Icma.az
close
up
RU
“Ölkə başçısının Çinə səfəri bir çox baxımdan diqqət çəkir” MÜNASİBƏT BİLDİRİLDİ

“Ölkə başçısının Çinə səfəri bir çox baxımdan diqqət çəkir” MÜNASİBƏT BİLDİRİLDİ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında səfərdədir. Səfər aprelin 22-dən 24-dək davam edəcək. Onu da deyim ki, ölkə başçısını Çin Xalq Respublikasının sədri Si Szinpin dəvət edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.Turan Rzayev sözlərinə belə davam edib: “İki ölkə 33 ildir, diplomatik münasibətlər qurub, əməkdaşlıq edir. Azərbaycan-Çin əlaqələri son illərdə xüsusilə inkişaf edib. Bu həm rəsmi Pekinin Bakıya artan marağı, həm üst-üstə düşünən regional geosiyasi planlar, həm də Azərbaycanın Asiya bazarına çıxmaq istəyindən qaynaqlanır. Sevindiricidir ki, hər iki ölkə bir-birini etibarlı və faydalı strateji tərəfdaş kimi nəzərdən keçirir.Bundan başqa, iki ölkə arasında qarşılıqlı siyasi etimad var. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb.

Ölkə başçısının Çinə səfəri bir çox baxımdan diqqət çəkir:Birincisi, Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib. Bu, Azərbaycanın Asiya bazarına çıxması, regionu yaxından tanıması və yeni əməkdaşlıqlar qurması baxımından mühümdür. Asiya bazarı Bakı üçün xüsusilə geniş perspektiv vəd edir. Azərbaycan Avropa ilə enerji sahəsində geniş əməkdaşlıq etsə də, bu həm də alternativsizlik baxımından risklər yaradır. Bakının Çin və Asiya bazarına enerji ixrac etməsi gələcəkdə Qərblə enerji əməkdaşlığında yaşanacaq problemləri bloklaya bilər.Azərbaycan özü də Çin üçün geniş fürsətlər deməkdir. Xüsusilə işğaldan azad edilən ərazilərin bərpası üçün xarici investisiyanı Çin qarşılaya bilər. Viza rejiminin ləğvi ümumi prosesin gedişatında təkanverici olacaq.
İkincisi, Naxçıvan şəhəri ilə Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri qardaşlaşdı. Sirr deyil ki, Çində uyğurlara qarşı müəyyən etnik diskriminasiya var. Bu baxımdan Bakının uyğurlarla da mədəni əlaqələri inkişaf etdirməsi mümkündür.Üçüncüsü, Azərbaycan Prezidenti bir daha Çinin ərazi bütövlüyünü tanıdığını qeyd edib. Əslində, bu yeni bir şey deyil. Çin bu günə qədər Azərbaycanın haqq işində yanında olub, Qarabağ məsələsində dəstəyini ifadə edib. Azərbaycan Tayvan münaqişəsinin dinc yolla beynəlxalq hüquq əsasında həllini dəstəkləyib. Başda ABŞ olmaqla bir çox ölkə Tayvanın müstəqilliyini tanımır.Dördüncüsü, Szinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçiriləcək Zirvə Toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət edib.Çin həm ŞƏT, həm də BRİKS çərçivəsində Bakı ilə əməkdaşlıqda maraqlıdır. Aydın məsələdir ki, belə təşkilatlara inkişaf etməkdə olan ölkələr dəvət edilir. Çin Azərbaycanın həm regional, həm daxili bazar, həm də enerji resursları kontekstində potensialını bilir. Hesab edirəm, buna görə hər iki təşkilat fonunda əməkdaşlığı inkişaf etirməkdə maraqlıdır”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri