Ölkə çempionu müəyyənləşdi
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çimərlik futbolu üzrə Azərbaycan çempionatı başa çatıb.
"Football-plus.az" xəbər verir ki, son turda “Marafon” üzərində 7:4 hesablı qələbə qazanan “VTB Bank” ölkə çempionu olub. “Marafon” yarışı ikinci pillədə başa vurub. “Dirçəliş”i 5:4 hesabı ilə məğlub edən “Çinar Zəngilan” bürünc mükafat əldə edib. 13 qola imza atan Elgün Abbaslı (“Çinar Zəngilan”) turnirin ən məhsuldar oyunçusuna verilən mükafata yiyələnib. Ən yaxşı qapıçı Elçin Qasımov (“VTB Bank”), ən yaxşı oyunçu isə Orxan Məmmədov (“Marafon”) seçilib.
Çempion komanda “VTB Bank” Azərbaycanı “Euro Winners Cup”ın əsas mərhələsində təmsil edəcək. Gümüş mükafatçı “Marafon” isə bu yarışın pley-offu sayılan “Euro Challengers”ə qatılacaq.
Baxış sayı:74
Bu xəbər 18 İyul 2025 02:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















