Icma.az
close
up
RU
FƏRHAD ƏHMƏDOVUN AZƏRBAYCANDAKI MÜLKLƏRINƏ HƏBS QOYULUB Oliqarx qalmaqallı çəkişməni uduzub + FOTOLAR

FƏRHAD ƏHMƏDOVUN AZƏRBAYCANDAKI MÜLKLƏRINƏ HƏBS QOYULUB Oliqarx qalmaqallı çəkişməni uduzub + FOTOLAR

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanlı iş adamı, 1.7 milyard dollarlıq sərvəti ilə Rusiyada ən varlı oliqarxlardan sayılan Fərhad Əhmədovun Azərbaycandakı əmaklarının üzrinə həbs qoyulub. 

Etibarlı mənbədən “AzPolitika”-ya daxil olan məlumata görə, bura onun daşınmaz əmlakı, bank hesabları və şirkətləri daxildir. Mənbə bildirib ki, buna səbəb oliqarxla İtaliya şirkəti arasında 2018-ci ildən davam edən məhkəmə çəkişməsində uduzması və qətnamənin icraya yönəldilməsidir.

Xatırladaq ki, 2018-ci ildə dünyada tanınmış İtaliya şirkəti “Paghera Green Service Societa Agricola S.R.L” şirkəti F.Əhmədova məxsus “Baku Caspian Real Estate Limited” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən italyan şirkəti 1 milyon 664 min avro pulun MMC-dən tutulması barədə tələb irəli sürüb.

Bundan başqa, italiyalılari hər iki şirkət arasında bağlanmış 14 dekabr 2016-cı il tarixli müqavilə və 2017-ci ilin iyul ayının 20-də imzalanmış ikinci əlavə büdcə razılaşmasına əsasən görülməli işlərin həyata keçirilməsinə MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını istəmişdi.


Həmçinin italyan şirkəti iddiasında işlər görülüb bitirildikdən sonra 14 dekabr 2016-cı il tarixli müqavilə və 2017-ci ilin iyul ayının 20-də imzalanmış ikinci əlavə büdcə razılaşmasına əsasən ödənilməli olan 10 faizin - 1 milyon 172 min 817 avro pulun “Baku Caspian Real Estate Limited” MMC-dən tutularaq “Paghera” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.

2018-ci il noyabrın 22-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə başlayan prosesdə Fərhad Əhmədov qalib gəlib, sonrakı məhkəmə instansiyalarında da hakimlər onu haqlı sayıb.

Bundan sonra İtaliya şirkəti Azərbaycanda məhkəmə iddialarını dayandıraraq Britaniyaya üz tutub. Belə ki, “Paghera Green Service Societa Agricola S.R.L” şirkəti F.Əhmədov və onun şirkətinə qarşı London Məhkəməsində 5 milyon avroluq iddia qaldırıb.

İddiada qeyd olunub ki, “Baku Caspian Real Estates Limited” MMC – italyan şirkətinə ödənməli olan 3 milyon avronu ödəməyib. Bildirilir ki, xarici şirkət 2016-cı ildə Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsində yerləşən 6 hektar ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri aparılması ilə bağlı kontrak imzalayıb. Müqaviləyə əsasən, italyan şirkətinə bu işlərin müqabilində ümumilikdə 12 milyon avro və əlavələr ödənilməlidir. Lakin işlərin yekunlaşmasına çox az vaxt qalmış F.Əhmədova məxsus şirkət 3 milyon avronu ödəmək istəməyib və italyanları ərazidən çıxarıb.


Mənbə iddia edir ki, oliqarxın Bilgəh qəsəbəsində yerləşən sözügedən mülkü Bakının ən bahalı mülklərin sırasında ilk yerdə dayanır. Villalara və ətraf infrastruktura on milyonlarla dollar xərc çəkilib. F.Əhmədov dünyanın ən bahalı şirkətlərinin məhsullarını gətirib, xaricdən dizaynerlər, memarlar Bakıya dəvət olunub və onlar aylarla oliqarxın sifarişlərini icra ediblər. Bildirilir ki, məhkəmənin qərarı ilə həmin əmlakın da üzərinə həbs qoyulub.

Məhkəmə prosesində “Paghera Green Service Societa Agricola S.R.L” şirkətinin vəkili olmuş Kamandar Nəsibov “AzPolitika”-ya açıqlamasına bildirib ki, sözgedən proses çoxdan yekunlaşıb, məhkəmələr isə Fərhad Əhmədovun xeyrinə qərar çıxarıb:

“Biz Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşırdıq, amma sonradan onlardan xəbər çıxmadı. Məlum oldu ki, London Məhkəməsinə müraciət ediblər. İstisna etmirəm ki, həmin çəkişməsini Əhmədov uduzub və hazırda həmin məhkəmənin qətnaməsi icra yönədlib, ona görə onun əmlakına həbs qoyublar”.

Qeyd edək ki, əmlakına həbs qoyulması xəbəri ilə bağlı F.Əhmədov və onun Bakıdakı nümayəndəsi Nail Şahverdiyevlə əlqə qurmaq cəhdlərimiz nəticə vermədi. Onların mövqeyini dərc etməyə çalışacağıq.

Rasim Əliyev

“AzPolitika.info”  




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri