Icma.az
close
up
RU
Rusiya alverçidir, bizi satacaq Süleymani

Rusiya alverçidir, bizi satacaq Süleymani

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya hələ də Ukrayna məsələsini həll edə bilmir və hazırda Amerikadan asılıdır. Buna baxmayaraq, Rusiya İrana təklif edir ki, nüvə məsələsində ABŞ-la danışıqlara kömək edə bilər. Məncə, Rusiyadan kömək gözləmək əbəsdir. Aydın məsələdir ki, ruslar hər zaman İrandan kart kimi istifadə ediblər və Tehranın maraqlarının əleyhinə çıxıblar. İran bu ölkəni özünə vasitəçi kimi seçsə, bu, başlı-başına bir məğlubiyyət olar. Rusiya keçmişdə də göstərib ki, o yalnız yaxşı alverçidir və İran üzərindən alver edir. Hər dəfə sözdə Tehranla əməkdaşlığı vurğulasa da, arxa fonda Vaşinqtonla ortaq maraqlara xidmət edir. Xoşbəxtlikdən, hazırki situasiyada Rusiyanın mövqeyi əvvəlki qədər güclü deyil. Rusiya artıq əvvəlki Rusiya deyil və onun zəifləməsi ümumiyyətlə bütün xalqların xeyrinədir.

Bu sözləri Axar.az açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Rusiyanın nüvə danışıqları məsələsində ABŞ və İran arasında vasitəçilik edə biləcəyi haqda informasiyaları şərh edərkən deyib.

“Əgər Ukrayna məsələsində Moskva və Vaşinqton ortaq məxrəcə gələrsə, ruslar İranı xərcləyəcək. Hər halda, İran Amerika və Rusiya arasında danışıqlar məsələsində xeyir qazanan tərəf olmayacaq. Buna baxmayaraq, hazırda İran üçün fürsət yaranıb, çünki Ukrayna məsələsi ön plandadır. Buna görə də Tramp “bu müharibəni bitirən mən oldum” demək üçün ilk növbədə bu məsələni bir an əvvəl həll etmək istəyəcək. İran məsələsi isə hələlik ikinci plandadır. Digər tərəfdən bu, həm də kritik bir vəziyyətdir”, - Süleymani bildirib.

Onun sözlərinə görə, təxminən növbəti 3-4 ay ərzində MAQATE-da keçiriləcək iclasda İranla bağlı məsələ konkretləşəcək:

“Əgər İranla MAQATE məsələlərini həll edə bilməsələr, artıq Hakimlər Şurası İranın əleyhinə ciddi bir qətnamə verə bilər. 2025-ci ilin oktyabr ayında Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsinin vaxtı bitəcək və qərar verilmədən əvvəl İran bu qurumla razılığa gəlməlidir. Əks təqdirdə, Avropa ölkələrindən biri - İngiltərə, Almaniya və ya Fransa sanksiyaları avtomatik olaraq bərpa edə bilər. Həmçinin bu sazişdə BMT-nin 7-ci fəslindəki “dünyada sülhün və təhlükəsizliyin qorunması” məsələsi və buna qarşı olan ölkələrə müharibə ilə cavab vermək hüququ və s. kimi məsələlər də qaldırla bilər.

İran ABŞ-la danışmasa belə, ən azından MAQATE ilə məsələləri həll etməlidir ki, müsbət bir raport verilsin və vəziyyət nisbətən yumşalsın. Düzdür, əlbəttə, İranla Qərbin və xüsusən də ABŞ-ın arasında həll olunmayan digər məsələlər də var, məsələn, region və raketlər məsələsi və s. Amma məncə, İran region məsələsində artıq gecikib və əlindəki kartları itirib. Hazırda İranın əlindəki tək kart uranı zənginləşdirmək və atom silahı əldə etməkdir, lakin bu belə İranın problemini həll etməyəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Mart 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri