Icma.az
close
up
RU
Öldürülən ikinci Süleymani kimdir? Tehranın gizli gücü

Öldürülən ikinci Süleymani kimdir? Tehranın gizli gücü

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail SEPAH-ın Bəsic qüvvələrinin rəhbəri Qulamrza Süleymanini öldürdüyünü açıqlayıb. 

"Unikal" xəbər verir ki, Süleymani İran-İraq müharibəsindən sonra İslam Respublikasının təhlükəsizlik strukturuna qoşulan və daxili böhranların idarə olunmasında rol oynayan generallar nəslindən idi. 

Süleymani İranda sosial nəzarət və etirazların yatırılmasında əsas fiqur hesab olunur. 2019-cu ilin noyabr ayında baş verən etirazların yatırılmasındakı roluna görə onun adı Avropa Birliyi, ABŞ, Birləşmiş Krallıq və Kanadanın sanksiyalar siyahısındadır.

Qulamrza Süleymani kim idi?

O, İnqilab Keşikçilərinin yüksək rütbəli komandiri idi. Vəzifəyə 2019-cu ildə təyin edilib. 

İnqilab Keşikçilərinin strukturunda o, sosial nəzarət, hərbiləşdirilmiş qüvvələrin təşkili və etirazlarla məşğul olan şəxs kimi tanınırdı.

Bəzi SEPAH komandirlərindən fərqli olaraq, Süleymani mediada az tanınan bir şəxs olub. 

Süleymaninin şəxsi həyatı haqqında məhdud ictimai məlumat mövcuddur. Hətta onun dəqiq doğum tarixi belə bilinmir. Sadəcə doğum tarixi kimi 1960-cı illərin ortaları göstərilir. 

Daha sonra o, ölkə daxilində geniş könüllü və hərbiləşdirilmiş qüvvələr şəbəkəsini təşkil edən, hüquqi və inzibati cəhətdən İnqilab Keşikçilərinin törəmə təşkilatı olan "Məzlumlar üçün Bəsic Təşkilatı"nın rəhbəri təyin edilib.

Bu vəzifə onun daxili təhlükəsizlik sahəsindəki peşəkar karyerasının kulminasiya nöqtəsi olub. Bundan sonra general Ali Milli Təhlükəsizlik Şurası da daxil olmaqla, təhlükəsizlik qərarlarının qəbul edilməsi dairəsində yer aldı. 

"Məzlumlar üçün Bəsic Təşkilatı" məhəllələrdə, universitetlərdə, məktəblərdə və ofislərdə fəaliyyət göstərən geniş yayılmış bir şəbəkədir və ikili funksiyaya malikdir: bir tərəfdən rejimin ideoloji qolu, digər tərəfdən isə sosial nəzarət və repressiyalarda əməliyyat qüvvəsidir.

Avropa İttifaqı sanksiya mətnində açıq şəkildə bildirib: "Qulamrza Süleymaninin komandanlığı altında olan Bəsic təşkilatı 2019-cu ilin noyabr etirazlarını yatırmaq üçün ölümcül güc tətbiq edib və müxtəlif şəhərlərdə silahsız etirazçıların öldürülməsinə və yaralanmasına görə məsuliyyət daşıyır".

Süleymani niyə hədəfə alındı?

İsrail ordusu son açıqlamalarında hücumların hədəflərinin yalnız klassik hərbi infrastrukturla məhdudlaşmadığını, həm də İslam Respublikasının "daxili repressiya bazaları" kimi tanınan qurumları, o cümlədən Bəsic, İnqilab Keşikçiləri Korpusu və hüquq-mühafizə qüvvələrini əhatə etdiyini vurğulayıb.

İsrail ordusuna yaxın media orqanlarında rejimin cəmiyyəti idarə etmək qabiliyyətini zəiflətmək strategiyasının bir hissəsi olaraq, Tehran və onun ətrafındakı Bəsic qərargahlarını və bazalarını hədəf almaqdan danışılır.

Daxili nəzarətdə mühüm rol oynayan bir qurumun komandiri olaraq Süleymani kimi birini hədəf almaq da eyni strategiya ilə müəyyən edilir.

Bu yanaşma hücumları sadəcə hərbi qarşıdurma səviyyəsindən kənara çıxarır və onları İran daxilində hakimiyyəti qoruyan mexanizmlərin zəifləməsi ilə əlaqələndirir. Bu mənada "repressiya maşını"nın özü qanuni müharibə hədəfi kimi təqdim olunur.

Bu baxımdan, İslam Respublikasının daxili etirazları yatırmaq qabiliyyətini zəiflətmək əməliyyatın məqsədlərindən biridir.

Əslində, Süleymaninin öldürülməsi İsrail üçün təkcə taktiki uğur deyil, həm də İslam Respublikasının daxili təhlükəsizliyinin sütunlarını aşındırmaq və hətta "daxili müqəddəs məkan"dakı repressiya memarlarının belə təhlükəsiz olmadığı mesajını vermək səylərinin bir hissəsidir.

O, öldürülən ikinci Süleymanidir. 

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani 2020-ci ilin əvvəlində hava zərbələri nəticəsində öldürülmüşdü. 

Bu üstün hərbi zəkanın bəlkə də ən maraqlı tərəfi bisavad olmasıdır. Hərb sahəsində qarşılaşıb qələbə çaldığı generallardan fərqli olaraq, Qasım Süleymani, sadəcə, 5 illik ibtidai sinfi bitirib. 1957-ci ildə Kirmanın Əfqanıstan sərhədində yerləşən Rabord kəndində dünyaya göz açıb. Sadə bir əkinçi olan atasının dövlətə 9000 riyal borcunu ödəmək məqsədilə 13 yaşında təhsildən ayrılıb inşaatda fəhlə işləməyə başlayıb. Elə həmin il də kəndlərindən rayon mərkəzinə gedib və burada İranın öldürülən Ali Lideri Əli Xameneinin tələbələri ilə tanış olub. Bu tanışlıq onun və ölkəsinin gələcəyində mühüm rol oynayıb.

18 yaşında – Kirmanda su müdirliyində sıravi işçi kimi əmək fəaliyyətinə başlayandan bir il sonra inqilabi fəaliyyətlə məşğul olan gizli təşkilata qoşulub. Bu zaman kəsiyində şəxsən tanış olduğu Xamenei ilə yaxın münasibətləri yaranıb. İlk tanış olduğu illərdə Kirman əyalətinin Ciroft bölgəsinə sürgünə göndərilən Xameneini heç vaxt tərk etməyib və iqtidar uğrunda bütün mübarizələrdə onu ən çox dəstəkləyən insana çevrilib. 3 ildən sonra İranda İslam inqilabı başlayıb və gənc Qasım da bu prosesdə aktivliyi ilə seçilib.

Fəhləlikdən generallığa

İnqilabın qələbəsindən sonra başlayan daxili və xarici münaqişələr 20 yaşını təzəcə atlamış Süleymaninin karyerasının mühüm mərhələsini təşkil edib. İnqilabın gətirdiyi siyasi sabitsizlikdən istifadə edib üsyana qalxan kürd separatçılarına qarşı mübarizə onun hərbi-kəşfiyyat zəkasını ortaya çıxarıb və rejimə sədaqətini isbatlayıb. Üsyanı amansızlıqla yatıran Süleymani hələ 22 yaşında ikən İnqilab Keşikçiləri Korpusunun Kirmandakı "Qüds qarnizonu"nun rəhbərliyinə gətirilib. Qısa müddətdən sonra başlayan İran-İraq müharibəsi onun Yaxın Şərqlə ilk tanışlığının əsasını qoyub. Bu müharibə zamanı göstərdiyi manevr və hərbi qabiliyyətləri ilə nəinki Tehranda, hətta düşmən qüvvələri arasında ən çox haqqında bəhs edilən hərbçi olub.

Süleymani beynəlxalq norkotacirlərin maliyyə dəstəyiylə fəaliyyət göstərən qaçaqmalçılıqla mübarizədə də uğurlu əməliyyatlara imza atdıqdan sonra 1997-ci ildə İnqilab Keşikçilərinin rəhbərliyinə gətirilir.

Hətta çıxışlarının birində Xamenei İranın bu əfsanəvi generalını "yaşayan şəhid" belə adlandırmışdı.

Əfqanıstanda "Taliban" və "əl-Qaidə" qüvvələrinə qarşı vuruşan ABŞ qüvvələri İranın ağlı ilə hərəkət edirmiş. İranın ABŞ-yə verdiyi məlumatların dəqiqliyi və təqdim olunan taktiki hücum planı Pentaqon (indiki Müharibə Nazirliyi - red.) yetkililərini xeyli təəccübləndirir. ABŞ tərəfi İran heyətindən xəritədəki məlumatlar barədə qeydlər tutmaq üçün icazə istəyirlər. İran diplomatlarının cavabı amerikalılar üçün xeyli gözlənilməz olur. Telefonun o biri başındakı adam həmin xəritəni ABŞ yetkililərinə hədiyyə etdiyini bildirib. Sonradan məlum olur ki, Əfqanıstanın hərbi-strateji xəritəsini onlara hədiyyə edən şəxs general Süleymani imiş. O da bildirilir ki, ABŞ ordusunun Əfqanıstanda ciddi müqavimətlə qarşılaşmamasının səbəbi hücum strategiyasının Süleymani tərəfindən hazırlanması olub.

İranın bu əfsanəvi generalının əli yalnız İraqda deyil, həmçinin Suriya və Livanda da kifayət qədər uzun idi. 

O, 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ  pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində öldürülüb. 

Əməliyyat Bağdad aeroportu rayonunda ABŞ-nin xüsusi əməliyyatlar üzrə Birləşmiş Komandanlığı USSOCOM tərəfindən həyata keçirilib. Əməliyyatda pilotsuz təyyarələrdən istifadə olunub və general Süleymaninin də olduğu avtomobil kalonuna raket zərbələri endirilib. Nəticədə Qasım Süleymani ilə yanaşı daha dörd nəfər, o cümlədən İraqdakı "Həşdi Şabi" şiə qruplaşmasının lideri Əbu Mehdi əl-Mühəndis də həlak olub.

Pentaqonun məlumatında deyilir ki, Süleymani İraqdakı Amerika diplomatlarına və hərbçilərinə qarşı hücumlar hazırlayırdı. Ümumiyyətlə o, bütün Yaxın Şərq regionunda Birləşmiş Ştatların maraqlarını hədəf alan hücumlara rəhbərlik edib.

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Mart 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri