Icma.az
close
up
RU
Öldükdən sonra hansı hadisələr baş verə bilir? DİN XADİMİ ŞƏRH ETDİ

Öldükdən sonra hansı hadisələr baş verə bilir? DİN XADİMİ ŞƏRH ETDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölüm insan həyatının ən sirli və qaçınılmaz hadisələrindən biridir. Tarix boyu insanlar bu mövzu ətrafında müxtəlif fikirlər formalaşdırmış, suallar vermiş və cavablar axtarmışlar. Ən çox verilən suallardan biri isə budur: insanlar ölümdən qorxurlarmı? Əslində insanların çoxu bir şəkildə ölümdən qorxur. Bu qorxu fərqli formalarda ortaya çıxır. Bəzi insanlar üçün ölüm, sevdiklərindən ayrılmaq deməkdir. Bəziləri üçün isə həyata bağlı planların, arzuların yarımçıq qalması narahatlıq doğurur. Ən dərin qorxulardan biri isə ölümün tam bir yoxluq olduğu düşüncəsidir. İslam dünya görüşünə görə, ölüm insan üçün bir son deyil, yeni bir aləmin - bərzəx aləminin - başlanğıcıdır. İnsanlar ölümdən qorxur, çünki: dünya sevgisi və axirətə hazırlıqsızlıq getməkdən qorxurlar. İmam Əli (s) buyurur: “Dünya üçün çalışıb axirəti viran qoyan insan, oraya (axirətə) getməkdən qorxar” (Nəhcül-Bəlağə, xütbə 42)". Bu sözləri SİA-ya açıqlamasında Neftçala şəhəri "Sahib Əzzaman" məscidinin imamı, dini və ictimai xadim Qorxmaz Paşayev deyib.

Onun sözlərinə görə, insanlarda günah və cavabdehlik qorxusu ən böyük qorxulardan hesab olunur. Bununla bağlı İmam Səccadın (s) dualarında ölüm qorxusu tez-tez vurğulanır. O, ölüm anında əməllərinin hesabından qorxar: "Digər bir qorxu isə təqvasızlıqla bağlıdır. Bununla bağlı isə İmam Cəfər Sadiq (s) buyurub ki, “Ölüm mömin üçün paltarlını dəyişmək, fasiq üçün zəncirlənib cəzalandırılmaq kimidir” (Biharü'l-Ənvar, c.6, s.153).

Bəs öldükdən sonra hansı hadisələr baş verə bilir?

Öldükdən sonra baş verən hadisələrə bunları aid etmək olar. Canın alınması (ihtizar): Ölüm anında mələklər ya rəhmət, ya da qəzəb vəziyyətində gəlir. Quranda buyurulur: “Möminlərin canını mələklər pak halda aldıqları zaman deyərlər: ‘Salam sizə! Etmiş olduğunuz əməllərə görə Cənnətə daxil olun.’” (Nəhl, 32) Qəbir həyatı (Bərzəx): İmam Sadiq (s): “Qəbir Cənnət bağlarından bir bağ, ya da Cəhənnəm çuxurlarından bir çuxurdur” (Biharü'l-Ənvar, c.6, s.214). Münkər və Nəkirin sualları: Qəbirdə insana Allah, Peyğəmbər, İmamlar və Qurana dair suallar verilir. Bu suallara cavab vermək ruhun halını təyin edər. Bərzəx aləmində qalmaq: İnsan Qiyamət gününə qədər bərzəxdə qalır. Bu zaman dilində ünvanına edilən dualar, kəffarələr və savablar onun halını yaxşılaşdıra bilər. Nəticə olaraq ölüm bir yox oluş deyil, ruhun yeni bir aləmdə varlığına davam etməsidir. Ölüm qorxusu bu aləmdəki hazırlıqsızlıqdan, Allah qarşısında hesaba çəkilmə qorxusundan qaynaqlanır. Lakin mömin böyük bir müjdə olaraq ölümə baxar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Aprel 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri