

AZƏR QULİYEV, Hüquqşünas
- Azər bəy, qeyd edilən fərmanda nəzərdə tutulan dəyişikliklər "Azəriqaz"ın ləğvi və bazasında yeni qurumların yaradılması anlamı daşıyır?

- Qeyd etdiyiniz kimi bu məsələlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu gnü imzaladığı “Qaz təchizatı haqqında” 8 iyul 2025-ci il tarixli qanunun tətbiqi, bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərmanda öz əksini tapıb.

Fərmana əsasən, SOCAR qanuna uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2026-cı il yanvarın 1-nə qədər tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib dövlət başçısına məlumat verməlidir.

Əslində, bu məsələlər uzun müddətdir ki, gündəmdədir. Fərmanda göstərildiyi kimi, SOCAR qanuna uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdansatışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2026-ci il yanvarın 1-nə qədər tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib dövlət başçısına məlumat verəcək. Hesab edirəm, bu strukturun yaradılması həm "Azəriqaz", həm də SOCAR-ın iqtisadi mənafeyinə uyğundur.

 - Yəni, belə çıxır ki, yeni qurumlar "Azəriqaz"dan kənar yaradılacaq?

- Əlbəttə, struktur dəyişikliklərin mahiyyəti də elə bundadır: istehsal, satış, alqı, satqı və digər sahələr bir əldə cəmləşməsin. Ola bilər ki, "Azəriqaz" İstehsalat Birliyi başqa struktur formada saxlanılsın. Yəni, tam ləğv edilməsin, başqa səlahiyyətlərlə saxlanılsın...

F.ƏHMƏD
Mia.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://mia.az
archiveBu xəbər 21 Avqust 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see174

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see152

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see142

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see140

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see133

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see133

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see133

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see131

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see131

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see130

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see130

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see128

Cabir İmanovun dəfnində ŞOK görüntü FOTO

04 Oktyabr 2025 01:20see126

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see124

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see122

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see121

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri