Icma.az
close
up
RU
Mərkəzi Asiya + Azərbaycan altı qardaş ölkə vahid məqsədlə gələcəyə addımlayır”

Mərkəzi Asiya + Azərbaycan altı qardaş ölkə vahid məqsədlə gələcəyə addımlayır”

Icma.az, 525.az saytına istinadən bildirir.

“Özbəkistanın paytaxtında keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə tarixi qərar qəbul edildi: Azərbaycan Respublikası bu nüfuzlu platformanın tamhüquqlu iştirakçısı statusunu əldə etdi. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri tərəfindən imzalanan bu qərar, regionda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşdığını təsdiq edən mühüm addımdır”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bu qərar təsadüfi deyil. Azərbaycanın Mərkəzi Asiya sammitlərində üçüncü iştirakı olsa da, hər görüş münasibətlərin dərinləşməsinə, qarşılıqlı etimadın güclənməsinə xidmət edib.

“İlk dəfə 2023-cü ildə Düşənbədə, ikinci dəfə 2024-cü ildə Astanada qonaq statusunda iştirak edən Azərbaycan, indi formatın tam hüquqlu üzvü kimi Daşkənddən qayıtdı. Prezident İlham Əliyev öz çıxışında bu addımı qiymətləndirərək bildirib: "Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir".

Coğrafi baxımdan Cənubi Qafqazda yerləşən Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyası yalnız siyasi iradənin məhsulu deyil. Tarixi, mədəni və mənəvi köklər bu birliyin təməlində dayanır. Prezident Əliyevin Daşkənddə səsləndirdiyi fikirlər bu reallığı aydın ifadə edir:

"İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi sadəcə coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir".

Prezidentin "Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır" – fikri əsas mövzu kimi səsləndi və altı ölkənin ortaq gələcək vizyonunu ifadə etdi”, - deputat deyib.

Əlavə edib ki, son üç ilin statistikası münasibətlərin hansı dinamika ilə inkişaf etdiyini aydın göstərir. Yüksək səviyyəli qarşılıqlı səfərlər məhz bu yaxınlığın siyasi ifadəsidir: “Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 14 dəfə səfər edib. Mərkəzi Asiya liderlərinin isə Azərbaycana 23 səfəri baş tutub. Cəmi yüksək səviyyəli 37 görüş olub. Bu da ildə orta hesabla 12 səfər deməkdir. Bu intensivlik sadəcə protokol xarakteri daşımır. Hər səfər onlarla strateji sənədin imzalanması, milyonlarla dollarlıq layihələrə start verilməsi və mövcud əməkdaşlığın genişlənməsi ilə nəticələnir. Son üç ildə təxminən 200 ikitərəfli sənəd imzalanıb ki, bu da iqtisadi əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.

Deputat söyləyib ki, Özbəkistanla münasibətlər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının ən uğurlu modelidir. Son bir il yarım ərzində iki ölkə prezidentləri arasında beş qarşılıqlı səfər baş tutub ki, bu da münasibətlərin yüksək dinamikasını əyani şəkildə nümayiş etdirir”.

N.Həmzəyev deyib  ki, iqtisadi göstəricilər sözləri təsdiqləyir. Ötən il iki ölkənin ticarət dövriyyəsi 252 milyon ABŞ dolları, 2025-ci il yanvar-sentyabr aylarında 319 milyon dollar olub. Artım tempі 87,5 faiz təşkil edir. Özbəkistanın Azərbaycana investisiyası 21,8 milyon dollar, Azərbaycanın Özbəkistana investisiyası: 183,5 milyon dollardır.

2023-cü ildə yaradılan birgə investisiya fondunun kapitalı 500 milyon dolları təşkil edir, Azərbaycanda 120 özbək investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Xankəndidə tikilən birgə tikiş fabriki isə iqtisadi əməkdaşlığın həm də sosial əhəmiyyətini nümayiş etdirir.

N.Həmzəyev vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi dəstək xüsusi qiymətə layiqdir: “Prezident Mirziyoyev dünyada ilk olaraq Qarabağın bərpasına yardım təşəbbüsünü irəli sürən lider olub və bu, Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.

Prezident Əliyev bu dəstəyə görə minnətdarlığını bildirərək deyib: "Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik".

Deputat əlavə edib ki, Orta Dəhliz – Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu – regionun iqtisadi gələcəyinin açarıdır. Bu dəhlizdə Azərbaycan kritik rol oynayır və Mərkəzi Asiya ölkələri üçün Qərbə açılan pəncərəyə çevrilib.

Prezident Əliyev Daşkənddə vurğuladı ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək".

N.Həmzəyev söyləyib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər: “Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri (Türkmənistan müşahidəçi) Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvləridir. TDT Türk birliyinin möhkəmləndirilməsinə birgə töhfələr verir, Türk dünyasının iqtisadi və mədəni inteqrasiyasını gücləndirir.

Eyni zamanda, digər beynəlxalq platformalarda - Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Qarşılıqlı Əlaqə və Etimad Tədbirləri Müşavirəsində (AQEM) ölkələr bir-birinin təşəbbüslərini ardıcıl şəkildə dəstəkləyir, qlobal və regional problemlərin həllinə ümumi yanaşmalar formalaşdırır və beynəlxalq hüququn aliliyi, dövlətlərin suverenliyinə hörmət prinsiplərini müdafiə edirlər”.

Deputat əlavə edib ki, Daşkənd sammitində Türkmənistan sədrliyi qəbul etdi. Prezident Sərdar Berdiməhəmmədovun rəhbərliyi altında əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq: “Növbəti sammit Aşqabadda keçiriləcək və Azərbaycan artıq tam hüquqlu üzv qismində iştirak edəcək. Bu, formatın daha da genişlənməsi, yeni layihələrin müzakirəsi və mövcud əməkdaşlığın dərinləşməsi üçün platformadır. Daşkənddə qəbul edilən qərar sadəcə siyasi sənəd deyil – bu, yeni geosiyasi reallığın rəsmiləşməsidir. "Mərkəzi Asiya+Azərbaycan" formatı altı ölkəni – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı – vahid strategiya, vahid məqsəd ətrafında birləşdirib.

Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikir formatın mahiyyətini dəqiq ifadə edir: "Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür".

Mərkəzi Asiya+Azərbaycan" formatı təkcə tarixi və mədəni bağların davam etdirilməsi deyil, XXI əsrdə vahid geoiqtisadi məkanın, iqtisadi rifahın, siyasi sabitliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yaradılması üçün real platformadır.

Prezident İlham Əliyevin yekun sözləri formatın gələcəyini müəyyənləşdirir: "Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir".

Daşkənd sammiti tarixə düşdü. Altı qardaş ölkə indi vahid formatda, vahid məqsədlə gələcəyə addımlayır. Bu körpü artıq qurulub və onun üzərindən ölkələrimizin xalqlarını rifaha, əmin-amanlığa və tərəqqiyə aparan yol keçir”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Noyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri