Icma.az
close
up
RU
Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu TƏFƏRRÜAT (FOTO)

Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu TƏFƏRRÜAT (FOTO)

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin öz övladını tanımaqdan imtinası ilə bağlı mübahisə Ali Məhkəməyə daşınıb.

Hurriyyet.az xəbər verir ki,  cavabdeh Orxan İsmayılzadə Bakı Apellyasiya Məhkəməsinin 23 may 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verib. Məhkəmə bu qətnamə ilə Fidan Loğman qızı Abbasovanın iddiasını qismən təmin etmiş, onun qızı, 2015-ci il təvəllüdlü Nil Abbasovanın atası kimi Orxan İsmayılzadəni tanımış və onun hər ay 500 manat aliment ödəməsinə qərar vermişdi.
Lakin görünür, Orxan İsmayılzadə nə uşağın atası olduğunu qəbul edir, nə də onun saxlanılması üçün müəyyən edilmiş alimentin ödənilməsinə razıdır. O, məhkəmə qərarını “qərəzli” adlandıraraq ləğvini və işin yenidən apellyasiya instansiyasına göndərilməsini tələb edir.
“Məni çağırmayıblar” bəhanəsi
Məhkəmə işinin ən diqqətçəkən məqamı atalığın müəyyən edilməsi üçün təyin olunmuş məhkəmə-tibbi genetik ekspertizalardan cavabdeh Orxan İsmayılzadənin dəfələrlə yayınmasıdır.
İlk ekspertiza Sabunçu Rayon Məhkəməsində təyin olunmuşdu, lakin Orxan İsmayılzadə iştirak etmədiyi üçün keçirilməmişdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən yenidən ekspertiza qərarı çıxarılsa da, cavabdeh yenə məhkəmə ekspertizasına getməyib. Ümumilikdə, Sabunçu və Xətai rayon məhkəmələri də daxil olmaqla Orxan İsmayılzadənin məhkəmə-tibbi genetik ekspertizalardan keçirilməsi üçün 5 dəfə ekspertiza təyin olunub. Lakin o, həmin ekspertizaların heç birində iştirak etməyib.
Məhkəmələr onun hərəkətlərini ekspertizadan yayınma kimi qiymətləndirib və atalığın müəyyən edilməsini qanuni sayıb.
Məhkəmə materiallarında tərəflərin bir müddət ailə kimi birgə yaşadığı, hətta xarici ölkələrdə səyahətlər etdiyi, foto və video sübutların olduğu qeyd edilir. Yəni, faktiki nikah münasibətləri və övladın atasının kimliyi barədə şübhə yeri yoxdur.
Amma bütün bunlara baxmayaraq, Orxan İsmayılzadə övladını qəbul etməkdən və aliment ödəməkdən boyun qaçırır.
Məhkəmə həm birinci instansiyada, həm də apellyasiya instansiyasında aliment məbləğini ölkə üzrə minimum əməkhaqqının 1,45 misli, yəni 500 manat məbləğində müəyyən edib. Bu, uşağın gündəlik ehtiyaclarını təmin etmək üçün təyin edilmiş orta məbləğdir.
Lakin Orxan İsmayılzadə bu məbləği də çox hesab edir və alimentin də azaldılmasını istəyir. Beləliklə, ortada acınacaqlı mənzərə yaranır – ata övladının atalıq hüququnu tanımır, onun saxlanması üçün nəzərdə tutulan vəsaitdən də imtina edir.
Xatırladaq ki, 25 iyun 2025-ci ildə Sabunçu Rayon Məhkəməsində hakim Şəbnur Qədirovanın sədrliyi ilə keçirilən iclasda Orxan İsmayılzadənin övladı Nil Orxan qızı Abbasovaya aliment ödəməkdən yayınmasına görə icra məmurunun təqdimatına baxılıb.
Bundan öncə isə Sabunçu Rayon Məhkəməsi Orxan İsmayılzadənin əmlakının üzərinə həbs qoyulması barədə qərar çıxarıb. Həbs qərarı Sabunçu Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı əsasında verilib. İcra məmuru təqdimatda qeyd edib ki, Orxan İsmayılzadə aliment borcunu ödəməkdən yayınır və buna görə də əmlakı üzərinə həbs qoyulması məqsədəuyğundur.

İclasda məlum olub ki, Orxan İsmayılzadə məhkəmənin başladığı saatda alimentə görə yaranmış 4 min 500 manat pulu ödəyib. O, eyni zamanda söz verib ki, bundan sonra hər ay təyin olunan vaxtda qızı Nil İsmayılzadənin saxlanılması xərci olan 500 manat alimenti də gecikdirmədən ödəyəcək.
Həmçinin məlum olub ki, artıq Orxan İsmayılzadə qızı Nilə adını və soyadını da verib. Uşağa verilmiş şəxsiyyət vəsiqəsində atasının adı qrafasında Orxan, soyadı qrafasında isə İsmayılzadə qeyd olunub.
Tələbkar Fidan Abbasova bundan öncəki açıqlamalarında demişdi ki, 2012-ci ilin may ayında Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə faktiki nikahı baş tutub. Faktiki nikah rəsmi nikaha çevrilənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.
“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha daxil oldu, nə də atalığı qəbul etdi.
Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədənkənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.
Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib: “Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.
Sabunçu Rayon Məhkəməsi təqdim olunan sübutlar əsasında Fidan Abbasovanın qızının atasının Orxan İsmayılzadə olması barədə qərar verib. Məhkəmə Orxan İsmayılzadənin atalıq testindən keçməsi üçün qərardad çıxarıb. Lakin o, bu testdən yayınmaqda davam edib.
Ekspertizanın keçirilməsi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-Tibbi Biologiya şöbəsinə həvalə olunmuşdu. 2025-ci il aprelin 11-i, saat 11-ə təyin olunan ekspertizaya Fidan Abbasova və övladı getmişdi. Orxan İsmayılzadə isə iştirak etməyib.
Fidan Abbasova bildirib ki, qanuna görə ekspertizanın işində iştirak etməmək, nəticə ilə razılaşmaq anlamına gəlir. O, həmçinin qeyd edib ki, Orxan İsmayılzadə “şərəf və ləyaqətinin alçaldılması” adı altında müxtəlif məhkəmələrə müraciət etsə də, atalıq testindən yayınmaqla əslində bioloji atasının o olduğunu təsdiq edir. (Musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 İyul 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri