Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Ölkə qalıb "balqabaq"ların əlində... Zərdüşt Əlizadə

Ölkə qalıb "balqabaq"ların əlində... Zərdüşt Əlizadə

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İyunun 13-dən başlayan İran-İsrail müharibəsi artıq 4 gündür davam edir. İsrailin İranın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Natanz və Təbriz yaxınlığında yerləşən hərbi və nüvə obyektlərinə endirilən zərbələr nəticəsində aralarında həm hərbçilər, həm də mülki şəxslərin olduğu 224 nəfər həlak olub, təxminən 1200-1300 nəfər yaralanıb.


İranın ballistik raket və dron zərbələri İsrailin Hayfa, Tel-Əviv və mərkəzi bölgələrini hədəf alaraq 24 mülki şəxsin ölümünə, təxminən 650 nəfərin yaralanmasına səbəb olub. Yaralılardan 10-nun vəziyyəti ağır, 37 nəfərinki isə orta-ağırdır.

Hər iki tərəf hücumlarını davam etdirir.

Münaqişə daha da genişlənə, ABŞ də İrana hərbi zərbələr endirə bilərmi? Baş verənlərin Azərbaycana təsiri necə olacaq? Qaçqın axını gözlənilirmi?

Mövzu ilə bağlı siyasi ekspert Zərdüşt Əlizadə Bakupost.az -a açıqlamasında bildirib ki, ABŞ-ın bu münaqişəyə qoşulması istisna deyil:

"Amerika İsrailin İrana qarşı təcavüzünə, əlbəttə, qoşula bilər. Əslində, bu təcavüzü onlar birgə planlayıblar. İsrailin silahlarının 90 faizi Amerikadan gəlir. Bundan əlavə, Kemp-Devid müqaviləsindən sonra ABŞ hər il İsrailə 3 milyard dollar dəyərində silah yardımı ayırırdı. Bu proses 20-ci əsrdə 22 il, 21-ci əsrdə isə 25 il davam edib. Yəni 47 ildir ABŞ hər il İsrailə 3 milyard dollar verir. Bu isə artıq 100 milyard dollara yaxın bir məbləğ edir. Bu, nəhəng bir vəsaitdir. Bundan əlavə, İsrail ərəb qonşularına qarşı yeni bir müharibəyə başlayanda, ABŞ bu 3 milyard dollardan əlavə olaraq silah-sursat yardımı da göstərir".

Ekspert bildirib ki, İsrail Qərbin, xüsusən də ABŞ-ın Yaxın Şərqi nəzarətdə saxlamaq üçün yaratdığı süni dövlətdir:

"Vaxtilə Rusiya imperiyası Ermənistanı yaratmışdı. Cənubi Qafqazı nəzarətdə saxlamaq üçün hər yerdən erməniləri yığıb İrəvan xanlığında yerləşdirmiş və orada Ermənistan dövlətini qurmuşdu. Onu hərbi, sənaye və maliyyə baxımından tam təmin edirdi. İsraili də Qərb dünyası yaradıb. Məqsəd isə Yaxın Şərqi və onun təbii sərvətlərini nəzarətdə saxlamaqdır. Bütün dünyadan yəhudiləri, hətta yəhudi olmayan, sadəcə yəhudi dinini qəbul etmiş şəxsləri toplayıb bu dövləti qurublar.

Məsələn, mən 1969-cu ildə Ərəb-İsrail müharibəsinin iştirakçısı idim. O zaman İsraildə 3 milyon yəhudi yaşayırdı, bu gün isə onların sayı 7 milyon yarıma çatıb. Bütün dünyadan, Avropadan, Latın Amerikasından, hətta Azərbaycandan da xeyli sayda yəhudi köçürülüb. Və bu məskunlaşma prosesi hələ də davam edir. Onlara torpaq lazımdır. Fələstin ərəblərini öz yurdlarından çıxarırlar. 800 minə yaxın qeyri-qanuni məskunlaşma baş verib.

BMT-nin qərarına görə İsrail dövləti yaranıb. Elə həmin qərara əsasən, Fələstin dövləti də yaradılmalı idi. Amma Fələstin dövlətinin yaradılacağı əraziləri İsrail yəhudilərlə məskunlaşdırır və ərəbləri oradan çıxarır. Bəs 2 milyon 300 min fələstinli ərəb haradan peyda oldu? Onlar ərəb torpaqlarından qovulmuş qaçqınlardır və həmin bölgədə toplaşıblar. İndi isə İsrail və Tramp həmin insanları oradan köçürmək istəyir.

Ümumiyyətlə, Fələstin torpaqlarının ilhaqı prosesi gedir. ABŞ bu ilhaqları tanıyıb. O cümlədən, Colan təpələrinin və Şərqi Qüdsün ilhaqını Tramp açıq şəkildə təsdiqləyib. İndi isə açıq-açığına deyirlər ki, bütün Fələstin ərəbləri İsraildən çıxarılmalıdır. Hətta İsrail hökumətindəki nazirlər belə bəyanatlar verirlər ki, “Çaydan çaya – Fəratdan Nilə qədər böyük İsrail dövləti olmalıdır.” Bu, onların rəsmi siyasətidir. Bunu həyata keçirmək üçün də təcavüz planlarını davam etdirirlər".

Z.Əlizadənin fikrincə, İsrailin bu siyasətinə qarşı çıxan ərəb dövlətləri dağıdılıb:

"Fikir verin, son 50 ildə İsrailin təcavüzkar siyasətinə qarşı çıxan bütün ərəb rejimləri devrilib, həmin dövlətlər dağılıb. İndi isə müsəlman dünyasında yalnız iki dövlət İsrailin təcavüzkar siyasətini tanımır. Onlardan biri İran, digəri Pakistandır. Pakistan bu proseslərə çox da açıq şəkildə qarışmır, amma İran açıq şəkildə bəyan edir ki, İsraili tanımayan qüvvələri dəstəkləyir. İsrailin işğalını və təcavüzünü tanımayan qüvvələri isə “terrorçu” adlandırırlar və onları terror aktları ilə sıradan çıxarırlar.

"Hizbullah"a qarşı 4 min bomba atılması nə idi? Bu, açıq şəkildə terror aktı idi. Bəşər Əsədə qarşı İslam radikallarının qiyamı da eyni məqsədlə təşkil olunmuşdu. Türkiyə rəhbərliyinin başçılığı ilə Əsədi devirmək üçün həyata keçirilən əməliyyatın nəticəsi nə oldu? Əhməd əl-Şaraa dedi ki, biz İsrailin bütün siyasətini dəstəkləyirik. Yəni Colan təpələrinin işğalını da, İsrail qoşunlarının Suriyada tutduğu əraziləri də tanıyırıq. Nəticədə onu Trampın yanına apardılar, Tramp da əlini tutub dedi, “Bərəkallah!” Yəni sən də bizim işğalçı siyasətimizi tanıdın".

Ekspert əlavə edib ki, İsrailin məqsədi İranda siyasi rejimi devirməkdir:

"İranın böyük qüsurları var. Rəhbərliyin çox səfeh, axmaq qərarları mövcuddur. Amma İsrail İrana insan haqlarına görə hücum etmir. İsrail ona görə hücum edir ki, İran onun işğalçı siyasətinə qarşı müqavimət göstərən sonuncu dövlətdir. Məqsəd İranda siyasi rejimi devirməkdir. Netanyahu açıq demişdi ki, biz iki qədim xalqıq və vaxtilə dost olmuşuq. Nə vaxt? İrandakı Şah Rza Pəhləvi dövründə. Kim idi Rza şah Pəhləvi? Qərbin vassalı. Onun dədəsi də ingilis kəşfiyyatı tərəfindən hakimiyyətə gətirilmişdi, özü də kəşfiyyat dəstəyi ilə idarə olunurdu. Məqsədi İran xalqını istismar etmək və onları zülmə içində saxlamaq idi. 1953-cü ildə devrilmişdi, sonra yenidən gətirildi, sonra 1979-cu ildə devrildi. İndi isə onun oğlu Amerikadan banlayır ki, "mən gəlib İranı Amerikanın nökərinə çevirəcəm". Budur əsas məqsəd. İranı Qərbin nökərinə çevirmək istəyirlər.

Mən bir daha vurğulayıram. İran rejiminin böyük günahları, səhvləri var, amma əsas məqsəd onu “vassal dövlət”ə çevirməkdir. Bu işdə İsrail "dəyənək rolunu" oynayır. Tramp özü etiraf etdi ki, o, İsrailin İrana qarşı təcavüzünü bilirdi və dəstəkləyirdi. Amerika-İsrail kəşfiyyatı bu təcavüz planını bərabər hazırlayıblar və indi İranda müqavimət gücləndikcə İsrailin “İranı sındırmaq” imkanı azalır. Bu zaman isə Amerika bu işə qoşula bilər. Xüsusən də ona görə ki, ABŞ bütün cinayətlərində cəzasız qalır.

20-ci əsrdə ABŞ 100-dən çox ölkədə dövlət çevrilişləri həyata keçirib, bütün dünyada 830-dan çox hərbi baza saxlayır, yüzlərlə təcavüzlər törədir. Amerika dünyanın ağasıdır. Zorla, hərbi güc hesabına öz valyutasını bütün dünyaya ehtiyat valyuta kimi qəbul etdirib. Çap edir o kağızı və onunla bütün dünyadan maddi nemətləri, xammalı, məhsulu alıb ehtiyatını artırır. Ona görə amerikalılar var-dövlət içində yaşayırlar. Hətta bu tükənəndə başlayırlar öz malını satan ölkələrə qarşı rüsum tətbiq etməyə. Yəni, bu Tramp tamamilə mədəniyyətsiz, əxlaqsız bir vücuddur. Amma bilirsiz, demokratiya mükəmməl bir quruluş deyil. Çörçilin də dediyi kimi, demokratiya ən səfeh quruluşdur, amma olanların ən yaxşısıdır. Demokratiya mükəmməl deyil, amma digər siyasi sistemlərdən yaxşıdır. Trampın İsrailə dəstək vermək ehtimalı çox yüksəkdir. Mən düşünürəm ki, əgər Amerika müharibəyə qoşulsa, İranı viran qoyacaqlar. Çünki hava üstünlüyü, texnoloji üstünlük və raket imkanları Amerikadadır.

Onsuz da indi İranın ətrafında təqribən 50 ABŞ gəmisi var. 2 təyyarədaşıyan gəmisi və 48 böyük gəmisi ilə İranı üzük qaşı kimi əhatə ediblər və boğmağa hazırlaşırlar. Ehtimal olunur ki, bu əməliyyatlar daha da genişlənəcək.

İranın dövlət idarəetməsində ən zəif tərəflərindən biri odur ki, onlar zəka yarışında İsrailə uduzurlar. Öz sistemlərində ən ağıllı adamlar yerinə sadiq adamlara üstünlük veriblər. Parlament isə qalıb gic-gic hicab şərtlərinin sərtləşdirilməsini tələb edən balqabaq mollaların əlində. İran xalqı çox mədəni, ağıllı xalqdır. Ora ağıllı adamları çıxarmaq lazım idi, amma onlar əsasən dini cahilləri gətirib oraya yerləşdiriblər".

Zərdüşt Əlizadə bu müharibədə Azərbaycanın tutduğu mövqeyi müsbət qiymətləndirib:

"Azərbaycan bu məsələdə çox ağıllı və sayıq mövqe tutub. Çalışır ki, bütün bu təhlükələrdən kifayət qədər uzaq məsafədə qalsın. İrandan Azərbaycana qaçqın axını gözlənilmir. Niyə? Çünki sərhədlər bağlıdır, heç kəsi buraxmırlar, hava nəqliyyatı isə müharibə şəraiti ilə əlaqədar fəaliyyət göstərmir".

Lalə Novruz,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 İyun 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see194

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see184

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see124

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri