Icma.az
close
up
RU
Oleq Bakinski ilə birgə ittiham olunan Ukraynanın sabiq nazir müavininin İspaniyaya ekstradisiyasına baxılır

Oleq Bakinski ilə birgə ittiham olunan Ukraynanın sabiq nazir müavininin İspaniyaya ekstradisiyasına baxılır

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Elşad Əliyev vəsatət verərək deyib ki, Konstantin Kuçerin İspaniyaya ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilir və o, buna görə bu cinayət işinə xitam verilməsini xahiş edib.

Vəkil bildirib ki, K.Kuçerin İspaniya Krallığındakı ittiham olunduğu maddənin Azərbaycan Cinayət Məcəlləsində qarşılığı yoxdur. Lakin, buradakı cinayət işi uzandıqca digər işdə qərar verilə bilmir.

Dövlət ittihamçısı bildirib ki, bu iş digər işdən asılı deyil və Konstantin Kuçer Azərbaycan Respublikasının ərazisində törətdiyi üçün bu cinayət işinin ləğvinə heç bir əsas yoxdur: "O işdə nə baş verir, bilmirəm. Ehtimal edirəm ki, o iş bu işdən asılı ola bilər, amma bu işin ondan heç bir asılılığı yoxdur. Buna görə də vəsatətin təmin olunmamasını təklif edirəm".

Vəsatət təmin edilməyib.

Daha sonra prosesdə sənədlərin tədqiqi davam etdirilib.

K.Kuçerin vəkili məhkəməyə sənəd təqdim edərək bildirib ki, onun əməlində dələduzluq niyyəti və ya tamah məqsədi olmayıb. O bildirib ki, təqsirləndirilənin sadəcə, zərəçəkənə borcu var.

Oleq Krapivinin vəkili Xeyransə Babayeva vəsatət verərək bildirib ki, müdafiə etdiyi şəxsin sağlamlığı ilə əlaqədar ciddi problemləri var: "Müvəkkilim səhhətindəki ciddi problemlərlə əlaqədar müalicə almalıdır. O, daha əvvəl Almaniyada müalicə alıb. Hazırda da bu müalicənin davam etməsi üçün şəraitə ehtiyacı var və saxlanıldığı təcridxanada bu mümkün deyil. Sizdən xahiş edirəm ki, onu ev dustaqlığına buraxasınız".

Zərərçəkən şəxsin vəkili məhkəmə istintaqının yekunlaşmasını xahiş edib.

Oleq Krapivinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmayıb.

Proses mayın 2-də davam etdiriləcək.

Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Aprel 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri