Icma.az
close
up
RU
Ölkə tarixində ilk: Prezidentin həbsi tələb olunub

Ölkə tarixində ilk: Prezidentin həbsi tələb olunub

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Dekabrın 3-də Cənubi Koreyada hərbi vəziyyət elan edilməsi ilə bağlı aparılan istintaqda Pprezident Yoon Suk Yeolin həbsi tələb olunub. 

"Cebheinfo.az" xəbər verir ki, "Yonhap"-ın məlumatına görə, Korrupsiya İstintaq İdarəsi (CIO), Təhlükəsizlik Baş İdarəsi və Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlara qarşı birgə istintaqını aparan məmurlar Yoonun həbsi üçün Seul Qərb Dairə Məhkəməsinə müraciət ediblər. Bildirilib ki, Yoonun “iğtişaş” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” şübhələri ilə aparılan istintaq zamanı 3 dəfə ifadə verməyə çağırılıb, lakin o, zənglərə cavab verməyib və həbsi tələb olunub. 

Yoonun vəkillərindən Yun Gap-geun CIO-nun "iğtişaş" şübhəsi ilə araşdırma aparmaq səlahiyyətinin olmadığını deyib və sorğuya cavab olaraq qanuni addım atacaqlarını bildirib. Cənubi Koreya tarixində ilk dəfə olaraq vəzifədə olan Prezident üçün həbs tələbi irəli sürülür. 

Qeyd edək ki, Prezident Yoon Suk Yeol dekabrın 3-nə keçən gecə televiziya ilə çıxışında “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan edib, lakin parlamentin səsvermədə qərarı ləğv etməsi və sonradan Nazirlər Şurası tərəfindən təsdiqlənməsilə geri addım atıb. Yoon müxalifəti “hökumətin fəaliyyətinə mane olmaqda” günahlandırıb və deyib ki, hərbi vəziyyət Şimali Koreyayönlü qüvvələri aradan qaldırmaq və konstitusiya azadlıq quruluşunu qorumaq məqsədi daşıyır. Hərbi vəziyyət elan edildikdən sonra Müdafiə Nazirliyi orduda olan komandirlərlə görüşərək ayıq-sayıq olmağa çağırıb. 

Digər tərəfdən, “hərbi vəziyyət qoşunları” kimi təyin edilmiş əsgərlərin Milli Məclisə daxil olduğu bildirilib. Milli Məclisdə keçirilən fövqəladə iclasda hərbi vəziyyət qərarının ləğvi təklifi 190 deputatın səsi ilə qəbul edilib. Milli Assambleyanın Prezident Aparatı səsvermədən sonra hərbi vəziyyətin qüvvədən düşdüyünü elan edib. Bu zaman Yoon Nazirlər Şurasını toplayıb və kabinetin təsdiqindən sonra hərbi vəziyyətə son qoyduğunu açıqlayıb. Dekabrın 7-də keçirilən səsvermədə əsas müxalifət partiyası olan Demokrat Partiyası və 5 kiçik müxalifət partiyasının Yoonun hərbi vəziyyət elanının konstitusiyaya zidd olması səbəbilə vəzifəsindən azad edilməsi ilə bağlı parlamentə təqdim etdiyi təklif, səs çoxluğu əldə olunmadığı üçün rədd olunub. 

Müxalifət partiyalarının eyni səbəbdən təqdim etdikləri ikinci təklif dekabrın 14-də keçirilən səsvermədə səs çoxluğu ilə qəbul edilib. Parlament tərəfindən vəzifəsindən azad edilməsi tələb olunan  Yoon Konstitusiya Məhkəməsinin qərarına qədər müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb, yerinə Baş nazir Han Duk-soo təyin edilib. Dekabrın 27-də Milli Assambleyada keçirilən səsvermədə müxalifətin təşəbbüsü ilə dövlət başçısı vəzifəsini icra edən Baş nazir Hanın impiçmenti barədə qərar qəbul edilib. Hanın yerinə Baş nazirin müavini və maliyyə naziri Çoi Sanq-mok prezidentlik kürsüsünə keçib. 

Nigar
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri