Icma.az
close
up
RU
Rejissor Oleq Səfərəliyev: Dərsliklər olacaqsa, ssenarilər də olacaq MÜSAHİBƏ

Rejissor Oleq Səfərəliyev: Dərsliklər olacaqsa, ssenarilər də olacaq MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 dekabr, Anara Axundova, AZƏRTAC

Müasir Azərbaycan kinematoqrafiyasının qarşısında duran vəzifələr və onların həlli üçün görülməli işlər barədə AZƏRTAC-ın müxbiri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, “Birbaşa yayım”, “Əlvida, cənub şəhəri”, “Qorxu mağarası” bədii filmlərinin, “Savva Morozov”, “Növbətçi mələk-II”, “Petrovka, 38”, “Qadınlar və digər xoşagəlməz hallar” seriallarının quruluşçu rejissoru Oleq Səfərəliyevlə söhbət edib.

- Oleq müəllim, bu gün kinematoqrafiyamızda hansı çətinliklər özünü göstərir?

- XXI əsrin kinematoqrafiyasını yeni texnologiyaları mənimsəmiş və postmodernist narrativ mürəkkəbliyin əhəmiyyətini dərk edən kinematoqrafçılar inkişaf etdirməlidirlər. Bizdə arxetipik təfəkkürlə bağlı problemlər var. Buna görə də birinci plana kino təhsili məsələləri çıxır. Elə burada xatırlayıram ki, bizdə dramaturgiya və rejissura üzrə dərsliklər yoxdur. Söhbət dünyanın yüzlərlə kino məktəbində tələbələrin təhsil aldığı, bütün dünyada ümumi qəbul olunmuş dərsliklərdən gedir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının səyləri nəticəsində ötən il Linda Seqerin “Yaxşı ssenarini necə möhtəşəm etmək olar” kitabını Azərbaycan dilinə tərcümə etdik. Bu, gənc ssenaristlər üçün kiçik, lakin çox vacib kitabdır. Ancaq bu kifayət deyil, daha yeni və daha mühüm müəlliflər də var. Hazırda Kinematoqrafçılar İttifaqı hüquqları alıb və gələn ilin yazına qədər dramaturgiya üzrə əsas kitablardan biri olan Sid Fildin “Kinossenari. Yazı əsasları” nəşr olunacaq. Yanılmıramsa, bu, artıq iyirmi beşinci xarici dilə tərcümə olacaq. Lakin başqa müəlliflər də var. Məsələn, Robert Makki, Bleyk Snayder, Kristofer Voqler. Bunlar bütün dünyada dramaturgiyanın öyrənildiyi dərsliklərdir və onların da Azərbaycan dilində olması vacibdir.

Kinematoqrafiyamızın çətinliklərinə və vəzifələrinə nə çəhrayı eynəklə, nə də “Avropaya çatacağıq və onu keçəcəyik” şüarı ilə deyil, reallıqlarımızın dərk edilməsi ilə yanaşmaq çox önəmlidir. Gələcək gənclərindir, lakin debüt filmlər üçün hazırda kifayət qədər vəsait ayrılmır.

- Yeni nəsil mövzusunu davam etdirmək istərdik. Perspektivli gənc ssenaristlərimiz və rejissorlarımız varmı?

- Hamısı barədə danışa bilmərəm, amma, əlbəttə ki, var. Biz Azərbaycan Kinematoqrafçılar İttifaqında dramaturgiya və rejissura üzrə müxtəlif məşğələlər, təlim kursları keçiririk. Mən “Dramaturgiyanın əlifbası”, “36 dramatik vəziyyət” adlı bir neçə silsilə kurs keçmişəm. Hazırda Kinematoqrafçılar İttifaqı “Sənin ilk filmin” adlanan kursa yenidən qəbul elan edib. Mən filmin strukturu üzrə mühazirələr oxuyacağam. Dinləyicilər üçün tanınmış kinematoqrafçıların iştirakı ilə master-klaslar təşkil olunacaq. Təlim müddətində qısametrajlı, azbüdcəli film üçün ssenari yazacaq bir neçə istedadlı gənci seçməyə və daha sonra bu filmlərin çəkilməsinə nail olmağa çalışacağıq.

Məsələ ondadır ki, rejissorluq müntəzəm praktika tələb edən peşədir. Kino çəkməyi öyrətmək mümkün deyil, lakin istək olarsa, öyrənmək mümkündür. Nəzəri baxımdan hamı istedadlıdır. Nəzəri baxımdan yaxşı filmi hər kəs çəkə bilər, lakin bunu yalnız praktikada yoxlamaq olar. Bunun üçün təkcə qısametrajlı deyil, həm də tammetrajlı debütlər üçün namizədlərin seçim proqramları, debüt proqramları olmalıdır. Çünki qısametrajlı film çəkməklə tammetrajlı film çəkmək arasında böyük fərq var. Hər qaçan marafon məsafəsini qət edə bilmir.

- Gənc kino mütəxəssislərinə kömək etmək üçün daha nə etmək olar?

- Gənclərlə sistemli şəkildə məşğul olmaq lazımdır və mütləq qaydada hər bir məzun öz filmini çəkməlidir. Ssenarist və rejissor diplomu cibdə gəzdirilən kitabça deyil, ekranda nümayiş olunan filmdir.

Məsələn, sovet dövründə mən ÜDKİ-ni bitirəndə rejissorluq fakültəsinin hər bir məzununa 50 min rubl ayrılırdı. O dövr üçün bu, çox yaxşı vəsait idi. Üstəlik, mövcud senzura çərçivəsində istənilən mövzunu və çəkiliş üçün istənilən coğrafi məkanı seçə bilərdik.

Məsələn, mən diplom filmimi Bakıda, “Azərbaycanfilm” kinostudiyasında çəkmişəm, lakin Uzaq Şərqə də gedə bilərdim. Hər bir məzun öz filmini çəkməyə borclu idi. Bunun sayəsində dərhal tələbənin peşəkar işə və tammetrajlı film çəkilişinə hazır olub-olmadığını göstərən filmlər meydana çıxırdı.

İndi isə məzunlarımız illərlə maliyyələşmənin olmaması və bu prosesə lazımi nəzarətin yetərsizliyi, ilk növbədə isə dramaturgiya məsələləri səbəbindən heç nə çəkə bilmirlər. Gənc və yaşlı Azərbaycan kinosunun ən zəif yeri dramaturgiyadır və bunun səbəbi yenə də dramaturgiya üzrə bütün dünyada tanınmış dərsliklərin Azərbaycan dilinə tərcümə olunmamasıdır. Dərsliklər olacaqsa, ssenarilər də olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri