Icma.az
close
up
RU
Məhərrəmlik ayının önəmi və əhəmiyyəti nədir? DİN XADİMİ ŞƏRH ETDİ

Məhərrəmlik ayının önəmi və əhəmiyyəti nədir? DİN XADİMİ ŞƏRH ETDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Məhərrəm ayı hicri-qəməri təqviminin ilk ayıdır və İslam dünyasında həm dini, həm tarixi baxımdan xüsusi bir məna daşıyır. Bu ay təkcə yeni ilin başlanğıcı kimi deyil, eyni zamanda müsəlmanların dərindən hiss etdiyi bir matəm və mənəviyyat ayı kimi də tanınır. Məhərrəm ayı, xüsusilə də onun 10-cu günü – Aşura günü, bütün İslam dünyasında hüzn və dərin kədər ilə yad edilir". Bu sözləri SİA-ya açıqlamasında Neftçala şəhəri "Sahib Əzzaman" məscidinin imamı, dini və ictimai xadim Qorxmaz Paşayev deyib.

Onun sözlərinə görə, aşura günü tarixdə çox böyük və ağrılı bir hadisənin – Kərbəla faciəsinin baş verdiyi gündür. Hicri 61-ci ildə (miladi 680-ci ildə) baş vermiş bu hadisədə, İslam peyğəmbəri Məhəmmədin (s.ə.s) sevimli nəvəsi İmam Hüseyn, ailə üzvləri və sadiq yoldaşları ilə birlikdə, zalım Yezidin ordusu tərəfindən mühasirəyə alındı və susuz halda şəhid edildi: "Onlar haqq, ədalət və insanlıq uğrunda canlarından keçdilər. Bu faciə İslam tarixinə yalnız bir matəm günü kimi deyil, həm də zülmə qarşı çıxmağın, ədalət uğrunda mübarizənin və fədakarlığın simvolu kimi daxil olmuşdur.

Bu ayda müsəlmanlar xüsusilə ədalət, səbir, təqva, fədakarlıq və insanlıq kimi ali dəyərləri önə çıxarır, Kərbəla şəhidlərinin yüksək əxlaqi mövqeyindən dərs almağa çalışırlar. Məhərrəm ayında bir çox insan könüllü olaraq oruc tutur, mərsiyə və sinə mərasimlərində iştirak edir, ehsan verir və şəhidlərin xatirəsini yad edir. Bu mərasimlər təkcə bir dini ənənə deyil, həm də insanların birlik, bərabərlik və mənəvi oyanış içində bir araya gəlməsi baxımından da önəmlidir.

Məhərrəm ayı insanlara yadda salır ki, haqq yolda olmaq bəzən ağır, amma şərəflidir. İmam Hüseynin “Mən zülmlə barışmıram!” deyə etdiyi çıxışı bu gün də milyonlarla insan üçün bir çağırış, bir ruhani dirçəliş mənbəyidir. Məhərrəm bizə həm də öz daxili aləmimizə dönməyi, vicdanımızla üz-üzə dayanmağı və mənəviyyatımızı gücləndirməyi öyrədir.

Son olaraq qeyd etmək lazımdır ki, Məhərrəm ayı yalnız bir yas və hüzn dövrü deyil. Bu ay həm də insanın əxlaqi saflaşması, mənəvi paklanması və ruhən kamilliyə doğru irəliləməsi üçün bir fürsət ayıdır. Kərbəla şəhidlərinin bizə miras qoyduğu mesajı anlamaq və həyatımıza tətbiq etmək, bu ayın əsl mahiyyətini dərk etmək deməkdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyun 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri