Icma.az
close
up
RU
Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub SƏBƏB

Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub SƏBƏB

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

SOCAR-ın sabiq vitse-prezidenti, oliqarx Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən olunan alimenti 2 aylıq gecikmə ilə ödəyib.

Musavat.com xəbər verir ki, illərdir davam edən məhkəmə çəkişmələrinin sonucunda Sabunçu rayon Məhkəməsi Orxan İsmayılzadəni Nil İsmayılzadənin atası olmasını verdiyi qətnamə ilə təsbit edib.

Qətnamə digər instasiyalarda qüvvəsində saxlanılıb. Həmin qətnaməyə görə Orxan İsmayılzadə qızı Nili saxlamaq üçün hər ay 500 manat aliment ödəməlidir. Orxan İsmayılzadə məhkəmə qətnaməsi ilə razı deyil. Dəfələrlə alimenti gecikdirir. Sabunçu Rayon İcra və Probasiya Şöbəsi onun qiyməti 200 min manatı aşan maşını üzərinə həbs qoyub.

Hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakim İkram Sabir oğlu Şirinovun icraatında Orxan İsmayılzadənin Sabunçu Rayon Məhkəməsinin 2(008)-5306/2024 saylı 23.09.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti araşdırılmaqdadır. Orxan İsmayılzadə Sabunçu Məhkəməsinin qətnaməsinin ləğvini istəyir. İş üzrə iddiaçı Fidan Abbasovanın vəkilləri isə Sabunçu məhkəməsinin alimentlə bağlı hissəsi ilə razı deyillər. Onlar Orxan İsmayılzadədən qızı Nil İsmayılzadənin saxlanılması üçün məhkəmənin hər ay üçün kəsdiyi alimentin 500 manatdan 2 min manata qaldırılmasını istəyirlər. Qətnamənin qalan hissəsinin əsaslı və qanuni olduğunu qeyd edirlər.

Məsələnin mahiyyəti budur ki, Fidan Abbasova uzun illərdir qızı Nilin atasının Orxan İsmayılzadə olmasını sübut etməyə çalışır. Lakin Orxan İsmayılzadə ötən illər ərzində qızı Nilə soyadını, adını verməkdən boyun qaçırıb, uşağın saxlanılması üçün tələb olunan vəsaiti ödəməkdən yayınıb. Buna görə də Fidan Abbasova məhkəmə qaydasında Orxan İsmayılzadənin övladının atası olmasını sübut etmək məcburiyyətində qalıb. İllər öncə məkəməyə təqdim etdiyi iddiası üzrə yekun qərar verilmədən geri götürülmüşdü. Fidan Abbasova mətbuata açıqlamasında bildirmişdi ki, 2017-ci ildə Sabunçu məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib. Lakin o zaman Fidan Abbasova aldadılmaqla iddiasını geri çəkib. 7 il sonra, 2024-cü ildə o, icraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alıb və iradəsi əksinə olan qərardadın ləğvini xahiş edib. Qərardad ləğv ediləndən sonra yenidən Sabunçu Rayon Məhkəməsində eyni predmet üzrə məhkəmə araşdırmaları başlayıb. Məhkəmədə Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ilə faktiki nikahdan 05.05.2015-ci il təvəllüdlü Nil adlı qızı dünyaya gəlib. Buna görə də məhkəmədə övladının adının atasının Orxan İsmayılzadə olmasının müəyyən edilməsi və buna dair doğum aktı qeydinin aparılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Fidan Abbasovanın nümayəndəsi isə tələb edib ki, Orxan İsmayılzadədən 17.01.2017-ci il tarixdən başlamaqla 05.05.2015-ci il təvəllüdlü Nil Orxan qızı Abbasovanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 2 min manat pul tutulsun.

Nümayəndə məhkəmədə Orxan İsmayılzadə ilə Fidan Abbasovanın ailə qurmasıyla bağlı fikirlərini belə əsaslandırıb:

“Orxan Mikayıl oğlu İsmayılzadə 2012-ci ilin may ayında Fidan Abbasova ilə tanış olaraq ailə qurmaq qərarına gəlib və faktiki nikaha daxil olaraq birgə yaşamağa başlayıblar. Orxan İsmayılzadə özünün mobil nömrəsi 050-450-X0-X0 olduğu üçün ona da həmin nömrəyə uyğun olaraq 055-450-X0-X0 mobil telefon nömrəsi və digər əşyalar alıb. Bakı şəhərində yaşadıqları təxminən 6 ay ərzində dəfələrlə görüşüblər və faktiki nikah münasibətləri davam edib. Faktiki nikaha daxil olduqdan sonra cavabdeh ona Almaniya Respublikasına getməyi təklif edib. Bu məqsədlə viza əldə edərək Almaniyaya gedib və özünün Münhen şəhərində yerləşən evində birlikdə yaşayıblar. Almaniyada yaşadıqları müddət ərzində bir sıra başqa ölkələrə səfərlər ediblər. Bu xüsusat Fidan Abbasova və Orxan İsmayılzadənin pasportlarında olan eyni tarixdə sərhəd-buraxılış məntəqəsində aparılmış qeydlərlə təsdiq olunur. Beləliklə, 2012-ci ilin may ayından 3 sentyabr 2016-cı il tarixədək Orxan İsmayılzadə ilə faktiki nikah münasibətlərində olublar. Faktiki nikahdan 5 may 2015-ci il tarixdə Nil adlı qızları anadan olub. Orxan uşağın atası olduğu halda, uşağın atası kimi yazılmasına dair ərizə verməyib, səbəbini onunla əsaslandırıb ki, onun valideynləri uşağın atası kimi yazılmasına razılıq vermirlər və hətta bununla əlaqədar atası onu döyüb. Nəticədə faktiki nikahdan 5 may 2015-ci il tarixdə anadan olmuş uşağın ata adından istifadə etmək hüququ pozulub”.

Orxan İsmayılzadə Fidan Abbasovanın iddiası əsasında başladılan məhkəmə proseslərinə gəlməkdən boyun qaçırıb. Məhkəmənin təyin etdiyi “atalığın müəyyən edilməsinə dair” ekspertizadan da keçməkdən yayınıb.Məhkəmə iddiaçını və iş materiallarında olan sənədləri araşdırmaqla iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarıb.

Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov hesab edib ki, həqiqətin üzə çıxması üçün Orxan İsmayılzadə və qızı Nil İsmayılzadə DNK testindən keçməlidirlər. Ekspertiza fevralın 6-da, saat 12-təyin olunub. Buna qədər iş üzrə ayrı-ayrı məhkəmə instansiyalarında Orxan İsmayılzadə və qızı Nil İsmayılzadənin DNK ekspertizasından keçirilmələri haqda 5 məhkəmə qərar verib. Həmin qərarların icrası Orxan İsmayılzadənin ekspertizaya qatılmamasına görə baş tutmayıb.

İddiaçı Fidan Abbasova Musavat.com-a deyib ki, qızı Nil İsmayılzadə ekspertizanın işində iştirak edəcək:

“Ümid edirəm ki, Orxan İsmayılzadə bu dəfə ekspertizanın işində iştirak edəcək. Sabunçu, Xətai və apellyasiya instansiyaları buna qədər DNK ekspertizası keçirilməsi üçün qərar veriblər. Orxan İsmayılzadə hər dəfə bir bəhanə ilə ekspertizanın işində iştirak etməyib. Hər dəfə də onun ekspertizanın işində iştirak etməməsi protokollaşdırılıb. Bu dəfə də ekspertizaya qızımı vəkilin iştirakı ilə aparacağıq. Orxan İsmayılzadə gəlsə də, gəlməsə də, biz ekspertizanın işində iştirak edəcəyik. Artıq 5 dəfə iştirak etmişik, 6-cı dəfə də iştirak etməkdə qərarlıyıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Fevral 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri