Icma.az
close
up
RU
Olimpiya çempionu: Nəticə dalınca qaçmıram, işimi sevərək görürəm MÜSAHİBƏ

Olimpiya çempionu: Nəticə dalınca qaçmıram, işimi sevərək görürəm MÜSAHİBƏ

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 dekabr, AZƏRTAC

Azərbaycanın cüdo üzrə Avropa, dünya və olimpiya çempionu Zelim Kotsoyev AZƏRTAC-ın suallarını cavablayıb.

- 2025-ci il sizin üçün necə yadda qaldı?

- 2025-ci ilin mənim üçün asan keçmədiyini desəm, daha doğru olar. Amma çox məhsuldar və çətin bir il oldu. Bununla belə, Avropa çempionatı və dünya çempionatında əsas yarışlarda medal qazandığım üçün sevinirəm. Çünki demək olar ki, Olimpiya Oyunlarından sonra ilin çox hissəsini reabilitasiyaya sərf etdim. Olimpiadaya qədər yığılan xırda zədələri sağaldırdım. Ümumilikdə isə il pis keçmədi.

- Bu il hansı yarışda medal uğrunda mübarizə sizin üçün daha çətin keçdi?

- Hər turnir özünəməxsus çətinliklərə malikdir, biz hər biri üçün böyük iş görürük. Amma bu il mənim üçün ən böyük məyusluq İslam Oyunlarının finalı oldu. Döyüşü tam nəzarətdə saxlayırdım, hesabda irəlidə idim, vaza-ari ilə öndə gedirdim, amma son saniyələrdə, demək olar ki, öz səhvim ucbatından boğucu fəndə düşərək məğlub oldum. Bu, ən böyük məyusluq idi. Amma ümumilikdə hər turnirin öz çətinliyi var.

- İslamiada və Avropa çempionatında gümüş, dünya çempionatında bürünc medal qazandınız. Bunlardan hansı mükafat sizin üçün daha dəyərlidir?

- Hər medal mənim üçün çox dəyərlidir. Amma təbii ki, bu il üçün ən dəyərli medal dünya çempionatının bürünc medalı oldu. Bu böyük yarışdır. Bildiyiniz kimi, bir çox cüdoçular Olimpiya Oyunlarından sonra dərhal toparlana bilmirlər və növbəti il yenidən medal qazanmaq onlara çətin olur, çünki Olimpiya ilində emosional yük çox ağır olur. Mən isə çox sevinirəm ki, tam optimal formada olmasam da, uzun reabilitasiya dövründən sonra dünya çempionatında medal qazana bildim. Ona görə deyə bilərəm ki, bu il üçün ən dəyərli medalım dünya çempionatının bürünc medalıdır.

- 2026-cı ildə əsas məqsədinizin Bakıda keçiriləcək dünya çempionatında medal qazanmaq olacağını söyləmişdiniz. Hazırlığınız necə davam edir? Yəqin ki, yanvar ayından intensiv məşqlərə başlayacaqsınız...

- Artıq gələn üçün hazırlıqlara başlamışam. Əsas məqsəd qarşıdan gələn ildə Bakıda keçiriləcək dünya çempionatıdır. Ən vacibi odur ki, artıq zədələrimi sağaltmışam. Hazırda məni narahat edən heç nə yoxdur. Formamı tədricən bərpa edirəm. Hər hansı gözlənilməz hadisə baş verməsə, Bakıda ən yaxşı formada olacağam. Məqsədim dünya çempionatıdır və mən ora hazır olmalıyam.

- Ardıcıl 4 dünya çempionatında fəxri kürsüdə yer almısınız. Yəqin ki, Bakıdakı dünya çempionatında da seriyanı davam etdirmək istəyirsiniz..

- Bəli, dünya çempionatlarından qazandığım dörd medal müəyyən bir sabitlikdən xəbər verir. Amma bilirsiniz, mən nəticə dalınca qaçmıram. Əsasən bu prosesdən zövq alıram. Hər gün yuxudan oyanıb buna sevinirəm. Məşqlər mənə həzz verir, yarışmağı sevirəm, rəqabət hissi hələ də içimdədir və mən uduzmağı heç sevmirəm. Yəqin ki, məhz bu hisslər nəticələrə səbəb olur. Amma özümə xüsusi sabitlik və ya konkret məqsədlər qoymuram. Sadəcə bu işi sevirəm və ondan zövq alıram.

- Qardaşınız Aslan Kotsoyev də 90 kiloqram çəkidə nüfuzlu turnirlərdə iştirak edir və medallar qazanır. Onun sizin uğurlarınızı təkrarlaya biləcəyinizə inanırsınızmı?

- Mən Aslana inanıram, onun məndən daha uğurlu və nəticəli ola biləcəyinə inanıram. Öz tərəfimdən bunun üçün əlimdən gələni edirəm. Federasiya da, məşqçilər də dəstək olur. Amma hər şey ondan asılıdır. Görək, bu işə nə qədər ürəkdən yanaşacaq və nə qədər fanatik olacaq. İnanıram ki, yaxın vaxtlarda o da böyüklərlər arasında yarışlarda özünü göstərəcək.

- Bu il öz çəki dərəcəniz üzrə dünya reytinqində ilk pillədən 3-cü yerə gerilədiniz. Bu geriləmə sizi yeni ildə yenidən zirvəyə qayıtmaq üçün necə motivasiya edir?

- Düzünü desək, reytinq barədə çox da narahat olmuram. Bu il o qədər də çox turnirdə iştirak etməmişəm, o qədər tatamiyə çıxmamışam. Rəqiblərim məndən daha çox yarışıb. Ona görə də, birinci, ya üçüncü olmaq fərq etmir. Əsas olan vacib yarışlarda qalib gəlməkdir. Reytinq bu mərhələdə mənim üçün o qədər də vacib deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri