Icma.az
close
up
RU
Ölkə başçısı tək deyil, Azərbaycan və 50 milyon azərbaycanlı ilə addımlayır!

Ölkə başçısı tək deyil, Azərbaycan və 50 milyon azərbaycanlı ilə addımlayır!

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün ölkəmizin qazandığı uğurların bəzilərinin ürəyincə olmadığını açıq şəkildə görürük. Anti-Azərbaycan dairələri və milli varlığımıza düşmən kəsilən qüvvələr qüdrətli və bütöv Azərbaycanı həzm edə bilmirlər. Onlar güclü, müstəqil siyasət yürüdən dövlət deyil, torpaqları işğal altında qalan, daxili çəkişmələr və separatizm içində zəifləyən bir Azərbaycan görmək istəyirlər. Məhz buna görə də ölkə rəhbərliyinə qarşı davamlı hücumlar təşkil edilir. Dövlətimizin başçısı qarayaxma kampaniyalarının hədəfinə çevrilir. Lakin bu cəhdlər təsadüfi deyil. Bütün bunlar Azərbaycanın güclənməsindən narahat olan qüvvələrin planlı fəaliyyətinin tərkib hissəsidir.

Təəssüf doğuran məqam odur ki, bəzən sapı özümüzdən olan baltalar da bu prosesdə alətə çevrilirlər. Halbuki unudurlar ki, onları himayə edən qara qüvvələrin rahatlığını pozan məhz güclü və prinsipial Azərbaycan rəhbərliyidir.

Əminliklə demək olar ki, aparılan qarayaxma kampaniyaları heç bir nəticə verməyəcək.

Ölkə rəhbərinə qarşı qaldırılan çirkli əllər və natəmiz, iyrənc aksiyalar heç vaxt məqsədinə çata bilməz. 

Prezident İlham Əliyevin təbliğata ehtiyacı yoxdur. O həmişə xalqın yaddaşında fenomen kimi qalacaq. Bu, həqiqətdir. Xalq üçün İlham Əliyevlə canlı və heç vaxt təhrif olunmayan tarixdir. Bu günün real mənzərəsi odur ki, İlham Əliyev özü ölkəmizin ən böyük təbliğatçısıdır və Azərbaycanı onun kimi tərənnüm edərək ucaldan ikinci bir lider tapmaq çətindir. Ölkə başçısının müdafiəyə də ehtiyacı yoxdur. Çünki İlham Əliyevlə Azərbaycan hücumda, müdafiədə həmişə güclüdür, heç bir döyüşdə düşmənə boyun əyməyib, arxa çevirməyib və uduzmayıb. Lələtəpədən 44 günlük müharibəyə və 24 saatlıq antiterror tədbirlərinə qədər həm döyüş meydanında, həm diplomatik masalarda, həm də siyasi dialoqlarda qələbə Azərbaycanın olub.

Ən çətin günlərdə Prezident kimi heç yerə getməyib, ən ağır, eyni zamanda ən şərəfli və qürurverici günlərdə xalqın arasında, önündə dayanıb. Sınaq anlarında geri çəkilməyib, məsuliyyətdən yayınmayıb, taleyüklü qərarların ağırlığını öz üzərinə götürərək milli birliyin simvoluna çevrilib.

İki əsrlik mürəkkəb və keşməkeşli tariximizdə İlham Əliyev liderlik, bütövlük və qətiyyət nümunəsi göstərərək yalnız proseslərin iştirakçısı olmayıb, tarixçilər üçün yeni tarix yazıb. Dövlətçilik ənənələrini möhkəmləndirərək xalqın iradəsini siyasi iradəyə çevirə bilib, ölkənin suverenliyini və milli maraqlarını qətiyyətlə təmin edib.

Azərbaycan tarixində ilk dəfə olaraq Vətəni qorumaq və ərazi bütövlüyünü təmin etmək yolunda nümayiş etdirilən bu nümunəvi liderlik milli yaddaşda xüsusi yer tutur. Bu liderlik siyasi qərarlarla, xalqla birgə addımlamaq, çətinliyi birlikdə bölüşmək və qələbəni birlikdə yaşamaq iradəsi ilə qazanılıb.

Ölkə başçısı milli özünüdərkin, dövlətçilik şüurunun və tarixi ədalətin bərpasının simvolu kimi sabahın tarix kitablarında qürurla xatırlanacaq bir epoxanın başlanğıcı kimi həmişə sevgi ünvanı olacaq! Ölkə başçısı tək deyil, Azərbaycan və 50 milyon azərbaycanlı ilə addımlayır! Heç bir qüvvə bu iradənin qarşısında maneə yarada bilməz. Atılan hər addım Azərbaycan uğrundadır!

Rəşad Mahmudov,

YAP İdarə Heyətinin üzvü, 

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri