Oliveyra Qampotu boğdu
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən UFC Fight Night 261 turnirində gecənin əsas döyüşü baş tutub.
"Football-plus.az" xəbər verir ki, əsas döyüşdə yüngül çəki dərəcəsində (70 kq) keçmiş çempion Çarlz Oliveyra (Braziliya) ilə polşalı Mateuş Qamrot üz-üzə gəlib. Döyüş ikinci raundda Oliveyranın boğucu fəndlə erkən qələbəsi ilə yekunlaşıb.
Beləliklə, 35 yaşlı braziliyalının peşəkar MMA karyerasındakı nəticəsi 36 qələbə, 11 məğlubiyyət təşkil edir. 34 yaşlı Qamrot isə 25 qələbə və 4 məğlubiyyət göstəricisinə malikdi.
Xatırladaq ki, Oliveyra son döyüşündə – iyulda UFC 317 turnirində gürcü İliya Topuriyaya nokautla uduzmuşdu. Qamrot isə maynda UFC on ESPN 68 turnirində slovak Lüdovit Kleyni hakimlərin yekdil qərarı ilə məğlub etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 18 Oktyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















