Icma.az
close
up
RU
Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu TƏFƏRRÜAT

Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin öz övladını tanımaqdan imtinası ilə bağlı mübahisə Ali Məhkəməyə daşınıb.
Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, cavabdeh Orxan İsmayılzadə Bakı Apellyasiya Məhkəməsinin 23 may 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verib. Məhkəmə bu qətnamə ilə Fidan Loğman qızı Abbasovanın iddiasını qismən təmin etmiş, onun qızı, 2015-ci il təvəllüdlü Nil Abbasovanın atası kimi Orxan İsmayılzadəni tanımış və onun hər ay 500 manat aliment ödəməsinə qərar vermişdi.
Lakin görünür, Orxan İsmayılzadə nə uşağın atası olduğunu qəbul edir, nə də onun saxlanılması üçün müəyyən edilmiş alimentin ödənilməsinə razıdır. O, məhkəmə qərarını “qərəzli” adlandıraraq ləğvini və işin yenidən apellyasiya instansiyasına göndərilməsini tələb edir.
“Məni çağırmayıblar” bəhanəsi
Məhkəmə işinin ən diqqətçəkən məqamı atalığın müəyyən edilməsi üçün təyin olunmuş məhkəmə-tibbi genetik ekspertizalardan cavabdeh Orxan İsmayılzadənin dəfələrlə yayınmasıdır.
İlk ekspertiza Sabunçu Rayon Məhkəməsində təyin olunmuşdu, lakin Orxan İsmayılzadə iştirak etmədiyi üçün keçirilməmişdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən yenidən ekspertiza qərarı çıxarılsa da, cavabdeh yenə məhkəmə ekspertizasına getməyib. Ümumilikdə, Sabunçu və Xətai rayon məhkəmələri də daxil olmaqla Orxan İsmayılzadənin məhkəmə-tibbi genetik ekspertizalardan keçirilməsi üçün 5 dəfə ekspertiza təyin olunub. Lakin o, həmin ekspertizaların heç birində iştirak etməyib.
Məhkəmələr onun hərəkətlərini ekspertizadan yayınma kimi qiymətləndirib və atalığın müəyyən edilməsini qanuni sayıb.
Məhkəmə materiallarında tərəflərin bir müddət ailə kimi birgə yaşadığı, hətta xarici ölkələrdə səyahətlər etdiyi, foto və video sübutların olduğu qeyd edilir. Yəni, faktiki nikah münasibətləri və övladın atasının kimliyi barədə şübhə yeri yoxdur.
Amma bütün bunlara baxmayaraq, Orxan İsmayılzadə övladını qəbul etməkdən və aliment ödəməkdən boyun qaçırır.
Məhkəmə həm birinci instansiyada, həm də apellyasiya instansiyasında aliment məbləğini ölkə üzrə minimum əməkhaqqının 1,45 misli, yəni 500 manat məbləğində müəyyən edib. Bu, uşağın gündəlik ehtiyaclarını təmin etmək üçün təyin edilmiş orta məbləğdir.
Lakin Orxan İsmayılzadə bu məbləği də çox hesab edir və alimentin də azaldılmasını istəyir. Beləliklə, ortada acınacaqlı mənzərə yaranır – ata övladının atalıq hüququnu tanımır, onun saxlanması üçün nəzərdə tutulan vəsaitdən də imtina edir.
Xatırladaq ki, 25 iyun 2025-ci ildə Sabunçu Rayon Məhkəməsində hakim Şəbnur Qədirovanın sədrliyi ilə keçirilən iclasda Orxan İsmayılzadənin övladı Nil Orxan qızı Abbasovaya aliment ödəməkdən yayınmasına görə icra məmurunun təqdimatına baxılıb.
Bundan öncə isə Sabunçu Rayon Məhkəməsi Orxan İsmayılzadənin əmlakının üzərinə həbs qoyulması barədə qərar çıxarıb. Həbs qərarı Sabunçu Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı əsasında verilib. İcra məmuru təqdimatda qeyd edib ki, Orxan İsmayılzadə aliment borcunu ödəməkdən yayınır və buna görə də əmlakı üzərinə həbs qoyulması məqsədəuyğundur.
İclasda məlum olub ki, Orxan İsmayılzadə məhkəmənin başladığı saatda alimentə görə yaranmış 4 min 500 manat pulu ödəyib. O, eyni zamanda söz verib ki, bundan sonra hər ay təyin olunan vaxtda qızı Nil İsmayılzadənin saxlanılması xərci olan 500 manat alimenti də gecikdirmədən ödəyəcək.
Həmçinin məlum olub ki, artıq Orxan İsmayılzadə qızı Nilə adını və soyadını da verib. Uşağa verilmiş şəxsiyyət vəsiqəsində atasının adı qrafasında Orxan, soyadı qrafasında isə İsmayılzadə qeyd olunub.
Tələbkar Fidan Abbasova bundan öncəki açıqlamalarında demişdi ki, 2012-ci ilin may ayında Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə faktiki nikahı baş tutub. Faktiki nikah rəsmi nikaha çevrilənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.
“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha daxil oldu, nə də atalığı qəbul etdi.
Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədənkənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.
Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib: “Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.
Sabunçu Rayon Məhkəməsi təqdim olunan sübutlar əsasında Fidan Abbasovanın qızının atasının Orxan İsmayılzadə olması barədə qərar verib. Məhkəmə Orxan İsmayılzadənin atalıq testindən keçməsi üçün qərardad çıxarıb. Lakin o, bu testdən yayınmaqda davam edib.
Ekspertizanın keçirilməsi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-Tibbi Biologiya şöbəsinə həvalə olunmuşdu. 2025-ci il aprelin 11-i, saat 11-ə təyin olunan ekspertizaya Fidan Abbasova və övladı getmişdi. Orxan İsmayılzadə isə iştirak etməyib.
Fidan Abbasova bildirib ki, qanuna görə ekspertizanın işində iştirak etməmək, nəticə ilə razılaşmaq anlamına gəlir. O, həmçinin qeyd edib ki, Orxan İsmayılzadə “şərəf və ləyaqətinin alçaldılması” adı altında müxtəlif məhkəmələrə müraciət etsə də, atalıq testindən yayınmaqla əslində bioloji atasının o olduğunu təsdiq edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 İyul 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see197

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri