Olimpiya çempionu öldü
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
SSRİ voleybol yığmasının heyətində olimpiya çempionu olmuş Vladimir Doroxov 71 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Keçmiş voleybolçunun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, V.Doroxov 1980-ci ildə Moskvada SSRİ yığmasının tərkibində olimpiadanın qızıl medalını qazanıb. Həmçinin 1976-cı ildə Kanadada keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını əldə edib. Doroxov ikiqat dünya çempionu (1978, 1982), Dünya Kubokunun ikiqat qalibi (1977, 1981), həmçinin dördqat Avropa çempionudur (1975, 1977, 1979, 1981). O, Tbilisinin "Burevestnik", Moskvanın ÇSKA və Sankt-Peterburqun "Avtomobilist" komandalarında çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















