Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Oleq Səfərəliyev: Kino çəkməyi öyrətmək mümkün deyil │ Müsahibə

Oleq Səfərəliyev: Kino çəkməyi öyrətmək mümkün deyil │ Müsahibə

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, “Birbaşa yayım”, “Əlvida, cənub şəhəri”, “Qorxu mağarası” bədii filmlərinin, “Savva Morozov”, “Növbətçi mələk-II”, “Petrovka, 38”, “Qadınlar və digər xoşagəlməz hallar” seriallarının quruluşçu rejissoru Oleq Səfərəliyev "Azərtac"a müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının səyləri nəticəsində ötən il Linda Seqerin “Yaxşı ssenarini necə möhtəşəm etmək olar” kitabı Azərbaycan dilinə tərcümə edilib:
- Bu, gənc ssenaristlər üçün kiçik, lakin çox vacib kitabdır. Ancaq bu kifayət deyil, daha yeni və daha mühüm müəlliflər də var. Hazırda Kinematoqrafçılar İttifaqı hüquqları alıb və gələn ilin yazına qədər dramaturgiya üzrə əsas kitablardan biri olan Sid Fildin “Kinossenari. Yazı əsasları” nəşr olunacaq. Yanılmıramsa, bu, artıq iyirmi beşinci xarici dilə tərcümə olacaq. Lakin başqa müəlliflər də var. Məsələn, Robert Makki, Bleyk Snayder, Kristofer Voqler. Bunlar bütün dünyada dramaturgiyanın öyrənildiyi dərsliklərdir və onların da Azərbaycan dilində olması vacibdir.
Kinematoqrafiyamızın çətinliklərinə və vəzifələrinə nə çəhrayı eynəklə, nə də “Avropaya çatacağıq və onu keçəcəyik” şüarı ilə deyil, reallıqlarımızın dərk edilməsi ilə yanaşmaq çox önəmlidir. Gələcək gənclərindir, lakin debüt filmlər üçün hazırda kifayət qədər vəsait ayrılmır.
- Yeni nəsil mövzusunu davam etdirmək istərdik. Perspektivli gənc ssenaristlərimiz və rejissorlarımız varmı?
- Hamısı barədə danışa bilmərəm, amma, əlbəttə ki, var. Biz Azərbaycan Kinematoqrafçılar İttifaqında dramaturgiya və rejissura üzrə müxtəlif məşğələlər, təlim kursları keçiririk. Mən “Dramaturgiyanın əlifbası”, “36 dramatik vəziyyət” adlı bir neçə silsilə kurs keçmişəm. Hazırda Kinematoqrafçılar İttifaqı “Sənin ilk filmin” adlanan kursa yenidən qəbul elan edib. Mən filmin strukturu üzrə mühazirələr oxuyacağam. Dinləyicilər üçün tanınmış kinematoqrafçıların iştirakı ilə master-klaslar təşkil olunacaq. Təlim müddətində qısametrajlı, azbüdcəli film üçün ssenari yazacaq bir neçə istedadlı gənci seçməyə və daha sonra bu filmlərin çəkilməsinə nail olmağa çalışacağıq.
Məsələ ondadır ki, rejissorluq müntəzəm praktika tələb edən peşədir. Kino çəkməyi öyrətmək mümkün deyil, lakin istək olarsa, öyrənmək mümkündür. Nəzəri baxımdan hamı istedadlıdır. Nəzəri baxımdan yaxşı filmi hər kəs çəkə bilər, lakin bunu yalnız praktikada yoxlamaq olar. Bunun üçün təkcə qısametrajlı deyil, həm də tammetrajlı debütlər üçün namizədlərin seçim proqramları, debüt proqramları olmalıdır. Çünki qısametrajlı film çəkməklə tammetrajlı film çəkmək arasında böyük fərq var. Hər qaçan marafon məsafəsini qət edə bilmir.
- Gənc kino mütəxəssislərinə kömək etmək üçün daha nə etmək olar?
- Gənclərlə sistemli şəkildə məşğul olmaq lazımdır və mütləq qaydada hər bir məzun öz filmini çəkməlidir. Ssenarist və rejissor diplomu cibdə gəzdirilən kitabça deyil, ekranda nümayiş olunan filmdir.
Məsələn, sovet dövründə mən ÜDKİ-ni bitirəndə rejissorluq fakültəsinin hər bir məzununa 50 min rubl ayrılırdı. O dövr üçün bu, çox yaxşı vəsait idi. Üstəlik, mövcud senzura çərçivəsində istənilən mövzunu və çəkiliş üçün istənilən coğrafi məkanı seçə bilərdik.
Məsələn, mən diplom filmimi Bakıda, “Azərbaycanfilm” kinostudiyasında çəkmişəm, lakin Uzaq Şərqə də gedə bilərdim. Hər bir məzun öz filmini çəkməyə borclu idi. Bunun sayəsində dərhal tələbənin peşəkar işə və tammetrajlı film çəkilişinə hazır olub-olmadığını göstərən filmlər meydana çıxırdı.
İndi isə məzunlarımız illərlə maliyyələşmənin olmaması və bu prosesə lazımi nəzarətin yetərsizliyi, ilk növbədə isə dramaturgiya məsələləri səbəbindən heç nə çəkə bilmirlər. Gənc və yaşlı Azərbaycan kinosunun ən zəif yeri dramaturgiyadır və bunun səbəbi yenə də dramaturgiya üzrə bütün dünyada tanınmış dərsliklərin Azərbaycan dilinə tərcümə olunmamasıdır. Dərsliklər olacaqsa, ssenarilər də olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 May 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see439

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see332

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see331

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see310

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see288

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see287

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see277

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see258

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see242

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see235

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see219

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see218

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see209

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see203

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see202

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see194

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see190

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri