Icma.az
close
up
RU
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş Azərbaycandakı cinayətin ŞOK TƏFƏRRÜATI

Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş Azərbaycandakı cinayətin ŞOK TƏFƏRRÜATI

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Füzuli rayonun Qayıdış-2 qəsəbəsində baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. Təqsirləndirilən şəxs qətli törətdikdən sonra meyiti kanala atıb. Sonra da öldürdüyü şəxsin axtarışlarına qoşulub. Həbs edilən şəxs qətli namus üstündə törtədiyini deyir. Lakin mərhumun ailə üzvləri bununla razılaşmır.

Yenisabah.az xəbər verir ki, hadisə 2024-cü ilin oktyabr ayında baş verib. Anar Mahmudov fermasında işlədiyi müdiri Yaşa İbadovu küt alətlə vuraraq qətlə yetirib. Daha sonra meyiti xalçaya bükərək traktorla “Baş Mil” kanalının yanına aparıb. Ətrafda heç kimin olmadığını müşahidə etdikdən sonra meyiti xalçadan çıxararaq kanala atıb.

İstintaqla müəyyən edilib ki, Anar Mahmudov qətli törədəndən sonra meyiti xalçaya büküb. İbişovu öldürməklə qəzəbi soyumayan Mahmudov meyitin üzərinə sidik də ifraz edib. pizza

Anar Mahmudov qətlə yetirdiyi şəxsin fermasında traktor sürücüsü olaraq işləyirmiş. Anarın sözlərinə görə, Yaşa İbişova bir müddət borcu olduğu üçün ondan asılı vəziyyətə düşüb. Sonra borcunu ödəyə bilib.

Hadisə baş verənə qədər münasibətlərinin normal olduğunu deyən Anar Mahmudov bildirib ki, mərhum tez-tez spirtli içki içərək ətrafındakı insanlarla mübahisə edir, işçilərini də döyürmüş:

“Arvadı ondan ayrılmışdı. Qardaşı ilə də dava edirdi. Tez-tez içki içirdi. Hadisə günü bizə gəldik. Çox içki içmişdi, amma yoldan iki dənə də pivə aldı. Evdə pivənin birini içdi. Bir az keçəndən sonra yoldaşım bizə çay gətirdi. Mən telefonla danışmaq üçün qapıdan çölə çıxdım. Telefonla danışanda gördüm ki, Yaşa dizlərini yerə qoyaraq divanda əyləşən yoldaşımı özünə tərəf dartır. Bunu görən kimi əsəbləşdim. Traktorun təmirində istifadə etdiyim dəmir aləti götürüb otağa gəldim. İçəri girəndə Yaşa yoldaşımın üstündə oturmuşdu. Onunla cinsi əlaqədə olmaq istəyirdi. Yaşanı arxaya çəkib “biz qardaşıq axı” dedim. Məni itələyib yenidən yoldaşımın üstünə hücum çəkdi. Yoldaşım otaqdan qaçanda Yaşanı bir dəfə vurdum. Üstümə hücum çəkəndə yenə vurdum. Neçə dəfə vurduğumu dəqiq olaraq xatırlamıram”.

Anar Mahmudov bildirib ki, qətli törədəndən sonra nə edəcəyini bilməyib: “Ağlıma ilk gələn meyiti gizlətmək oldu. Traktoru həyətə gətirib meyiti arxasına qoydum. Kanala atandan sonra evə qayıtdım. Yaşanın qardaşı, fermada işləyənlər soruşanda görmədiyimi deyirdim. Fermada və ətraf ərazilərdə Yaşanı axtarırdıq”.

Bildirək ki, mərhumun meyiti hadisədən 4 gün sonra kanalın “Qayıdış 5” qəsəbəsi ərazisindən tapılıb.

Anar Mahmudovun arvadı şahid qismində dindirilən zaman hadisənin baş vermə səbəbini ərinin danışdığı kimi izah edib. O, meyitə əl vurmağa qorxduğunu, lakin sonda məcbur qalıb ərinə kömək etdiyini deyib.

Qətlə yetirilən şəxsin anası hüquqi varis kimi tanınıb. Ananın sözlərinə görə, oğlunun qətlinin başqa səbəbləri var:

“Yaşa içki içdiyi üçün arvadından ayrılmışdı. Sonra fermada işləyən Elviyyə ilə münasibətləri yaranmışdı. Onunla fermada ər-arvad kimi yaşayırdılar. Bir müddət əvvəl Elviyyə Yaşadan olan iki oğlunu da götürüb fermada işləyən başqa bir işçi ilə qaçmışdı. Bu hadisə Yaşanın psixoloji vəziyyətini tamamilə dəyişmişdi. Yaşa həddidəndən artıq spirtli içki içməyə başladı. Hər gün içirdi.

Mənə ayın 31-də dedilər ki, iki gündür Yaşadan xəbər yoxdur. Qardaşları Yaşanı axtarmağa başladılar. Oğlum Rza deyirdi ki, bəlkə də Yaşa içkili olduğu üçün kanala düşüb. Biz də buna inanırdıq. Bundan sonra polisə də məlumat verildi. Kanalın suyu kəsiləndə Yaşanın meyiti tapıldı. Yaşanı Anarın öldürdüyü məlum oldu. Hadisənin guya Yaşanın Anarın yanında arvadına sataşdığına görə baş verdiyini dedilər. Amma buna inanmıram. Anar ya pula görə, ya da başqa şəxslərin təşkil etdiyi işə görə Yaşanı öldürüb”.

Mərhumun qardaşı dindirilən zaman bildirib ki, Anar Mahmudovun dediklərinə inanmır. Onun sözlərinə görə, Anar qardaşı Yaşanı ya pula görə, ya da başqa şəxslərin sifarişi ilə qətlə yetirib.

Məhkəmə Anar Mahmduovu qəsdən adam öldürmə və ağır cinayəti gizlətməkdə təqsirli bilərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb./Musavat.com


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyul 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri