Oliveyra BMF titulu uğrunda Hollouey ilə döyüşmək arzusunu bildirib
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Yüngül çəkidə keçmiş UFC çempionu braziliyalı Çarlz Oliveyra növbəti dəfə Maks Holloueylə döyüşmək istədiyini açıqlayıb.
İdman.biz bildirir ki, Oliveyranın sözlərinə görə, onun məqsədi BMF kəməri uğrunda titul döyüşündə amerikalı ilə qarşılaşmaqdır.
“Mən Maks Hollouey ilə BMF titulu uğrunda döyüşmək istərdim. Düşünürəm ki, azarkeşlər də bu döyüşü maraqla qarşılayacaqlar. Növbəti istədiyim döyüş budur”, - Oliveyra deyib.
Çarlz Oliveyra və Maks Hollouey 2015-ci ilin avqustunda oktaqonda qarşılaşıblar. Döyüşdə amerikalı braziliyalı zədə aldıqdan sonra qalib gəlmişdi.

Topuriya və Oliveyra, Mahaçevin Maddalena ilə döyüşmək üçün boşaltdığı UFC yüngül çəkidəki keçmiş titulu uğrunda döyüşəcəklər
14 May 2025 14:19
Polyak döyüşçü Rafael Fiziyevin əvəzinə Oliveyra ilə döyüşmək istəyir
21 Sentyabr 2025 06:22
Fiziyevin yerinə Oliveyra ilə Qamrot döyüşəcək
24 Sentyabr 2025 11:55
Fiziyev Oliveyra ilə döyüşə çıxa bilməyəcək SƏBƏB
20 Sentyabr 2025 10:50
Maxaçev Tsarukyandan güclüdür, amma... Çarlz Oliveyra
10 Noyabr 2024 10:20

